Etirazlar səngiyəcəkmi? - Ədliyyə nazirliyi Arıf Hacılının başqanlığını tanıdı
Tarix: 16-01-2015, 10:19 |
Çap et
Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciəti cavablandırıb.
dia-az.life-ın məlumatına görə, bu barədə "Report"a partiya başqanının müavini Elman Fəttah məlumat verib. O bildirib ki, nazirlik partiyanın qurultayının nəticələrinə dair sənədləşmə prosedurunu yekunlaşdırıb.
Qeyd edək ki, partiyanın VIII qurultayında başqanlığa namizəd Arif Hacılı 228 səslə qalib olub.