"Bu işin təşkilatçıları erməni lobbisi və Azərbaycan müstəqilliyi əleyhinə olan xarici dairələrdir" - deputat
Tarix: 19-06-2015, 09:59 | Çap et
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi - Avropa oyunları ərəfəsində və indi bir sıra Avropa təsisatlarının Azərbaycan əleyhinə təhdid kampaniyası davam etməkdədir. Nə baş verir ? - Dəfələrlə vurğulanıb ki, idmanın siyasiləşdirilməsi doğru deyil və bütün sivil dünyada bu belədir. Azərbaycanda keçirilən Avropa oyunlarına gəldikdə isə belə yanaşma ümumiyyətlə yersizdir. Çünki Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı bizə ünvanlanan ittihamlar həm də əsassızdır. Bununla demək istəyirəm ki, biz bu ittihamları təkcə ona görə rədd etmirik ki, hazırda ölkəmizdə mötəbər idman tədbiri keçirilir, biz bu ittihamları, ümumiyyətlə, hər zaman əsassız, uydurma və qərəzli hesab edirik. Həm Avropa Parlamentində, həm də Almaniya Bundestaqında keçirilən müzakirələr zamanı Azərbaycan əleyhinə çıxış etmiş deputatların kimliyinə nəzər salsaq görərik ki, bu işin təşkilatçıları erməni lobbisi və Azərbaycan müstəqilliyi əleyhinə olan xarici dairələrdir. Amma Avropa oyunlarının yüksək təşkilatçılığı, möhtəşəm açılış mərasimi və idmançılarımızın uğurlu çıxışı həmin o qüvvələrin bütün niyyətlərini alt-üst etmiş oldu. Eyni zamanda ölkəmizdəki tolerant abı-hava, xalqımızın yüksək mədəni keyfiyyətləri, iqtisadi uğurlarımız bu yarışlarında iştirak edən avropalılar və əcnəbi turistlər üçün ölkəmizin əslində nə qədər azad və inkişaf etmiş bir dövlət olduğunu da nümayiş etdirir. Bütün bunlar ölkəmizin imicinə xələl gətirmək məqsədi güdən bu cür müzakirələri heçə endirmiş olur. Hətta artıq belə bir məlumat da var ki, iyunun 21-24-ü tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində “Vətəndaş cəmiyyəti: Tərəqqi üçün dialoq” adlı iki günlük regional tədbir təşkil edilərək bunu gündəmdə saxlayacaqlar. Bu tədbir Avropa İttifaqının dəstəyi ilə “Vətəndaş cəmiyyəti: Tərəqqi üçün dialoq” layihəsi çərçivəsində keçirilir və Avropa Şərqi Tərəfdaşlıq proqramına daxil olan ölkələr üçün nəzərdə tutulub (Belarus, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova). Bundan başqa, bəzi Avropa ölkələrindən də iştirakçılar nəzərdə tutulub. Bunun əsas təşkilatçılarında layihə rəhbəri Stefan Maleriousun ermənilərə rəğbəti olan, Azərbaycanı sevməyən birisidir. - Bu günlərdə həm də diplomat Arif Məmmədovun bəyanatlar verməsi və hüquq müdafiəçisi Emin Hüseynovun İsveçrə hökumətinin dəstəyi ilə Azərbaycanı tərk etməsi kimi hadisələr də diqqəti çəkdi... - Bu, əslində təsadüf deyildi. Amma burada yadda qalan heç bir hadisə baş verməyib. Bu günlərin yeganə yadda qalan hadisələri və qəhrəmanları Rafael Ağayev, Rəsul Çunayev, Toğrul Əsgərov və digər Azərbaycan idmançılarıdır. Onlar Avropa ictimaiyyətinə həm də azərbaycanlıların əzmkar, cəsur, dövlətinə və vətəninə sədaqət kimi xarakterini nümayiş etdirirlər. Yuxarıda adı çəkilən və Avropa ölkələrindən siyasi sığınacaq istəyən riyakar və xəyanətkarlara isə müqəddəs Azərbaycan torpağında doğrudan da yer yoxdur. - Avropa oyunlarının bu səviyyədə keçəcəyi gözlənilən idimi? - Əlbəttə. Birincisi, ona görə ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən Azərbaycanda həm bədən tərbiyəsinə, həm də idmana böyük önəm verilməyə başladı. İqtisadi imkanlar, resurslarımızın az olduğu vaxtlarda idmançılarımız uğurlar əldə edirdilər. Çünki keçmiş sovetlər dövründən fərqli olaraq, müstəqillik dövründə idmançılarımızın qələbə qazanması həm də milli özünütəsdiq məsələsinə çevrildi. Prezident İlham Əliyev isə həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi idmanı ölkəmizdə ən prestijli peşələrdən birinə çevirdi. Çünki idman həm xalqın sağlamlığı, həm də ölkənin müsbət beynəlxalq imici üçün ən yaxşı vasitələrdən biridir. Baxın, cənab prezident hələ Dövlət Neft Şirkətinin vitse-prezidenti olduğu zamandan Azərbaycanda karatenin inkişafına şəxsən dəstək verməyə başladı. Bunu karate idman növünün Fizuli Musayev, Ülvi Quliyev, Yaşar Bəşirov kimi veteranları dəfələrlə söyləyiblər. 90-cı illərdə heç kimin ağlına gəlməzdi ki, nə zamansa Azərbaycanda ilk Avropa oyunları keçirilə bilər və karateçilər də bu yarışlarda iştirak edərlər. Özü də belə uğurla. Bu, əsl uzaqgörənlik nümunəsidir. Mən karateçilərin bu Avropa oyunlarında böyük uğurunu xüsusi vurğulamaq istəyirəm. Karateçilərimiz təkcə əzmkar döyüşləri, qələbələri və medalları ilə yadda qalmadılar, onlar həm də əsl vətənpərvərlik nümunəsi və davranışı nümayiş etdirdilər. Kişi karateçilərinin sırasında legionerlərin olmaması özü də çox ciddi göstəricidir. Cənab prezidentə səmimi sədaqət, onun etimadını doğrultmaq və Vətəni layiqincə təmsil etmək şərəfi onlara nəsib olub.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|