Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

“Prezident vəzifəsində çalışmaqla uzun illərdir məvacib almıram” - MÜSAHİBƏ
Tarix: 10-03-2015, 10:41 | Çap et
“Prezident vəzifəsində çalışmaqla uzun illərdir məvacib almıram”
Modern.az saytında “Pəncərə” layihəsinin qonağı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruz Aslanovdur. Onunla müsahibəni təqdim edirik.

- Bu yaxınlarda prezident İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiniz. Öncəliklə, sizi və kollektivinizi təbrik edirik. Sualım ondan ibarətdir ki, müstəqillik illərində Qızıl Aypara Cəmiyyəti hansı nailiyyətləri əldə edə bildi? Beynəlxalq arenada nə kimi işlər görülüb?

- Əvvəla, onu deyim ki, dövlət başçımızın bizi təltif etdiyi gün Qızıl Aypara Cəmiyyətinin hər bir üzvü üçün möhtəşəm gün kimi tarixə düşdü. Azərbaycan Respublikasının prezidenti, Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev Qızıl Ayparaçılara qarşı diqqətini əsirgəməyərək iki sərəncam imzalayıb. Birinci sərəncamda Qızıl Aypara Cəmiyyətinin 15 nəfər işçisi “Tərəqqi” medalı ilə təltif olunub. Digər sərəncamla isə cəmiyyətin prezidenti olaraq mən “İkinci dərəcəli vətənə xidmət ordeni” ilə təltif edildim. Bu, bizim Qızıl Aypara Cəmiyyətinə verilən ümumi qiymətdir. Çox sevinirəm ki, sərəncamın əsas yazılış mətnində ictimai-siyasi həyatda fəal iştirakına və Qızıl Aypara Hərəkatının inkişafına görə təltif olunma göstərilir. Bu, cənab prezidentin bizim hərəkata verdiyi qiymətidir. Onu da qeyd edim ki, bu, cənab prezident tərəfindən imzalanan 9-cu sərəncamdır. Çox mühüm hadisədir. Dünyanın heç bir ölkəsində Qızıl Xaç və Aypara hərəkatlarına, ordakı milli cəmiyyətlərə belə qayğı göstərilmir. Dünyanın heç bir ölkəsində prezidentin 9 sərəncamı yoxdur.

95 illik tariximizə nəzər salsaq, görərik ki, hələ 1920-ci ildə Xalq Cümhuriyyəti dövründə cəmi bir sərəncam olub. Sərəncam ondan ibarət olub ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə maddi yardım göstərilməsi haqqında rəhmətlik Əliağa Şıxlinski təqdimat verib. Həmin vaxt Nazirlər Kabinetinin rəhbər əvəzi Fətəli Xan Xoyski olub. Bu, tarixdir.

Cənab prezidentin sərəncamı isə 20 ildən yuxarı müstəqillik yaşı olan bir dövlətin milli cəmiyyətinə olan münasibətinin təzahürünü əks etdirir. Milli cəmiyyət hər zaman xalqın, dövlətin, aztəminatlı insanların yanında olub. Bu işimlə fəxr edirəm. Onu da deyim ki, Qızıl Aypara Cəmiyyətinin könüllüsüyəm. Bəziləri bu sözü dediyimə görə mənə irad tuturlar. Demək istədiyim odur ki, qoy azərbaycanlılar bilsin ki, sizin qarşınızda olan insan cəmiyyətin könüllüsüdür. Burda prezident vəzifəsində çalışmaqla uzun illərdir ki, məvacib almıram. MDB məkanında məvacib almayan yeganə milli cəmiyyətin prezidentiyəm. Ukraynada, Qazaxıstanda, Ermənistanda olan milli cəmiyyətlərin prezidentləri məvacib alırlar. Qoy digər ölkələrə də nümunə olsun. Bu gün bizim cəmiyyətin beynəlxalq arenada nüfuzu daha da artıb. Арtıq biz хаrici donorlardan asılı deyilik, hər şeyi özümüz edirik. Zamanında İran, Türkiyə bizə yardım əlini uzadırdısa, bu gün biz onlara kömək edirik.

- Böyük bir cəmiyyətin prezidenti kimi fəaliyyət göstərmək, siyasi sahədə aktivliyiniz, Milli Məclisin deputatı olaraq seçildiyiniz dairədə mütəmadi görüşlər keçirmək və bir çox sevilən mahnıların müəllifi olmaq... Bizim üçün maraqlıdır ki, siyasi həyatda Novruz Aslanov kimi tanınan, bəstəkar Novruz Aslanın yaradıcı işi, siyasi fəaliyyətinə necə təsir edir?

