“Bəlkə də İlham Əliyev olmasaydı, bunlar Qarabağı çoxdan vermişdilər” - İsgəndər Həmidov
Tarix: 4-05-2015, 08:44 | Çap et
Keçmiş daxili işlər naziri İsgəndər Həmidov “Hürriyyət” qəzeti və Moderator.az saytına müsahibə verib. Onunla söhbəti oxuculara təqdim edirik: -İsgəndər bəy, nazir olduğunuz vaxt Bəxtiyar Vahabzadənin sizə yazdığı iddia olunan məktubu üzə çıxıb. Məktubda yer alan iddialara münasibətinizi bilmək maraqlı olardı. -Mənim nəinki hər ay, hər gün Bəxtiyar Vahabzadənin ailəsiylə təmasım var. Bəxtiyar Vahabzadəni mən hər zaman ağsaqqalım və Milli Azadlıq Hərəkatında özümə örnək bilmişəm və bu gün də onu bir ağsqqalım kimi rəhmətlə xatırlayıram. Mən Bəxtiyar müəllimin şeirlərinin təsiri altında Milli Azadlıq Hərəkatına gəlmişəm. Rəhmətliyin həyat yoldaşı da əvəzsiz insandır və onunla da vaxtaşırı zəngləşirik, danışırıq. Bilirsiniz ki, bu gün əziz gündür, Türkçülük Bayramıdır. Ona görə də səhər yerimdən qalxıb əvvəlcə gedib qəbiristanlıqda Əbülfəz bəyi, Bəxtiyar Vahabzadəni, Sara Qədimovanı, Üzeyir bəyi, Xəlil Rzanı ziyarət etmişəm, oradan da Şəhidlər Xiyabanındakı, eləcə də Türk Şəhidliyindəki qardaşlarımızı - şəhidlərimizi ziyarət edib sizinlə görüşə gəlmişəm. Bəxtiyar müəllim nə deyibsə düz deyib, nə edibsə millətin yaxşılığı üçün edib. Bəxtiyar qeyri adi-şəxsiyyət olub və Bəxtiyar zirvəsinə çatmaqdan ötrü ən azı onun keçdiyi keşməkeşli həyat yolundan yetərli məlumatlı olmaq, onun kimi ən çətin məqamda belə mərd kişi olmağı bacarmaq lazımdır. Qaldı ki, guya onun arxivindən mənimlə bağlı hansısa məktubunun mətbuata sızdırılmasına, deyim ki, mənimlə bağlı Bəxtiyar müəllimin arxivində min dənə məktublar var. Niyə onlardan birini verməyiblər? Amma bilməyənlərə deyim ki, Bəxtiyar müəllim ölüm ayağında da mənim xahişimi edib. Əməliyyat stolunda ola-ola Heydər Əliyev onun yanına gedəndə mənim xahişimi edib. Bundan öncə isə mənim azad olunmağımla bağlı Heydər Əliyevə Açıq Məktub da yazıb və bu, mediada da yayımlanıb vaxtilə. Deməyim odur ki, Bəxtiyar müəllim həmişə mənə bir övladı kimi baxıb və aramızda ata-oğul münasibətinə bərabər bir səmimi ünsiyyət olub. Mənə elə gəlir ki, yəqin Bəxtiyar müəllimin alisəi həmin məktubu çap edənlərə cavab verəcəklər. -Bu barədə heç Bəxtiyar müəllimin ailəsiylə aranızda söhbət olmadı ki? -Heç nə deməmişəm. Heç narahatçılığım da yoxdur. Çünki onun xanımı və övladları mənim o kişiyə olan münasibətimi təfsilatıyla bilirlər. Çıxıb mətbuata nəsə deyib - deməmələri də önəm kəsb etmir. Əsas odur ki, Allah, bir də ki, mən və onlar həqiqətin harda olduğunu bilirik deyə nigarançılığım yoxdur. Sizə sual verirəm, üstündən 23 il keçdikdən sonra məhz türkçülük bayramı ərəfəsində bu məktubun üzə çıxarılması sizcə təsadüfdürmü? Hər dəfə bizim millətçilər bir balaca aktivləşən kimi olmayan yerdən bir əmma uydurub tapır, mediaya ötürürlər. Özü də həmin məktubu tirajlayanlar heç fərqində də deyillər ki, bununla məni yox, Bəxtiyar müəllimi vurur, onun ruhun narahat edirlər. Yəni Bəxtiyar daxili işlər nazirinin yanına gəlmək istəyib, daxili işlər naziri Bəxtiyarın qəbuluna getməyib. Şair heç kəsin yanına getməz, şairin yanına gedərlər. Yeri gəlmişkən, şeir söyləməyi sevməsəm də bayaq Fəxri Xiyabanda qəbirləri ziyarət edərkən Bəxtiyar müəllimin məzarı üstə qəfildən mərhum kəlbəcərli şair Qəmkeş Allahverdinin bir şeiri yadıma düşdü və qeyri-ixtiyarı onu elə Bəxtiyarın məzarı başında dilə gətirdim: Bir gün meyl etdim qəbiristanlığa Orda zaman qışdır, dövran yatıbdı. Sanki