Bəsitləşmiş Müsavat - Döyüşə piyadalar gedir...
Tarix: 6-05-2015, 10:50 | Çap et
Müsavatda növbəti dəfə start götürən istefa dalğası davam etməkdədir. Belə ki, Vurğun Əyyub və Adil Qeybullanın ardınca Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli də üzvlükdən istefa verib. İstefa səbəbləri haqda danışan İ.İbrahimli deyib ki, Müsavat rəhbərliyinin hazırkı idarəçiliyinə etiraz olaraq bu addımı atmağa qərar verib: “Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı yürütdüyü repressiv qərarlar məni belə addım atmağa vadar etdi. Faktiki olaraq, partiyanı bataqlığa sürükləyən, yalnız öz maraqlarını düşünən avtoritar üsul-idarəçiliyə etiraz edərək, bu partiyadan çıxdığımı elan etdim”.
Sabiq MNTK sədri nəzərə çatdırıb ki, istefa verməsinə əsas səbəb V.Əyyubun partiyadan qanunsuz olaraq çıxarılması olub: “Hazırkı rəhbərliyin yürütdüyü siyasət, fərqli düşüncəyə qarşı dözümsüzlük, əks fikirlilərin dərhal kənarlaşdırılması partiyanı uçuruma aparır”.
Hazırda Müsavatda baş verənlərlə bağlı müsahibə verən Məclis üzvü Tural Abbaslı bildirib ki, V.Əyyubu rəhbərliyin siyasi qərarı ilə Müsavat Partiyasının Binəqədi özəyində xaric ediblər: “Məndə olan məlumata görə, özəkdə iclas düzgün keçirilməyib. Özəyin legitim olub-olmaması müzakirə mövzusudur. Vurğun Əyyubun və digər müsavatçıların partiyadan uzaqlaşmasının əsas səbəbi indiki rəhbərliyin dözümsüzlüyüdür. Məhz Arif Hacılının əks fikrə dözümsüzlüyüdür, opponentlərindən qurtulmaq arzusudur. Təəssüf ki, Müsavat Partiyası daxilində hökm sürən demokratik ənənələrə böyük zərbələr vuruldu. Bu zərbələr Müsavat Partiyasının adı ilə bağlanır, tarix qarşısında məsuliyyət yaradır. Düşünülmədən bugünkü korporativ maraqlara uyğun qərarlar verilib, addımlar atılır. Hansısa ziyalı Vurğun Əyyuba olan münasibəti görəndə avtomatik o hərəkəti özünə qarşı edilmiş hesab edir və gələcəkdə bununla üzləşməmək üçün özü istefa verir və yaxud partiyadakı fəaliyyətini minimuma endirir. Bu da ümumilikdə partiyaya və Azərbaycan müxalifətinə ziyandır. Necə ola bilər ki, eyni insanlar İsa Qəmbərin başqanlıq dövründə eyni təşkilatda, eyni qərargahda fəaliyyət göstərə bilirdilər, amma indi bunu edə bilmirlər? Bunun səbəbi var, o da indiki rəhbərlikdir”.
T.Abbaslının fikrincə, ən acınacaqlısı rəhbərliyin bu cür halların varlığını inkar etməsidir: “Vurğun Əyyubun çıxarılmasını guya partiyaya gəlməməklə, fəaliyyət göstərməməklə və üzvlük haqqı ödəməməklə bağlayırlar. Bəsit arqumentlərlə partiya gözdən salınır. Bu, partiyanın sıravi üzvləri arasında da qarşıdurma yaradır. Arif Hacılı bu baş verənlərə görə konkret addımlar atmasa, Müsavat Partiyası zəifləyə-zəifləyə gedəcək. Sonun nə olacağını isə adam düşünmək belə istəmir. Özümə qarşı hələ ki, belə təhlükə hiss etmirəm, rəsmi şəkildə heç bir irad bildirilməyib. Ancaq “gözü çıxmış qardaş”dan görmək olur nə olacağını. Mən də Arif Hacılının partiyadaxili siyasətini dəstəkləmirəm. Onun atdığı addımların partiyaya xeyir verdiyini düşünmürəm. Mən və ətrafım da rəhbərliyə opponent olan kəsimə aidik. Müsavat Partiyasını Azərbaycanda bərpa edənlərdən olan, Müsavat Partiyasının bərpa təşkilat komitəsinin üzvü olmuş bir insanı özəkdə 4 nəfərin iştirakı ilə partiyadan çıxardıblar. Bu hadisə bizi də düşündürür”. Son istefalara münasibət bildirən Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyanın qərarları ilə razılaşmayanları istefaya çağırıb: “Adil Qeybulla və İbrahim İbrahimlinin partiyadan növbəti dəfə istefa verməsini təqdir edirəm. Partiya ilə razılaşmaqdan imtina edən, qurultaydan 8-9 ay keçməsinə baxmayaraq, hələ də gündəmdə ancaq Müsavatdaxili məsələləri tutmaqla öz siyasi fəaliyyətini icra etməyi özünə vəzifə hesab etmiş bir çox insanları da məhz bu siyasi mədəniyyətə - istefaya dəvət edirəm”.
E.Fəttahın fikrincə, perspektivlərini başqa təşkilatlarda görənlər Müsavatdan istefa verməlidirlər: “Ya Müsavat Partiyası ilə birlikdə fəaliyyət göstərsinlər, ya da perspektivlərini Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkatda görürlərsə, ora getsinlər və siyasi mədəniyyət göstərərək, istefa versinlər. Niyə bizi onların haqqında hansısa qərarları qəbul etməyə məcbur edirlər? Buyursunlar, istefa versinlər”.
Sədr müavini V.Əyyubun Müsavatdan çıxarılması haqqında qərara da münasibət bildirib: “Qərar partiyanın Nizamnaməsinə uyğundur. Vurğun Əyyubla bağlı Binəqədi özəyi qərarını verib və verdiyi qərarın düzgünlüyü barədə kimin şübhəsi varsa, partiyanın müvafiq orqanlarına şikayət edə bilər”. \\ kaspi.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|