-Sualınıza əyani cavab vermək istəyirəm. (Bu arada, Novruz Aslanov bizi özünün kiçik və sehrli dünyası ilə tanış edir. Günəş işığının üzü yaza doğru getdiyimiz ərəfədə göz yetirdiyi otağı bir musiqi aləti bəzəyir. Kim bilir bəlkə də, Novruz müəllim bu kiçik otaqda öz dünyasını heç kəsin görə bilmədiyi şəkildə yaradıb. O dünyada ən azından hüzur var. Məncə, insanın ən böyük xoşbəxtliyi işini sevə-sevə görməklə yanaşı, daxili sabitliyinə qovuşmasıdır. Novruz müəllim, sözünə davam edərək deyir)
Musiqi mənim nə şəxsi işimə, nə də siyasi fəaliyyətimə təsir edir. Bura kiçik otağımdır. Həm musiqi ilə, həm də idmanla burada məşğul oluram. Bu otaqda həm yeni mahnılar yazılır, həm də oxunur.

- Novruz müəllim, siyasi yükün yorğunluğundan musiqiyə vaxt qalırmı?

- Siz yorulanda çay içirsinizsə, mən də bir az yorğunluq hiss edəndə musiqi ilə məşğul oluram.

- Deməli, sizin musiqi dünyasına baş vurmağınız üçün heç bir məhdudiyyət yoxdur?

- Gözəgörünən və gözəgörünməyən dünyada yaşayırıq. Eyni zamanda, insan olaraq məhdudiyyət çərçivəsindəyik. İnsan özü məhdudiyyət, çərçivə deməkdir. Digər planetlərə uçmaq istəsək də, bunu reallaşdıra bilmirik.

- Kreativ düşüncəli insanlar çərçivədə yaşamağı heç sevmir.

-Yaradıcı insanların da məhdiyyəti var. Sadəcə, tanrı tərəfindən verilən vergidən asılıdır. Tutaq ki, böyük əsərlər yaratmaq istəyirəm. Amma yaradan tərəfindən verilən limit onu göstərir ki, mən nə edə bilərəm. Ən böyük problem ayrılan limitdən düzgün istifadə edə bilməməkdir. Ya tənbəllikdən, ya da şüurlu surətdə bu alınmır. İstedad verilibsə, ondan istifadə etmək lazımdır.

- Bir də deyirlər ki, musiqi sərhəd tanımır. Bu fikirlə nə dərəcədə razısınız?

- O sualı heç zaman anlamıram və o fikri qəbul etmirəm. Çox zaman mən də belə suallarla da qarşılaşıram: musiqi əsasdır, yoxsa söz?! Qısa bir misal çəkim. Dünyanın hər yerində Hyustonun musiqilərinə qulaq asılır. Məgər, hamı ingilis dilini sərbəst bilir?! Ərəb musiqiləri sevə-sevə dinlənilir. Məgər, ərəb dilini hamı bilir?! Azərbaycan muğamlarını götürək. Dünyada bizim muğamlarımız necə də sevilir. Dünyada hamı Azərbaycan dilini bilirmi?! Ona görə də əsas musiqidir, əsas ifadır, sonra sözdür. Amma bunlar bir yerdə olanda, yəni dinləyici sözü də, musiqini də başa düşəndə daha yaxşı olur.

-Yəqin ki, dediyim fikirlərlə razılaşarsınız ki, bu gün bir çox tanınmış mahnıların müəlliflərini həvəskar bəstəkar adlandırırlar. Siz də istisna deyilsiniz. Ümumiyyətlə, həvəskar bəstəkar nə deməkdir?

- Sevil Əliyevanı, Kamal müəllimi, Xanım İsmayılqızını, Elçin İmanovu, rəhmətlik Ələkbər Tağıyevi, İbrahim Topçubaşovu, bizi bəstəkar kimi təqdim edəndə nə divident verir?!. Biz bununla pul qazanacağıqmı? Ümumiyyətlə, bəstəkar sözü bizə nə gətirəcək?! Ona görə də biz heç bunun iddiasında da deyilik. Biz ortalığa mahnı qoyanda, zəhmətimizi insanlara çatdıranda onu təmənnasız edirik. Kimsə evində oturub mənim musiqimə qulaq asanda dincəlsin, xəyallar aləminə baş vursun, əsəblərini sакitləşdirsin. Bizim istəyimiz budur. Biz ad-sana, şan-şöhrətə görə bunu etmirik. Biri həvəskar bəstəkar deyir, digəri də bəstəkar. Bu cür sözlər adamı əsəbləşdirir.