pıçıldayır hər məzar daşı Şair, asta yeri, insan yatıbdı... Elə orda da dedim ki, kaş sağ olaydın, özün cavab verəydin bunlara. Özü sağ olsaydı, kimsə buna cürət etməzdi. Yəqin ki, ailə üzvlərindən kimsə nə vaxtsa cavab verəcək. Bəxtiyar müəllimin mənim haqqımda 10-dan çox şeiri var və bunları şəxsən mənə oxuyub. Bəxtiyar müəllim mənim yanıma heç vaxt icazə ilə gəlməyib. (Burada İsgəndər bəy mətbuatda getməsini istəmədiyi bir epizodu danışır və nazir olarkən onu ilk dəfə necə qarşılayıb yola salmasından bəhs edir. Gerçəkdən çox təsirli səhnədir, amma oxucular məni bağışlayar...-Z. H.) Mən Bəxtiyar müəllimin paltosunu tutmuşam, qoymamışam köməkçisi tutsun. Özü də mən həmişə Bəxtiyar müəllimi naziriliyin giriş qapısında şəxsən qarşılamışam. Yəni adam yollamamışam ki, qarşılasın, özüm getmişəm qarşılamağa. -Yanınıza hansı məsələlərlə bağlı gəlirdi? -Gəlin bu suala da cavab verməyim. O bir millət sevdalısıydı. Onun bəzi qayğıları və narahatçılıqları da vardı. -Heç olmasa birini deyin. -Təsəvvür edin, bir dəfə gəlmişdi ki, bir qohumunu işə qoymuşduq, dedi Ay İsgəndər, onu ora niyə qoymusan, o işləyə bilməz orda. Dedim narahat olmayın, kömək edəcəyik işləyəcək. Deməyim odur ki, onda belə xüsusiyyətlər də vardı. Sözümün canı odur ki, onu məmləkətdə hər kəsdən, hətta doğma övladlarından da artıq sevən, zamanında hörmətini saxlayan bir adam haqqında belə şeyləri yazmaq yaramaz. -Bu gün Türkçülük günüdür. Türk dünyası bayram ovqatındadırmı? Bu boyda dərd-səri olan bir toplumun bayram yadına düşürmü? Heç olmasa bu gün türk dünyası ayaqdadırmı? - Bu gün bütün dünyada türklərə qarşı bir amansız basqı var. Təsəvvür edin ki, dünyada kimlər islam haqqında, türkçülük haqqında mənfi obrazda bir cızmaqara yazırsa onu yazana hətta Nobel mükafatı da verirlər. Yəni bu nifrət xristian dünyasından qaynaqlanır və Türkün nəyə qadir olduğunu bilən qərb ideoloqları onun bir daha dirçəlməsinə imkan vermək istəmirlər. Dərd burasındadır ki, türk məmləkəti olan Azərbaycanda türklərə başqı daha eybəcər forma alıb. Belə getsə, deyildiyi kimi 20-30 ildən sonra Azərbaycanda türklərin müdafiə komitəsi yaratmaq zərurəti yaranacaq. Türklər bu gün ayaqda deyillər, amma onu da dost-düşmən bilir ki, bu məmləklət türk məmləkətidir. Bu heç də o demək deyil ki, bununla başqa millətləri aşağılayırıq. əsla. Biz heç vaxt heç bir millətin qüruruna toxunmadıq, onun dəyərlərinə, dini etiqad azadlığına həqarət etmədik, əksinə, aşırı hörmətlə yanaşdıq. -Niyə dünya türklərinin qorunmasında mənəvi borcu olan Türkiyə Cümhuriyyəti öz missiyasını doğru-dürüst yerinə yetirməkdən boyun qaçırır? Başqa türk cümhirriyyətlərini və toplumlarını bir kənara qoyaq, Azərbaycandakı türklərin hüquqlarının zorlanmasına göz yumurlar... -Türkiyədə çox mürəkkləb siyasi proseslər gedir. Bir zaman yadınızdadırsa Türkiyədə türkçülük dalğası qalxdı, amma bu prosesin güclənməsindən qorxan antitürk güclər bu prosesi tormozladılar. Bir də ki, Türkiyə cəmiyyəti ilə bu ölkədə hakimiyyətdə olanları bir-birindən ayırmaq lazımdır. Hakimiyyətdə olanlar ifrat demokratiya, ifrat dinçilik, məzhəbçilik, təriqətçilik baxışlarına qəribə yanaşma səırgiləməkdədirlər. Hətta bəziləri dedi ki, biz türk deyilik, türkiyəliyik. Amma mən Türkiyənin içini bilən adamam və əminəm ki, Türk milləti öz sözünü deyəcək, sadəcə geci-tezi var. Şəhidlər Xiyabanındakı türk şəhidliyini ziyarət edəndə də mən qürur və qəhərin təsiri atında idim. Yəni həm adamın ürəyi dağa dönür ki, biz bir