“Xəlil Rzanı Moskvaya alman “ovçarka”sının müşayiətilə aparmışdılar”
Tarix: 20-01-2015, 14:48 | Çap et
Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bu qətliam, soyqırımı siyasəti Qorboçov və onun əlaltılarının iradəsi ilə icra edilirdi. Bütün dünyanın açıq fikirli adamları bu aksiyanı, bəşər tarixində misli görünməmiş qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə yaraqlanıb xüsusi tapşırıqla Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürkü də bərk sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşlan tərəfindən həbs edilib Moskvadakı “Lefortovo” həbsxanasına göndərildi. Lakin aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmədi, o, zindanda da mübarizəsini davam etdirirdi. Orada “Lefortovo gündəliyini”, 200-dən çox şeir, poema və məktub qələmə aldı.
Həbsxanada şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.
Modern.az saytı Xəlil Rza ilə yanaşı bütün bu ağrı-acıları çiyinlərində daşıyan onun həyat yoldaşı Firəngiz Ulutürkdən aldığı müsahibəni təqdim edir:
- Firəngiz xanım, ağır da olsa, o günlərə qayıdaq. Xəlil Rza Ulutürk xəstə-xəstə mübarizə aparırdı...
- Biz çalışırdıq ki, Xəlil gərgin yerlərə çox getməsin. Onu qorumağa çalışırdıq. Amma Xəlil həmişə insanların içində olurdu. İnsanları sınmağa qoymurdu, onları silaha əl atmağa çağırırdı. Şeirlərində də deyirdi ki, silahlanmaq lazımdı, silahın yoxdursa iradənlə silahlan deyirdi:
Bu çox ağır günlərdə mən ali baş komandan olsam da olmasan da Azərbaycan adından əmr edirəm - silahlan! Silahsız dayanmağa bir qırpım da haqqın yox Gözlərin qoşa lülə, kipriklərin güllə, ox! Bilirəm düşmənlərin bərk durub keşiyində Alınmışdır əlindən hətta ov tüfəngin də! Nə qəm? Kinlə silahlan! Topdan, tüfəngdən üstün Tankdan, raketdən güclü qüdrətinlə silahlan! Nifrətinlə silahlan, cürətinlə silahlan! Onlar səni silahsız, savadsız görmək istər. Sən nəğməylə, marş ilə, nümayişlə silahlan! Silahlan insanlığa sonsuz məhəbbətinlə Humanizm adlanan ən böyük sərvətinlə. Çəkinmə bu döyüşdən aləm sənə pənahdır Vur –çatlasın içində elə bilmə ki, təksən Sən qalib gələcəksən, sən qalib gələcəksən!
Bu şeiri kütlələrin içində oxuyaraq, düşmənlərin üzərinə hücuma çağırırdı. Bütün bunlara baxmayaraq qırılanların sayı çox oldu. Yaralıları çnları çox çətinliklə xəstəxanalara daşıdılar. Gecə yarı idi, işıqlar sönmüşdü. Qəzetləri lülələyib yandırır, həkimlər onların işığı altında əməliyyat aparırdılar. Yaralılara bu cür kömək edirdilər. Maşınların çoxusu sınıq-salxaq olmuşdu. Dinc əhali yaralanmışdı onları da xəstəxanaya apaırıdılar.
- Bəs Xəlil müəllim, o cür gərgin vəziyyətdə hansı təzyiqlərə məruz qaldı?