Adını çəkdiyim insanlar nə qədər gözəl musiqilər yaradıb. Mən də onların içində olmaqla bəstəkar olmaq iddiasında deyilik. Sadəcə, ortalığa iş qoyuruq. Təqdim etdiyimiz işin pis və ya yaxşı olmasını müzakirə predmetinə çevirmək olar. Amma bunu nə üçün etdiyimizi tənqid hədəfinə çevirmək olmaz. İstəyirik, yeni əsərlər yaradırıq və yaradacağıq. Əlavə söhbətə ehtiyac yoxdur.


- Xidmət göstərdiyiniz sahələrdə hansı işin məsuliyyətini daha çox dərk edirsiniz?

- Sizə bir misal deyim. Mən işə maşınla gedib-gəlirəm. Kimsə avtobusla gedib-gəlir. Avtobusla işə gedib-gələn insandan artıq deyiləm. Sadəcə, bu, yaradanın məsləhətidir. Deməli, avtobusdan istifadə edən insandan daha artıq iş görməliyəm. Həmin şərait mənim kef etməyim üçün yaradılmayıb. Əgər, bu gün yaradanım mənim üçün hansısa şəraiti yaradıbsa bunun məsuliyyətini dərk etməliyəm. Haşıyə çıxım. Cənab prezident bizi təltif etdi. Hamı fikirləşir ki indi mən sevinc içindəyəm. Halbuki, sevincdən daha çox işimin məsuliyyətini dərk edirəm. Ona görə də ayparaçıları ətrafıma toplayım deyirəm ki, bilirsiniz mənim əzizlərim. cənab prezident bizi təltif etməklə bizə maliyyə krediti yox, mənəvi kredit verdi. Bu o deməkdir ki, biz bundan sonra daha yaxşı işləməliyik. Aypara Cəmiyyətinin adını dünyada tanıtmalıyıq. Çünki cənab prezident bizə stimul verərək etimad göstərdi. Biz o etimadı doğrultmağa çalışmalıyıq.

- Müsahibələrinizin birində həyatınızdan tam olaraq məmnun olduğunuzu demisiniz. Amma, bu razılıq əlaməti 2005-ci ildən sonrakı dövrü əhatə edir. Həmin tarixə qədər həyatınızda nə baş vermişdi ki, 2005-ci ildən sonra bu qənaətə gəlmişdiniz?

-2005-ci ili xüsusi vurğulamağımın səbəbi həmin tarixin deputat seçilməyimlə bağlı olmasıdır. Deputat seçildikdən sonra həyatımda olan bütün mənfi çalarların üstündən xətt çəkdim və hətta içkini də atdım.

- Məncə, deputatlıq kitabında içkini atmaq yazılmaıyb…

-Bu daxilimlə əlaqəli məsələ idi. Təbii ki, indi də içirəm. Söhbət bundan getmir. Bir var bu işi sistemli şəkildə görəsən, bir də var ki şüurlu şəkildə edəsən. Hər bir şey qədərində olanda daha yaxşıdır. Millət vəkili statusunu anlayaraq başa düşürəm ki, Milli Məclisin kürsüsündə əyləşən insan siyasətçidir, tanınmış bir insandır. Biz cəmiyyətdə, insanların qarşısında nümunə olmalıyıq.

Cənab prezidentin işimizi dəyərləndirməsi ilə əlaqədar çoxlu zənglər aldıq. Həmin zənglər xidmətlərimizin qarşılığında verilən qiymətdir. Ümumiyyətlə, həyatda pozitiv, çalışqan, zəhmət çəkən bir insanın xidmətlərinə görə qiymət verildiyini görəndə sevinirəm.

- Söhbət maraqlı səmtə gəlib çıxdı. Cənab prezident sizi təltif edərkən gözlədiyiniz təbriklərin hamısı gəldimi? Yəni sizin uğurunuza qısqanclıqla yanaşanlar oldumu?

