Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

"İsa Hüseynov məni KQB ilə əlaqədə suçladı"
Tarix: 28-03-2015, 11:27 | Çap et
"İsa Hüseynov məni KQB ilə əlaqədə suçladı"
Azərbaycan ədəbiyyatının böyük söz ustalarından İsa Hüseynov-Muğannanın vəfatından bir il ötür. “Axar.az” ədibi ədəbiyyatşünas Məti Osmanoğlu ilə birlikdə yada salır.

- Muğannanın aramızda olmadığı bu bir ildə ədəbi həyatımızda hansı boşluq hiss olunur?

- İsa Hüseynovun sağlığında da, vəfatından sonra da onu xatırlayanda ağla gələn Azərbaycan ədəbiyyatında yaranmış hər hansı boşluq yox, “doluluq” olur. Bu böyük yazıçının bədii sözümüzə gətirdiyi sanbal və dəyər, özünəməxsus düşüncə sistemi, cəmiyyətdə gedən proseslərə və insanın varlığına fərqli baxış ədəbiyyatımızda yeni bir mərhələ təşkil edir. Azərbaycan nəsrində 1950-ci illərin sonundan başlayan yeniləşmə bilavasitə İsa Hüseynovun adı ilə bağlıdır. O, ədəbiyyata fərqli mövqe ilə gəlmişdi. 1948-ci ildə nəşr etdirdiyi ilk oçerki ədəbiyyat baxımından elə bir əhəmiyyət kəsb etməsə də, bu əsərlə bağlı Mehdi Hüseynlə İsa Hüseynov arasında söhbət sonradan həm bədii ədəbiyyatımızın, həm də ədəbiyyatşünaslığımızın zərb-məsəlinə və ölçü vahidinə çevrildi: “Çap olunmağa başladığım ildən bir fakt. Mehdi Hüseyn: “Səni tənbeh eləyəcəm. Oçerkdə niyə öz atandan yazmısan?” Mən: “Çünki atamı yaxşı tanıyıram”...

- Mehdi Hüseynlə İsa Hüseynov arasında bu mükalimə baş verən zaman, İkinci Dünya müharibəsindən sonra sovet ideologiyası özünün “zəfər dövrünü” yaşayırdı...

- O vaxt ədəbiyyat ideologiyanın sifarişlərini yerinə yetirmək məcburiyyətində idi, faşizm üzərində zəfər qazanmış kommunist partiyası tərəfindən yazıçılar qarşısına konkret vəzifələr qoyulurdu. Maraqlı fakt budur ki, yaradıcılığa təzə başlayan İsa Hüseynov hətta “partiya tapşırığını” yerinə yetirdiyi əsərlərində belə, sifarişi verənin qəzəbinə gəlmişdi. Onun ilk bədii əsərlərindən biri “Bizim qızlar” povestidir. O vaxtın “əməkçi İsasının” tərənnümü və konfliktsizlik ab-havasında yazılmış bu əsər kommunist partiyasının yerli lideri – Mircəfər Bağırovla İsa Hüseynov arasında konflikt yaratmışdı. Əsərin mövzusu barama yetişdirməyə həsr olunub. Var gücləri ilə sovet cəmiyyətinə xidmət eləyən kolxozçu qızlar bir mövsümdə iki dəfə barama məhsulu əldə eləyirlər... Fakturası real həyatdan götürülmüş bu əsərin Mircəfər Bağırovun qəzəbinə gəlməsi isə məhz həyat həqiqətinin üstünü açması olmuşdu: sən demə, Azərbaycanda barama təsərrüfatı ilə bağlı Moskvaya təqdim olunan rəqəmlər şişirtmə imiş.

Azərbaycandan Moskvaya verilən raportda iki dəfə yetişdirilən məhsul bir dəfənin göstəricisi kimi təqdim olunurmuş. Bu əsərə görə İsa Hüseynovu Mircəfər Bağırov səviyyəsində “həyat həqiqətlərini təhrif etməkdə” günahlandırmış və Mehdi Hüseynə tapşırıq vermişdilər ki, onu “düz yola” cəlb eləsin. Müsahibələrinin birində özünün dediyi kimi, onu “əyməyi”, standarta salmağı düşünürdülər...

- Bununla belə, o, ömrünün sonuna qədər heç nə ilə hesablaşmadan öz sözünü dedi və dediyindən dönmədi...

