“Cəmil Həsənli və İbrahimbəyov Qarabağın işğalına haqq qazandırır”
Tarix: 24-06-2015, 09:46 | Çap et
Kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Amerika mediasına verdiyi son açıqlamaların Azərbaycan mətbuatında dərcindən sonra deyilənlərə ölkə ictimaiyyətinin çox böyük təpkisi oldu.
Qeyd edək ki, Milli Şuranın fəxri sədri ABŞ-da nəşr olunan “The New Times”a müsahibəsində “biz erməni xalqı ilə düşmən deyilik, baş verənlərə görə erməni xalqı günahkar deyil və mütləq barışacağıq” deyib ki, bu da erməni dəhşətlərini yaşamış bir ölkənin vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb.
Üstəlik, onun Krımın Rusiyaya məxsus olmasını deməsi də on illərdir oxşar təcavüzlə üz-üzə qalan, Qarabağ münaqişəsindən əziyyətlər çəkən Azərbaycanda haqlı etirazlara səbəb olub. Lakin kosmopolit düşüncə sahibi olan kinorejissorun mövqeyinə təpkilər adamlara bir az da rahatlıq gətirir. Bir daha ortaya çıxdı ki, erməni və Dağlıq Qarabağ məsələsində Azərbaycan ictimaiyyəti güzəştli mövqe tutan şəxsi kimliyindən asılı olmayaraq dərhal “iqnor” edir və sərt reaksiyasını bildirir. İctimai rəy ermənilərin xeyrinə fikir söyləyən, erməniləri günahsız bilən, işğal altındakı Azərbaycan torpaqlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlını ermənilərlə eyniləşdirən hər hansı bir şəxsi kəskin şəkildə qınayır, məhkum edir. Necə ki, R.İbrahimbəyov məsələsində belə oldu.
Lakin üzərindən bir neçə sutka keçəndən sonra Milli Şuranın sədri Cəmil Həsənli qurumun fəxri sədrini müdafiəyə qalxdı. Ekspertlərin fikrincə, bununla o, elə ciddi səhvlərə yol verdi ki, bir günün içərisində siyasi çəkisinin demək olar ki, əhəmiyyətli hissəsini itirdi. C.Həsənli həmkarından daha da irəli gedərək R.İbrahimbəyovun ermənilərə bəraət qazandıran fikirlərinə ideoloji əsaslandırma verib.
Sitat: “Dəyərli dostlar! Milli Şuranın sədrindən qurtarmamış qarğa-quzğun dəstəsi indi də onun fəxri sədrinin üzərinə düşüb. Bu hay-küy Rüstəm İbrahimbəyov ”The New Times" qəzetinə məlum müsahibəsi ilə bağlıdır. Rüstəm bəyin əleyhinə aparılan süni təbliğat kampaniyası iki tezis üzərində qurulub. Bunun birincisi “Biz ermənilərlə düşmən deyilik, erməni xalqı baş verənlərə görə günahkar deyil”. İkincisi isə “Uşaqlıqda Tolstoyun ”Sevastopol hekayələri"ni oxuyan istənilən şəxs kimi mən də hesab edirəm ki, Krım Rusiya torpağıdır. Bu torpaqlar Xruşşov dövründə Ukraynaya keçib. SSRİ dağılanda Yelstin bu məsələni həll etmədi, hərçənd kifayət qədər sadə və münaqişəsiz şəkildə buna nail ola bilərdi. Sonra uzun müddət nədənsə heç kim bundan narahat olmadı" fikridir. Amma nədənsə ermənilərlə bağlı eyni fikri 12 gün əvvəl daha tutumlu formada Prezident Administrasiyasının rəsmisi Əli Həsənov APA-ya açıqlamasında səsləndirəndə bəzi dostlarımızın vətənpərvərlik qanı “cuşa” gəlmədi. Məsələn, Əli Həsənov bəyan etmişdi ki, “Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram. Ə.Həsənov deyib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrilib”.
Beləliklə, C.Həsənli öz böyük patronunun fikirlərini ideolojiləşdirdi, onları haqlı çıxarmağa cəhdlər göstərdi və bildirdi ki, R.İbrahimbəyov əslində düz deyir.
Səslənən ittihamlar və “arqumentlər”lə bağlı müraciət etdiyimiz “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bunları söylədi: “Əli Həsənov iqtidar rəsmisidir, beynəlxalq tədbirə ev sahibliyi edən ölkənin adından danışır. Təbii ki, onun bu cür açıqlamalar verməsi və beynəlxalq ictimaiyyətə yönələn fikirlər söyləməsi protokol açıqlaması hesab olunur. Ermənilərin də iştirak etdiyi beynəlxalq tədbirdə onların ünvanına ”asacayıq", “kəsəcəyik” deyə bilməzdi. Digər tərəfdən, mən hər iki mətnə baxdım. Rəsmi şəxs olan Əli Həsənovun fikirlərində xalqların tədricən yaxınlaşmasından söhbət gedir, prezidentin köməkçisi erməni xalqını suçsuz çıxartmır, günahlarını boyunlarından “asır”. Lakin İbrahimbəyovla Cəmil Həsənlinin çabalarında və mətnlərində vəziyyət tamamilə başqadır. Onlar erməni xalqının heç bir günahının olmadığını ortaya qoyurlar ki, bu da fərqli bir münasibət yaradır. Digər tərəfdən, Cəmil Həsənlinin liderliyinə iddia etdiyi narazı elektorat Əli Həsənovun təmsil etdiyi hakimiyyətə müxalifdir. Hansılara ki, Cəmil Həsənli xuliqan jarqonu ilə “qarğa-quzğun” yazır. Onlar etiraz edir, həm İbrahimbəyova, həm də Həsənliyə. Bizə yazdığı söyüşlərə görə Həsənlini təqdir edən AXCP elektoratı da onun erməniləri haqlı çıxartdığı statusunun altında professora etiraz edirlər. Müxalifət düşərgəsi və müxalifət elektoratı Cəmil Həsənlinin, Əli Kərimlinin, Rüstəm İbrahimbəyovun timsalında özlərini “radikal və yeganə müxalifət” adlandıranların hər hansı açıqlamalarına dözümlə yanaşa bilər, hətta dəstəkləyənlər də olar. Lakin ermənilərə və Rusiyanın aqressiv siyasətinə münasibətdə ikiüzlülük, tərəfkeşlik bu elektorat tərəfindən bağışlanmır".
R.Arifoğlu onu da əlavə ki, burada özünü “demokrat” adlandıran şəxslərin Krımı itirmiş Ukraynanı xaincəsinə Rusiyanın ayağına verməsi cəhdi özünü göstərir: “Bu, o deməkdir ki, Cəmil Həsənli və Rüstəm İbrahimbəyov bir növ Dağlıq Qarabağın işğalına da haqq qazandırır. Ukrayna ictimaiyyəti çox böyük ehtimalla, Milli Şuranın bu xəyanətini biləcək və Azərbaycanın ”önəmli müxalifət təşkilatı" olduğunu iddia edən bir qurumun hər iki rəhbərinin Krımın işğalı məsələsində, dünya demokratiya paytaxtlarının mövqelərinin ziddinə olaraq, Rusiyanın xeyrinə danışmaları haqqında bilgi əldə edəcəklər. Bütün bunlar da onu göstərir ki, Milli Şura doğrudan da Moskvadan düzənlənir, Rüstəm İbrahimbəyov bunların “patronu”dur və Cəmil Həsənli ilə Əli Kərimli də onun dediklərinə uyğun hərəkət etməyə məhkumdur".
Yeri gəlmişkən, Ə.Həsənov Birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransında “Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıları da iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram” deyib. Lakin əlavə edib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililib. Sitat: “25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir”.
R.İbrahimbəyov isə müsahibəsində Azərbaycan xalqının yaşadığı dəhşətlərin birini belə xatırlamadan bərabərlik işarəsi qoyub.
Sözügedən məsələ ilə bağlı azvision.az-a açıqlama verən Xocalının deputatı Elman Məmmədov hesab edir ki, belə addımlar Rüstəm İbrahimbəyovun həyat tərzidir. Deputat bildirib ki, R. İbrahimbəyov və o qəbildən olan insanlar üçün dövlətin, xalqın, vətənin, torpağın, şəhidliyin əhəmiyyəti yoxdur: “Onlar ancaq özlərinə sərf edən və başa düşdükləri kimi həyat tərzi quran adamlardır. Ona görə də İbrahimbəyovdan millət qeyrəti, təəssübkeşlik gözləmək olmaz. Rüstəm İbrahimbəyovu yaxından tanıyan adamlar bilir ki, o heç vaxt erməni dostları ilə əlaqələrini kəsməyib”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, R. İbrahimbəyovun sərsəm açıqlamaları onda allergiya yaradır: “Bu adam guya özünü tolerant, dünya vətəndaşı hesab edir. Ancaq bunların hamısı boş və mənasız şeylərdir. Rüstəm İbrahimbəyov hansısa mərkəzlərin pul kisələrinə bağlı adamdır. Pul kisələrinin sahiblərinin ona qarşı ”səxavətli" olması üçün vaxtaşırı belə əndazəsiz açıqlama verir.
Hesab edirəm ki, Rüstəm İbrahimbəyov Azərbaycana bağlılığı olmayan adamdır. Milliliyi yoxdur. Ziyalının milliliyi olmalı, öz vətənini, millətini sevməlidir. Bu adamın sevdiyi isə puldur. Pulu kim verirsə, onun çaldığı havaya oynayır. O, pulu vətəndən də, xalqdan da çox sevir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|