Araz Əlizadədən Roma Papasının ermənipərəstliyinə ilginc qiymət - “O, argentinalıdır, orada erməni lobbisi çox güclüdür”
Tarix: 14-04-2015, 08:26 |
Çap et
“Soyqırımları araşdırmaq siyasətçilərin və din xadimlərinin yox, tarixçilərin işidir. Roma Papası bu məsələni dərindən araşdırmadan açıqlama verirsə, bu ancaq təəssüf doğurur”.
Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.
Xatırladaq ki, Roma papası Fransiskin qondarma “erməni soyqırımının” 100 illiyinə həsr olunmuş tədbirinə qatılıb və “erməni soyqrımı”nı XX əsrin faciəsi adlandırıb.
ASDP sədri Araz Əlizadə hesab edir ki, Roma Papasının beynini doldurublar:
“O, argentinalıdır. Argentinada da erməni lobbisi çox güclüdür. Həm hakimiyyətə, həm də ölkənin həyatına ciddi təsir imkanları var. Görünür elə Argentinada yaşadığı dövrdə erməni lobbisi onu də təsir dairəsinə alıb. Birmənalı şəkildə onun söylədiklərini arxasında erməni lobbisi dayanır. Ermənilərə isə soyqırım və onun qurbanları yox, pul lazımdır. Soyqırım iddiasını ortaya atıb, böyük məbləğdə maddi yardım almağa və dünya miqyasında öz təsir imkanlarını artırmağa çalışırlar”.