- Məsələ bundadır ki, döndü. Azərbaycan ədəbiyyatında İsa Hüseynovdan başqa ikinci bir yazıçı adı çəkmək çətindir ki, öz yaradıcılığına onun qədər amansız yanaşmış, yazdıqlarının üstündən xətt çəkmiş olsun. Yada Mirzə Ələkbər Sabir düşür: yaradıcılığa qəzəllə, divan ədəbiyyatı üslubu ilə başlayan Sabir sonradan divan ədəbiyyatı üslubunu parodiya alətinə çevirmişdi... Sabir yaradıcılığı “iki qütbə” bölünür: 1905-ci ilə qədərki və ondan sonrakı dövr. İsa Hüseynov isə yaradıcılığının ayrı-ayrı dövrlərində həm konkret əsərlərindən (o cümlədən “Bizim qızlar”, “Dan ulduzu” kimi povestlərindən), həm də yaradıcılığının ayrı-ayrı dövrlərindən imtina etdi. Bu, İsa Hüseynov kimi taleyi yaradıcılığına bağlı bir şəxsiyyət üçün gözlənilməz olduğu qədər qeyri-adi addım idi. İsa Hüseynov “yazıya pozu yoxdur” deyən yazıçı deyildi. O, yazdıqlarının əksəriyyətini pozub yenidən yazdı.

- Yəqin ki, bu mövqe dəyişməsinin zirvə nöqtəsi “İdeal” əsəri oldu...

- İsa Hüseynovun “İdeal” romanı 1980-ci illərin ikinci yarısında maraqlı bir ədəbi hadisə kimi yarandı və özü ilə bir sıra ciddi suallar doğurdu. Suala səbəb olan ən əsas amil isə bu əsərin “Yanar ürək” romanının süjet materialları əsasında yaranması idi: yazıldığı vaxt (1957-ci il) böyük mübahisələr doğuran “Yanar ürək” 1980-ci illərdə artıq “yeni nəsrin” təməli kimi qəbul olunmuşdu, yeni ədəbiyyatın istinad nöqtələrindən biri hesab edilirdi...

Əslində, İsa Hüseynov “İdeal” ilə ədəbiyyata, hər şeydən öncə, son dərəcə maraqlı və mürəkkəb bir roman poetikası gətirmişdi. Əsərdə mübhəm bir qətl hadisəsinin kökü araşdırılır, qətlin şahidi olan hər kəs öz həqiqətini irəli sürür, öz gördüyünü, bildiyini danışır. Yazıçı isə həqiqətin kökünü axtara-axtara oxucunu bütün sirlərin gizləndiyi “Qapalı dünya”ya aparıb çıxarır. Bütün bəşəriyyəti eyni kökə bağlayan “Qapalı dünya” İsa Hüseynovun yaratdığı mif idi və sonradan bu mif elmə də öz təsirini göstərdi. Filoloq və tarixçi alimlər arasında bu romanın təsirinə düşən, Azərbaycan tarixinin həqiqətlərini bu bədii mətndə axtaranlar oldu. Bədii mətnlə razılaşmayanlar isə romanda siyasi rəng axtarmağa girişdilər. Akademik Ziya Bünyadov kimi alim o vaxt sovet ideologiyasının əsas tribunası olan “Oqonyok” jurnalında müəllifi təcili olaraq “cilovlamağı” məsləhət görürdü.

- Bu, görünür, Azərbaycan tarix elmində olan boşluqla bağlı idi...

- Heç şübhəsiz ki, “İdeal”ın tarixi mənbə kimi qavranılmasında dediyiniz amilin ayrıca rolu var. “İdeal” çap olunandan sonra onun bədii mətn olması, Azərbaycan ədəbiyyatı üçün maraq doğura biləcək cəhətləri, sanki, yaddan çıxarıldı, bədii mətnə sırf elmi mənbə kimi yanaşıldı. Ən mütərəqqi tənqidçilər (məsələn, Aydın Məmmədov) belə “Qapalı dünya”nı romanın mətnindən ayırdılar, onun filoloji aspektlərini təhlilə cəlb elədilər. İlk illərdə “İdeal”ı tərifləyənlər, göyə qaldıranlar da, tənqid edənlər də “Qapalı dünya”dan qırağa çıxa bilmədilər...

- İsa Hüseynov axtardığı həqiqətin kökünü “Qapalı dünya”da göstərməyə cəhd etmişdi?

- İsa Hüseynovdan sonra da dünya ədəbiyyatında itirilmiş kodların axtarışına həsr olunmuş əsərlərin maraqla izlənildiyinin şahidi oluruq. Məsələn, Den Braunun dünyada ən çox oxunan əsərlərdən olan “Da Vinçi kodu” (2003) , “İtirilmiş rəmz” (2009) romanları “qapalı dünyanın” – həqiqət haqqında təhrif təsəvvürlərin axtarışına həsr olunub və bu romanlar bədii əsər kimi də qəbul edilir, təhlil və ya tənqid olunur. İsa Hüseynovun romanına reaksiyalarsa tam fərqli oldu. Həmin vaxt ən böyük sürpriz müəllifin özündən gəldi – İsa Hüseynov “Qapalı dünya” ilə kosmosdan diktə olunan “SafAğ” adlı elm yaratdığı iddiasını irəli sürdü və demək olar ki, bütün yaradıcılığını təftiş eləməyə, “SafAğ”laşdırmağa başladı. Yazıçı buna 1987-ci ildən ömrünün sonuna qədər böyük zaman və enerji sərf elədi...