- Təbii ki, bu cür situasiya ilə qarşılaşdım. 100 faiz gözlədiyim insanların bəzilərindən təbrik zənglər gəlmədi və yaxud gec gəldi. Bildiyiniz kimi, dost çətin gündə tanınır. Əsl dost isə yaxşı gündə tanınır. Əgər, sevincini öz sevinci kimi qəbul edəcəksə, o, əsl dostdur. İnsanın pis günündə düşmən də gəlib başsağlığı verir. Amma, sevincini bölüşmək, sənin qələbəni öz qələbəsi kimi qəbul etmək tamam başqadır. Milli Konservatoriyanın rəhbəri Səyavuş Kərimi telefon söhbətimiz zamanı eşidəndə ki, cənab prezident mənə orden verib, o təxminən dəqiqə yarım sevincindən qışqırdı. O da professordur, ona da “Şöhrət” ordeni verilib. O adam sevincindən qışqırmışdı. Deputat yoldaşım Ərəstun Cavadov xəbəri eşidəndə mənə zəng vurdu və dedi ki, “sənin gözlərindən, cənab prezidentin də əllərindən öpürəm ki, o imzanı atıb”. Bu, istəkdi. Bir də görürsən ki, 2 gün keçir və biri zəng edib deyir ki, “qəzetdə indi oxudum, təbrik edirəm”. 52 yaşım var. Bu yaşa kimi o qədər belə şeylər görmüşəm ki!. Sadəcə, bu cür davranışlara qarşı çox səbrliyəm.

- Danışdıqlarınız siyasi yükün sizə bəxş etdiyi ağırlıqdan irəli gəlir. Ola bilərmi ki, yaradıcı olmağınız sizin həm də təmkinli olmağınızda böyük rol oynayır?

- Sən öz həyatının qurulmasına pərakəndə baxmamalısan. Yaradan sənə bir dəfə şans verir. Onun adı həyatdır. Hər kəs öz həyatını, öz dövranını yaşayır. Mən öz həyatıma sistemli şəkildə yanaşıram, öz vaxtıma qənaət edirəm. Çox az yatıram. Səhər saat 5-də yuxudan оyanıram. Demək olar ki, 5-6 dəqiqə də boş vaxtım yoxdur. Xoşuma gəlməyən sual odur ki, “siz necə çatdırırsınız?”.

- Musahibə zamanı bu sualı mən də sizə verdim.

- Mən 10 kitab müəllifiyəm. Həm musiqi yazıram, həm siyasətlə, həm də idmanla məşğul oluram. Demək istədiyim odur ki, insan istədiyi hər şeyə nail ola bilər.

- Bəs ailədə bu qədər işi necə tənzimləyirsiz? Bəzən ailə, öz ailə başçısını hər zaman ətrafında görmək istəyir. Sizdə isə bu bir az çətin görünür. Yəni, övladlarınızla, xanımınızla vaxtı necə bölə bilirsiniz?

- Bu sahədə xanımıma çox güvənirəm. Çünki, onun üzərinə daha çox məsuliyyət düşür. Biz belə danışmışıq. Çünki vaxt azlığından onları çatdıra bilmirəm. Təbii ki, mənim nüfuz dairəm var. Yoldaşımla birlikdə çalışırıq ki, öz hərəkətlərimizlə nümunə olaq. Hər gün həyat yoldaşım paltarlarımı ütüləyir, mənə nəvaziş göstərir. Övladlarım da bunu görürlər. 3 qızım, 1 oğlum var. Qızlarım həyat yoldaşımın mənə necə nəvaziş göstərdiyini görür. Bu, yaxşı haldır. Sabah da onlar analarının yolunu gedəcəklər. Artıq 2 qızım ailəlidir. Oğlum da atasının necə davrandığını görüb, o da o cür davranacaq. Təkcə sözlərimizlə yox, hərəkətlərimizlə də övladlarımızı tərbiyə etməliyik. Bizim ailədə çox vaxt söz deyilmir. Artıq baxışlarımdan nə demək istədiyimi hiss edirlər. Kiçik misal göstərim: qızım təzə paltar alanda mənə mütləq göstərir. Artıq o mənim mimikamdan bilir ki, mən onu bəyəndim və ya bəyənmədim. Оna görə deyirlər ki, ailə də balaca bir dövlətdir. Bu dövlətin öz sərhədləri, öz qanunları var.

- Siz həm də babasınız. Deyirlər ki, nəvə baladan da şirindir. Üstəgəl, yaradıcı insan həssaslığı daha yüksəkdir sizdə. Baba olmaq hissini necə qarşılamağınız maraqlıdır?