- Xəlilə çox təzyiqlər oldu. Yanvarın 26-da onu tutdular. Ayın 26-da Svetlana İbrahimovanın dəfn mərasimi idi. O da Mikayıl Mirzə ilə həmin dəfnə getmişdi. Dəfn vaxtı bir nəfər ona yaxınlaşıb deyir ki, “Xəlil müəllim, bəlkə siz o biri yolla çıxıb gedəsiz. Əllərində şəkliniz olan adamlar burda sizi axtarır”. Həmin vaxt da o, Qorboçova aid şeir yazmışdı. Həmin o şeiri axıra qədər səsləndirib. Amma orada ikinci bir adam da ona deyir ki, buradan uzaqlaşmalısan. Nə isə bunlar oradan çıxırlar. “Gənclik” metrostansiyasının yaxınlığında maşın saxladırlar, bunlara deyirlər ki, “ikiniz də düşün aşağı”. Onlar maşından düşürlər. Maşından düşən kimi silahları onlara tuşlayırlar, zorla maşına mindirmək istəyirlər. Mikayıl Mirzə deyir ki, onun şəkəri var, xəstə adamdı, özü maşına minəcək, o cür mindirmək lazım deyil. Nə isə aparırlar. Mikayılı bir-iki saatdan sonra buraxırlar, amma Xəlil qalır. Biz də səhərə qədər nigaran qaldıq. Səhər açılar-açılmaz durdum getdim “KQB”yə. Deyirdilər ki, tuthatut başlayıb, adamları yığıb aparırlar ora. Mən də getdim, oradakılara dedim ki, o, şəkər xəstəsidi, səhər ağzına nəsə dəyməlidi. Dərman atmalıdı. Yanında heç nə yoxdu. İstədim “KQB”nin sədri Vaqif müəllimlə danışım. Növbətçi dedi ki, hələ gəlməyib. Xəlili kimdən soruşurdumsa, heç kim bir söz demirdi. Elə bil ki, bir-biri ilə sözləşmişdilər.
- Moskvaya necə aparıldı?
- Elə həmin gün axşam da Xəlili Moskvaya apardılar. Xəlil Rza təyyarəyə necə mindirilməyini, özünü pis hiss etməyini sonradan təsvir edib. Təyyarəyə minəndə görüb ki, küncdə bir alman “ovçarka”sı oturub, dili də yalan olmasın bir metr çıxıb qabağa. Tərpənsə, onun üstünə cumacaqmış. Onu təyyarə ilə Moskvaya bu zülümlə, qorxu-hürkü içində aparıblar. Bizim heç xəbərimiz olmadı ki, o, Moskvaya necə getdi. Bir də xəbər tutduq ki, Moskvadadır. Biz də lazımı adamlara zəng vurduq. Dedim ki, onu necə axtara bilərik. O vaxt mənim bacım da Moskvada əri ilə müalicədə idi. Dedim ki, Rəna, Xəlili aparıblar, amma hara aparıblar biz bilmirik. Çünki müxtəlif yerdə düşərgələr var idi. Dedi, narahat olma biz öyrərənik. Onlar öyrəndilər. Axşam zəng edib dedilər ki, narahat olma, Xəlili tapmışıq. Burada “Lefortovo”dadır. Getdik isti paltar aldıq və Xəlil üçün 100 manat pul da göndərdik.
- Xəlil müəllimlə həbsxanada ilk görüşünüzü necə xatırlayırsınız?
-Fevralın 4-də mən qardaşımı götürüb Moskvaya uçdum. “Lefortovo”nu tapdıq. Görüş vermədilər, dedilər ki, onun hələ cinayət işi araşdırılır. Dedim ki, o, şəkər xəsətəsidir. Bizə mütləq görüş verilməlidir. O, mütləq nəsə yeməlidi. Dedilər ki, yarım kilo çörək, yarım kilo kolbasa, yarım kilo kartof, nə isə ümumi həcmi 5 kilo olmaqla bir bağlamanı səhər pəncərəyə verə bilərsən. Biz də elə etdik. Sonra çıxdıq gəldik. Dedilər ki, hər ayın 4-də gəlib “peredaça” gətirə bilərsiz. Biz də gəldik. Yazıçılar Birliyinin sədri Anar müəllimə dedim, Müdafiə Komitəsi təşkil etdilər. Xəlilin, Etibar Məmmədovun azadlığı üçün kitabçalar tərtib eləmişdilər. Xəlilin azad olunmasında xalqın sevgisi böyük rol oynadı. Xəlil özü də xalq üçün orada idi. Onun tüfəngi-silahı yox idi ki, nəsə eləsin, sadəcə gedib xalqının naminə söz demişdi
- “Lefortovo”ya Xəlil müəllimin yanına gedəndə, o sizə nə danışırdı, nəyi məsləhət görürdü?
- Heç nə danışmırdı. Bilirsiz niyə? Onu ki, mənimlə söhbət etməyə gətirəndə bir nəfər də gəlib orada stol arxasında oturub guya, nə isə yazırdı. Əslində o, bizi dinləyirdi. Bundan əlavə divarlarda xüsusi cihazlar var idi ki, danışığı qeyd edirdi. Ona görə də heç nə deyə bilmirdi. Elə uşaqları soruşurdu. Bizə deyirdi ki, möhkəm olun. Həyat mübarizə meydanıdır deyirdi. Bizə çox təsəlli verirdi. Deyirdi “nə etmişəm ki, adam öldürməmişəm, bir şey etməmişəm. gec-tez buraxarlar”.
- Həbsxanada olanda səhhəti yaman ağırlaşıb...
- Bir dəfə görüş vaxtı dedi ki, “dabanım çatlayıb ayağımı yerə qoya bilmirəm”. Daban çatlaması da şəkərin fəsadları idi. Dedim ki, “eybi yox, gələn dəfə sənin üçün maz gətirərəm”. Amma razı olmadı. Dedi, “burda onu başqa cür başa düşərlər. Əgər imkan varsa, elə burdan al, ver növbətçiyə, yoxlasınlar sonra mənə çatdırsınlar”. Mən də ərzaqlarla bərabər ondan da aldım.
O günlərdən danşanda deyirdi ki, əlləri-ayaqları əsir. “Lefortovo”da gündə bir parç süd verirmişlər ona. O parçı gün ərzində qurtum-qurtum içirmiş ki, şəkər güclənməsin.
- Azadlığa çıxan gününü necə xatırlayırsınız?
- Xəlilin 18 oktyabrda anadan olan günü idi. Ad gününə yaxın onu azadlığa buraxdılar. Amma azadlığa buraxılana qədər biz bir çox yerlərə müraciət etdik. Bütün müstəntiqlərlə danışdım. Bakıdan da vəkil gedib-gəlirdi. Xəlilə bəzi şeyləri başa salırdı. Burada müəyyən işlər getdi. Hələ evdə olanda deyirdim ki, “Xəlil səni tutacaqlar. Amma sən özünü itirmə. Qara çörəyin qıraq hissəsini nazik kəs. Orada iki barmaq qalınlığında bir kağız yazarıq sənə. Orada yazarıq ki, bayırda sənin haqqında nələr danışılır, hansı işlər gedir”. Elə o cür də oldu. Xəlil onun haqqında xalqın, insanların düşüncələrini bu yolla öyrənə bilirdi. O çıxan günü hamımız çox sevinirdik. Nə edəcəyimizi bilmirdik. Hamımız “KQB”nin binasına getdik. Polkovnik Ramiz Məlikov var idi. Çölə çıxanda Xəlil onu qucaqlayıb göyə qaldırdı. Yəni, demək istəyirdi ki, qüvvətliyəm, güclüyəm qorxmayın.
- Həbsdə nə qədər qaldı?
- 8 ay 16 gün orada qaldı. Oradan şeirlər yazıb göndərirdi.
Mən onsuz da əbədiyəm Cahangirlər gəldi-gedər Bir gün başım getsə verərsən can Yağların qabağında qara geymə Ey ağ donlu anam mənim, ağ çələngli Azərbaycan! Qorxma! Mən sarsılmaz dağ qalasıyam Min bir ölüm gəlsə,sağ qalasıyam Sabah azad olub hayqırasıyam Canm ey azadlıq, can Firəngizim!
O mənəvi ruhi cəhətdən o qədər yüksək idi ki, heç işgəncələr də ona təsir etmirdi.
- Özünüz necəsiz, Firəngiz xanım?
- Belə də... 80 yaşım var. 80 yaşında bir adam 25 yaşında qız kimi olmayacaq ki…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|