- İsa Hüseynovun bəzi bədii əsərləri kinolaşdırılmışdı. Məsələn, “Məhşər” romanı, “Tütək səsi” və “Saz” povestləri.

- Bildiyim qədərində “Nəsimi” filminin ssenarisi ayrıca mətn kimi yazılıb, bu, bədii əsərin “ekranlaşdırılması” deyildi. “Məhşər” romanı ədəbiyyatımızda öz yeri olan əvəzsiz əsərlərdən biridir. Onu da deyim ki, müəllif “Məşhər”i də sonradan “SafAğ”laşdırdı. Məşhərdə də “Qapalı dünya” kodlarını açmağa cəhd elədi.
Sualınızla bağlı bir həqiqəti də deməyi zəruri bilirəm ki, İsa Hüseynov yalnız nəsr əsərlərini deyil, kifayət qədər populyarlıq qazanmış kino ssenarilərini də təftiş etməyə, yenidən yaratmağa başladı. Mənə məlum olan birinci belə cəhd “Nizami” filminin ssenarisi ilə bağlı idi. İsa Hüseynov Eldar Quliyevin çəkdiyi filmi “təhrif” adlandıraraq yeni bir ssenari yazmışdı və həmin ssenarinin çəkilməsini çox arzulayırdı.

Daha bir “dəqiqləşdirmə” cəhdi “Ulduzlar sönmür” filmi ilə bağlı oldu. 1992-ci ilin sonlarında filmin Azərbaycan Dövlət Televiziyası ilə nümayiş etdirilməsi nəzərdə tutulmuşdu. Lakin İsa Hüseynov şirkətə gələrək filmdə bir neçə dəyişiklik aparılması üçün ciddi təkid edirdi. Səhv etmirəmsə, bunlardan biri Nəsib bəy Yusifbəyli ilə bağlı epizodun ixtisar edilməsi, digəri isə filmə Nəriman Nərimanovun Kremldə zəhərlənərək öldürülməsi ilə bağlı epizodun əlavə edilməsi idi. Filmin video lentə yazılmış variantına İsa müəllimin səsi ilə kadrarxası mətn parçaları daxil edildi...

Mən o vaxt televiziyada işləyirdim və İsa Hüseynovun filmi “təftiş etmək” cəhdindən xəbərim vardı. İsa Hüseynovla həmkəndli, qohum və dost olmağın “imtiyazından” istifadə edərək hər vəchlə onu filmə müdaxilədən çəkindirməyə cəhd edirdim. Deyəsən, bundan pərt olmuşdu və təklikdə danışmağa imkan düşən kimi məni KQB ilə əməkdaşlıqda günahlandırdı. Düzü, həmin dialoq bizim sonrakı münasibətlərimizin də dəyişməsinə səbəb oldu. Mən belə məsələlərə çox həssas yanaşan İsa müəllimlə ünsiyyətdən qaçdım.
“Ulduzlar sönmür” isə efirə İsa Hüseynovun düzəliş etdiyi variantda verildi... O vaxt da belə düşünürdüm, indi də belə düşünürəm ki, bu, yolverilməz yanaşma idi. Çünki yazılan mətn, çəkilən film oxucu, tamaşaçı mühakiməsinə veriləndən sonra bütün düzləri, əyriləri, təhrifləri ilə tarixə çevrilir. Eyni mövzuda yeni əsər yaratmaq mümkündür - əslində, İsa Hüseynov “İdeal”da belə bir işi yerinə yetirmişdi və əsər ətrafında tüğyan edən bütün mübahisələrə baxmayaraq, maraqlı ədəbi mətn yaranmışdı. Bu, müstəqil mətn idi – “Yanar ürək”in reablitasiyası deyildi. Lakin sonradan elə “İdeal”ın da üzərində yeni redaktələr, düzəlişlər aparıldı...

- İsa Hüseynovun, demək olar ki, bütün əsərlərinin yeni variantları nəşr olunub...

- Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatı tarixinin əvəzsiz simalarından olan İsa Hüseynovun yüksək bədii əhəmiyyət daşıyan bütün əsərlərinin ilkin variantı nəşr olunmalıdır. Çünki müasir Azərbaycan nəsri “Yanar ürək”, “Doğma və yad adamlar”, “Dəqiqələr və illər”, “Teleqram”, “Saz”, “Tütək səsi”, “Kollu Koxa”, “Məhşər”, “İdeal” kimi böyük söz abidələrinin üzərində boy atır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru