Arif Hacılı-Qubad İbadoğlu qarşılaşması və İSTEFALAR...
Tarix: 9-02-2015, 11:32 |
Çap et
Müsavat Partiyasında Qubad İbadoğlunun üzvlükdən azad edilməsindən sonra onun tərəfdarları da partiya sıralarından istefa verirlər.
Hafta.az-ın məlumatına görə, Q.İbadoğlunun tərəfdarı, Müsavat Partiyasının Səbail rayon təşkilatının üzvü Sədaqət Paşayeva partiya sıralarından istefa verib. O, istefasının səbəbi kimi divanın son iclasının qapalı keçirilməsini göstərərək, bunu anti-demokratik hal kimi dəyərləndirib.
Bundan başqa, Suraxanı rayon təşkilatının üzvü Elman Vahidov da partiyadan istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Qubad İbadoğlu “Müsavat” divanının 6 fevral tarixində keçirilən növbədənkənar toplantısında üzvlükdən azad edilib.