millətik və tarixin ən çətin dönəmlərində bir birimizin qardaş harayına, dadına çatdıq, “uf” demədən qanımızı - canımızı verdik, həm də nifərtlə xatırlayırsan ki, axı bir millətin cocuqlarını niyə bu qədər ayrı saldılar, bu gün də parçalamaq üçün dürlü-dürlü məkrli ssenarilər qururlar. Keçmişdə deyirmişlər ki, Xəzər dənizinin səviyyəsi qalxanda məmləkətdə türkçülük da qalxır, enəndə də isə tənəzzül dövrünə qədəm qoyur. Yadınızdadırsa bir müddət öncə Xəzər yenə də qalxmışdı, onda türkçülük meydan suladı, indi aşağı düşüb deyə səsimiz haqq etdiyimiz yerlərdən gəlmir. -Niyə ki, iki türkün səsi haqq etdiyi torpaqlarda qurulmuş namərd zindanlarından gəlir. Biz onlara yetişə bilməsək, o səsin hənirtisinə doğru irəli durmasaq da. İndi mətbuatda bəzi iddialar tirajlanır ki, guya onları azad etmək üçün alternativ üsusllara baş vurulub... -Üç qardaşımız-Şahbaz, Dilqəm, Həsən öz dədə-baba yurduna getmişdi. Azərbaycan iqtidarı həmişə bəyan edir ki, Kəlbəcər bizimkidir, biz Dağlıq Qarabağ adlı respublika tanımırıq. Əgər Azərbaycan dövləti və ordusu öz ata-baba yurdundakı məzarlarını ziyarət etməyə gedənləri müdafiə edə bilmirsə, deməli Kəlbəcər hələ bizimki deyil. Yəni boş-boş bəyantlardan imtina edib Kəlbəcəri və yolumuzu intizarla gözləyə digər Vətən torpağını azad etmək üçün müqəddəs savaşa başlamalıyıq. Dilqəmgil girov götürüləndə ilk açıqlamanı da elə sənə vermişdim ki, onları danışıqlar yolu ilə azad etməyi düşünürksə onlardan indidən əlimizi üzməliyik. Onları ermənilərin qandığı dillə danışaraq geri qaytarmaq olar. Qaldı ki, bu xəbərləri mən də eşitmişəm ki, Dilqəmgili azad etmək üçün başqa yollara baş vurulub. Əgər İlham Əliyev belə bir göstəriş veribsə, alqışlayıram. Məndən ötrü Dilqəmlə Şahbazın azadlığı hər şeydən üstündür. Dövlət öz gücünü göstərsə, onları azad etmək məncə mümkünsüz də deyil. Dövlətin gücü onun keçirdiyi hərbi və antiterror əməliyyatlarında bilinir. -Dövlət də Rusiyanın qorxusundan həmin əməliyyatlara başlamağa ehtiyyat edir... -Rusdan qorx, farsdan qorx, ingilisdən, amerikandan, ermənidən qorx, onda bu torpaqları biz necə geri qaytaracağıq ki? Azərbaycanın gələcəyi, onun bir dövlət kimi özünü təsdiq etməsi və dünyada gerçək söz sahibi olması ancaq millətin yarısı batsa belə hərbi əməliyyatdan, işğalçının burnunun ovulmasından keçir ki, bu millətin hisləriylə oynamaq istəyənlər öz yüklərini götürsünlər. Bu gün ermənilərin danışıqlardakı ritorikasını görəndə damarlarımda qan donur. Əgər biz bircə rayonu hərbi yolla azad etsək, ermənilərin ritorikası tamam dəyişəcək. -Bir neçə gün öncə deputat Elman Məmmədov bir maraqlı fikir işlətdi ki, həmsədr demək doğru deyil, danışıqlar 4 üstəgəl bir prinsipi ilə aparılır, yəni hər üç həmsədr də ermənilər tərəfindən çıxış edir. -Biz indi də, 10-20 il öncə də həmişə dedik ki, ay Azərbaycan hakimiyyəti, bu cür oyuncaq həmsədrlikdən, ikibaşlı vasitəçilikdən imtina etmək lazımdır. Əgər bu gün Azərbaycan hakimiyyəti özündə cəsarət tapıb həmsədrlikdən imtina etdiyini bəyan etsə, inanın ki, gəlib İlham Əliyevin ayağına düşəcəklər. Amma yeri gəlmişkən, bir həqiqəti də demək lazımdır ki, Qarabağ məsələsində bu hakimiyyətdə ən möhkəm dayanan və prinsipiallıq nümayiş etdirən də təkcə İlham Əliyevin özüdür. Bəlkə də İlham Əliyev olmasaydı, bunlar Qarabağı çoxdan vermişdilər. Məlumatlardan da bu qənaətə gəlmək olur, onun danışıqlarından da. Bəli, biz yaxşıya həmişə yaxşı demişik.... Ardı var...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|