- Babayam, 1 oğul nəvəm var. Amma nəvəm doğulanda hiss etmədim. Hətta, istədim ki, bir neçə nəfərə nəvənin şirin olmasının yalan söhbət olduğunu deyim. Hətta birinci nəvəm doğulanda həkimdən soruşdum ki, qızım necədi? Yəni, nəvə demək dilimə gəlmədi. Nəvənin nə olması 2-3 aya kimi mənə çatmadı. Sonrakı prosesdə daha başqa cür oldu. Sonra nəvəmlə maraqlandım. Böyüdükcə daha da şirinləşdi. Nəvə həyatda insana stimul verir. Nəvə sevgisi təmənnasızdır. Qoca yaşında sən övladlarına lazım deyilsən. Ola bilər ki, o istiliyi övladlardan görmürsən. Ancaq nəvə başqаdır, səni baba kimi görür. O, səni sevə-sevə qucaqlayır, o sevgini içindən hiss edirsən. Bir sözlə, nəvə səni təmənnasız qucaqlayır.

- Səbrli siyasətçinin mühafizəkar olması da maraqlıdır. Sizin içinizdə mühafizəkarlıq varmı?

- Müəyyən dərəcədə var. İfratçılığa yol vermək olmaz. Hesab edirəm ki, mühafizəkarlıq müəyyən dərəcədə olmalıdır. İçdiyimiz çayın, dosta münasibətimizin də qədəri olmalıdır. Kimisə həddindən çox sevmək də olmaz. Hər şeyi qədərində etmək lazımdır. Tanrıya müraciət edəndə deyirəm ki, mənə hər şeyi-ruzini də, sevgini də, qədərində ver.

- Siz Bakı mühitində böyümüsünüz. Eyni zamanda, bu mühit sizin gözünüzün önündə dəyişdi. Yəni Sovet imperiyası dağıldı, müstəqilliyimizi qazandıq. Köhnə Bakı, yeni Bakı ilə əvəz olundu. Dəyişən mühiti necə qəbul etdiniz?

- Həmişə reallıqlarla hesablaşmışam. Əgər hansısa problemlə üzləşmişəmsə, ona fəlakət kimi yox, reallıq kimi baxmışam. Dərin təhlil aparan insanam. Həmişə nəticəni çıxaran səbəblər haqqında düşünmüşəm. Əgər bu hadisə baş veribsə, bu, reallıqdır. Səbəbləri tapmaq lazımdır, müsbətdirsə, daha da inkişaf etdirmək lazımdır. Həmişə hansısa problem yaranıbsa, onun səbəbini özümdə axtarmışam. Səbəbi heç vaxt kiminsə üstünə atmamışam. İnsanlar var ki, bütün dünyanı təqsirkar hesab edir. Səbəbi ancaq başqa insanlarda görürlər. Sual oluna bilər. Bəs özün nə etmisən? Tutaq ki, övladın pis vərdişlə məşğuldur. Səbəbkar övladındırmı? Niyə vaxtında onunla maraqlanmamısan? Niyə oturduğu, durduğu insanlarla məşğul olmamısan? Sizə deyim ki, övladlarımın bütün tanışları ilə mən də tanışam, onlarla çörək yemişəm, onların hər bir hərəkətinə fikir vermişəm. Ona görə ki, o insanlar gələcəkdə qızımla oturub-durmağa layiqdirlərmi? Və yaxud da oğlumun kimlərlə dostluq etdiyini bilməliyəm.

- Novruz müəllim, məsələlərə daha dərindən yanaşmanız var. Amma Milli Məclisin iclaslarında danışmırsınız.

- Komitə iclsalarında iştirak etsəniz məndən çox danışan kimsənin olmadığını görərsiniz. İkicisi də mənim saatlarla televiziya məkanında müsahibələrim olur. Kim mənim natiqlik qabiliyyətimə şübhə edə bilər?! Bu da bir siyasətdir. Bilirsiz, lazım olan yerdə danışmaq lazımdır. Lazım olan yerdə də danışırıq və sözümüzü deyirik. Dediyimiz sözün məsuliyyətini dərk edirik ki, bura Milli Məclisdir.

- Mənimlə razılaşarsınız ki, cəmiyyətdə belə fikir formalaşıb ki, kim çox danışırsa o daha çox iş görür. Mətbuatda da zaman-zaman az danışan çox danışan deputatların olmasını yazırlar.

- Bu çox səhv stereotipdir. Sizə bir misal gətirəcəm və bununla da sualınızın cavabını tapmış olacaqsınız. Millət vəkilimiz, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Xəzər rayonundan seçilən deputat kimi öz rayonunda, öz ölkəsində, beynəlxalq arenada gördüyü işlərin miqyası, sərhədi varmı?! Bu insanın ölkəyə, xalqa münasibəti onun işləri ilə bağlıdır. Sualınıza cavab verdim.

-Yəni, susmaq qızıldı, danışmaq isə gümüş.

- Gümüşü bilmirəm, amma danışmamaq qızıldır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru