"Harada uğur və inkişaf varsa, orada qısqanclıqlar da olacaq"
Tarix: 26-05-2015, 11:55 |
Çap et
"İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bəzi beynəlxalq dairələri ciddi şəkildə narahat edir və onlar yarəşma öncəsi ölkəmizi gözdən salmaq istəyirlər".
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə söyləyib.
Onun sözlərinə görə, harada uğur və inkişaf varsa, orada qısqanclıqlar da olacaq:
"Gəlin bir fakta diqqət yetirək. Təkcə son aylar ölkəmizlə bağlı xarici mətbuatda minlərlə məqalə dərc edilib. Harada bir balaca imkan varsa, ondan istifadə edir, ölkəmizi ləkələmək istəyirlər. Bütün bu kampaniyanın başında erməni lobbisi dayanır. Onlar Ermənistanın çökdüyü bir ərəfədə Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilmir, dövlətimizin beynəlxalq əhəmiyyətli yarışa ev sahibliyi etməsini qəbul etmirlər. Şər, böhtan yolu ilə bu yarışmanın keçirilməsinə mane olmağa çalışırlar. Lakin unudurlar ki, ilk Avropa Oyunlarına hazırlıq ən yüksək səviyyədə təşkil olunub. Kimin nə deməsindən və hansı aruzda olmasından asılı olmayaraq, ölkəmiz bu mötəbər tədbirə ən yüksək səviyyədə ev sahibliyi edəcək".