“Ermənistanın Azərbaycan qarşısında taqəti tükənib” - deputat
Tarix: 11-04-2015, 10:14 |
Çap et
“Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında dayanması mümkünsüzdür. İşğalçı ölkə reallıqla barışmalıdır”. bu sözləri Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Adil Əliyev ABŞ-ın “Harvey & Company” şirkətinin analitiki Cek Malkeyrin “The National İnterest” jurnalında Azərbaycanla Ermənistan arasında “yaxınlaşan müharibə haqda” yayımlanan məqaləyə münasibət bildirərkən qeyd edib.
Millət vəkili məqalə ilə tanış olduğunu söyləyərək qeyd edib Ermənistan düşdüyü vəziyyət yaxşı təhlil olunub: “Onsuzda dünyanın əksər hərbi-siyasi analitikləri Azərbaycan ordusu haqqında obyektiv hesabatlar yayırlar. Hazırda Ermənistan taqətsiz bir vəziyyətdədir və yaxın zamanlarda da vəziyyətdən çıxması real görünmür. Ölkədə psixoloji gərginlik hökm sürür. Həmçinin Ermənistanın sosial-iqtisadi və siyasi vəziyyəti onun bütün imkanlarını gerçəkliyi ilə ortaya qoyur”.
Adil Əliyev həmçinin Azərbaycanın qısa zaman ərzində torpaqlarını işğaldan azad etmək gücünə malik olduğunu vurğulayıb. “Ən müasir silahlarla ordumuz gücləndirilir. Üstəlik, regionda vəziyyət dəyişir. Azərbaycan beynəlxalq arenada üstünlüklər qazanır. Ermənistanın işğalçılıq siyasəti ölkə rəhbərliyi tərəfindən sərt tənqid olunur. Gec-tez torpaqlarımız işğaldan azad ediləcək” -deyə, millət vəkili əlavə edib.
//SİA