“Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                 

“Həm YAP-ın, həm də Prezidentin nüfuzu arxasında gizlənən kifayət qədər insan var” - Keçmiş deputat
Tarix: 3-07-2015, 09:52 | Çap et
“Həm YAP-ın, həm də Prezidentin nüfuzu arxasında gizlənən kifayət qədər insan var”
Milli Məclisin keçmiş deputatı, iqtisadçı alim Nazim Məmmədov Modern.az saytının sualların cavablandırıb.

- Bu il keçiriləcək parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Əslində yenidən deputatlığa namizədliyimi irəli sürmək daha çox seçicilərin arzusudur. Seçicilərimi 2010-cu ildən bəri 104 saylı Gədəbəy -Tovuz seçki dairəsində tək buraxmamışam. Onların gündəlik problemləri ilə məşğul olmuşam. Dəfələrlə onlarla görüşmüşəm. Ziyalıların, kənd əhalisinin, yasda və toyda gördüyüm insanların birmənalı arzusu yenidən namizədliyimi irəli sürməyimdir. Bunun üçün artıq təşəbbüs qrupu da var. Seçkiyə start verildikdən sonra rəsmi qaydada namizədliyimi irəli sürəcəyəm.

- Deməli, seçkiyə müstəqil namizəd kimi gedəcəksiniz?..

- Azərbaycanın Konstitusiyasına görə, parlament seçkiləri majoritar qaydada formalaşmalıdır. Əslində siyasi partiyaların belə bir şəraitdə seçki siyahıları açıqlaması və proporsional olmayan seçki sistemində hansı namizədləri dəstəkləyib- dəstəkləməməsi barədə yaratdığı birliklər, bloklar hamısı qeyri-konstitusiondur. Bu, təbliğat-təşviqat kampaniyası vaxtı həm seçki sisteminə, həm də hakimiyyətin nüfuzuna xələl gətirir. Seçkidə uduzan partiya, yaxud beynəlxalq müşahidəçilər hakimiyyəti inzibati resurslardan istifadə etməkdə günahlandırır. Çünki insanlar konkret şəxsə səs verir. Partiya siyahıları ilə seçki keçirilmirsə, onda seçkiqabağı siyahıların açıqlanmasına və bu siyahının televiziyalarda oxunmasına KİV-də çap olunmasına nə ehtiyac var?! Bir çox hallarda bu siyahılar arxasında nüfuzu olmayan şəxslər gizlənir. Nüfuzu olmayan şəxslər qohum-əqrəbası, bəzən də başqa vasitələrlə siyahıya düşməyə cəhd edirlər.

Majoritar seçki sistemində siyasi partiyalar tərəfindən siyahıların açıqlanmasının tərəfdarı deyiləm. Bu, doğru deyil. Bununla bağlı bir neçə ay bundan öncə həm prezident İlham Əliyevə, həm də YAP-ın İdarə Heyətinin üzvlərinə yazılı müraciət etmişəm. İstər beynəlxalq müşahidəçilərə, istərsə də müxalifət partiyalarına iqtidarın inzibatı resurslardan istifadə etməsi ilə bağlı bəyanat səsləndirməsinə əsas verməməliyik. Mənim təklifim mütərəqqidir. Bu seçkilərdə də məhz belə addım atılacağına ümid edirəm. Keçmiş deputat Gülər Əhmədova və ABU-nun rektoru Elşad Abdullayevin məlum videolarını yada salmaq kifayətdir. Bu “vahid siyahı” Azərbaycanın imicinə hansı ziyanı vurub, məlumdur. Mən belə siyahıların olmamasını cənab prezidentdən xahiş etmişəm.

- Belə başa düşdüm ki, YAP-nın üzvü olaraq qalırsınız?

- Əlbəttə, 1999-cu ildən YAP-ın üzvüyəm. Azərbaycana rəhmətlik Heydər Əliyevin dəvət ilə gəlmişəm. Partiya biletinin mənə məhz Heydər Əliyev tərəfindən verildiyi hamıya məlumdur. Azərbaycana qayıdana qədər Rusiyada yaşamışam. 1998-ci ildə Heydər Əliyev ikinci dəfə prezident seçiləndən bir il sonra Moskva şəhərində diaspor təşkilatları və Rusiyada çalışan aparıcı şəxslərlə görüş keçirdi və onları vətənə dəvət etdi. Mən də o təşəbbüsə qoşulub, vətənə xidmət etmək üçün Azərbaycana qayıtmışam. Dəstəyimi də onun siyasi partiyasına belə ifadə etmişəm.

- Bunun üçün partiyadan hər hansı bir tələbiniz olubmu?

- Partiyadan heç bir imtiyaz tələb etməmişəm və bunun arxasınca da getməmişəm. Əksinə, hesab etmişəm ki, YAP-ın üzvü hər hansı bir imtiyaz sahibi olmamalıdır. 2005-ci ildə seçkiyə müstəqil namizəd kimi qatılmışam, seçki ilə məşğul olan şəxslərə əvvəl mənim prosesdən geri çəkilməyimi tələb edən, sonradan vəziyyət aydınlaşanda mənə kömək etmək istəyən müxtəlif şəxslərə fikrimi belə ifadə etmişəm ki, ən böyük dəstək mənə mane olmamaqdır. 2010-cu ildə təşəbbüs qrupu tərəfindən yenidən namizədliyim irəli sürülmüşdü və seçicilərin mütləq əksəriyyəti məni dəstəkləyirdi. Buna baxmayaraq YAP-ın vahid siyahısında hörmətli həmkarımız Rafiq Məmmədhəsənovu həmin dairədən namizəd göstərdilər. Mən də iqtidarın ümumi maraqlarını öz şəxsi maraqlarımdan üstün tutdum və seçkidən çəkildim. Seçicilərimi də Rafiq Məmmədhəsənovu dəstəkləməyə çağırdım.

Hesab edirəm ki, heç kəs şəxsi maraqlarını dövlət maraqlarından üstün tutmamalıdır. Əfsuslar olsun ki, YAP-ın, prezidentin nüfuzu arxasında gizlənən kifayət qədər insan var. Həmin insanlar bu gün də Milli Məclisdə təmsil olunurlar və yenə parlamentə düşmək istəyən kifayət qədər insan olacaq. Ancaq xalqın gözü tərəzidir. Seçicilər hər kəsin öz qabiliyyətinə, fəaliyyətinə görə qiymət verir. O insanlara bir daha səslənirəm, öz reytinqlərini özləri müəyyən etsinlər. Azərbaycanda kifayət qədər müstəqil reytinq təşkilatları var, onların vasitəsi ilə, gizli sorğu keçirərək şanslarını dəyərləndirsinlər.

104 saylı seçki dairəsindən kimin seçilməsi önəmli deyil. Əsas odur ki, o, xalqın səsini qazansın və dövlət siyasətini dəstəkləsin, Azərbaycanın inkişafına hər hansı töhfə versin. Dırnaqarası kömək etmək istəyənlər, mənə mane olmasınlar. Bu mesajı müraciətimdə həm partiya sədrinə, həm də YAP-ın İdarə Heyətinin üzvlərinə vermişəm.

- Sizə mane olmaq istəyən qüvvələr kimlərdir?

- Bir insanın danışdığı sözlər, söylədiyi fikirlər kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər. Azərbaycandakı ictimai-siyasi situasiya, iqtisadiyyatla bağlı fikirlərimi açıqlayanda nə sağa, nə də sola baxıram. Düzgün olanı ifadə edirəm. Ola bilər ki, bu, kiminsə xoşuna gəlməsin. Həmişə cəmiyyətdə normal siyasi ortamın, iqtisadiyyatda və siyasətdə rəqabətin olmasını arzu etmişəm. Çünki liberal iqtisadiyyat düşüncəli bir insanam. Bu, bəzi monopolistlərin xoşuna gəlməyə bilər. Həm iqtidarda, həm də müxalifətdə su bulandıranlar var. Onlar iqtidar-müxalifət münasibətlərinin kəskin olması görkəmini yaradırlar. Bununla da öz varlıqlarını sübut etməyə çalışırlar ki, guya bunlar hakimiyyətə lazımdırlar. Belələri iqtidarda da var, müxalifətdə də. Onların “pulları” bu qarışıqlıqdan çıxır. Belələri mühafizəkar, biz isə liberal düşüncəli insanlarıq. Tarixdə həmişə mühafizəkarlarla liberallar arasında mübarizə gedib. Belə insanlar mənə qısqanclıqla yanaşırlar. Təəssüf ki, Azərbaycanda kommunist ideologiyasına qulluq edən və indi də vəzifədə olan şəxslər var, onlar Kremlin təsirini saxlamaq üçün hələ də öz dövlət vəzifələrindən istifadə etməyə cəhd edirlər. İqtisadiyyatda və siyasətdə “Rusiya islahatlarını” Azərbaycana gətirməklə məşğuldurlar. Belə adamlarla mənim “ulduzum barışmır”.

Kadr islahatlarının tərəfdarıyam. Yeni düşüncəli kadrlar olmasa, biz nə iqtisadi, nə də siyasi rəqabətliliyimizi təmin edə bilərik. Həmişə gənclərin, liberal düşüncəli insanların idarəetməyə gətirilməsinin, Nazirlər Kabinetinin çevik, dinamik olmasının tərəfdarı olmuşam.

- İctimai-siyasi fəaliyyətinizə görə təzyiqlərlə üzləşmisinizmi?

- Heç vaxt şəxsi fikirlərimə görə heç kimdən təpki almamışam. 2003-cü ildən ictimai-siyasi fəaliyyətlə məşğulam. İlham Əliyev prezident seçildikdən sonra imzaladığı iki fərmanı: regionların sosial iqtisadi inkişafı və işsizliyin aradan qaldırılması ilə bağlı dövlət proqramlarını şəxsən müxtəlif KİV-də iqtisadçı alim kimi müdafiə etməkdə davam etmişəm. 2005-ci ildə təşəbbüs qrupunun xahişini nəzərə alıb deputat seçkisində iştirak etmişəm. Yoxsa, mənin heç vaxt siyasətlə məşğul olmaq fikrim olmayıb.

İnsanlar istər iqtisadiyyatla, istər siyasətlə bağlı qərarlara təsir etmək niyyətlərinə düşəndə gərək ölkənin gələcəyini zərbə altında qoymasınlar. Azərbaycan postsovet ölkələri əsasında yaradılmış hər hansı yeni SSRİ tipli bloka qoşulmamalıdır. Kremlin yaratdığı müxtəlif qurumlarda, kollektiv müqavilələrdə iştirak etməməlidir. Təbii ki, ölkənin strateji maraqlarına uyğun olaraq həm Rusiya, həm də digər postsovet respublikaları ilə ikitərəfli münasibətlərimiz inkişaf etməlidir. Bizim AvroAtlantik məkana inteqrasiyamız dayanmamalıdır. Avropa Şurası, Avropa Birliyi kimi institutlardan qopmamalıyıq, əksinə dərin inteqrasiya etməliyik. İqtisadiyyatda rəqabətliliyi artırmalıyıq, monopoliya ləğv olunmalıdır. Bu cür fikirlərim bəlkə də hansısa məmura xoş gəlməsin, ancaq əmin olun ki, ölkəmizin rəhbəri də belə düşünür.

- YAP-ın toplantılarına qatılırsınız?

- Partiyanın müxtəlif toplantılarına xüsusi dəvətnamələr olmur. Çalışıram Bakıda olanda həmin tədbirlərə qatılam. Ancaq protokol qaydasında xüsusi toplantılara xüsusi dəvətnamələr verilmədiyi hallarda mən ora getmərəm. Mənim kimi YAP-ın 650 minə yaxın üzvü var. Mən də bu partiyanın sıravi üzvlərindən biriyəm. Mən YAP-ın heç bir strukturunda vəzifə daşımıram. YAP-ın üzvlüyü ilə bağlı mənim Gədəbəyin, yaxud Tovuzun hər hansı bir kənd müəllimindən heç bir fərqim yoxdur. Özümü fərqləndirmək niyyətim də yoxdur. Siyasi partiya olaraq hər zaman YAP-ın təəssübünü çəkməyimlə bərabər, həm də partiyanın daxili demokratikləşməsini, yenilənməsini arzulamışam .

- Sosial şəbəkələrdə bəzən mübahisəli müzakirələriniz olur. Bu, sizin reputasiyanıza zərər vermirmi?

- Fecebook sosial şəbəkədə 2008-ci ilin sonundan varam. Bu sosial şəbəkədə o vaxtdan bəri cəmi üç nəfərlə - Mehman Muradlı, Taleh Şahsuvarlı və Daşqın Gülməmmədov adlı şəxslərlə mübahisəm olub. Bu mübahisələr o şəxslərlə düşüb ki, onlar bir neçə siyasi partiya, redaksiyalar dəyişmiş, haradasa müvəqqəti dayanmış jurnalistlərdir. Onlar da təhqir və söyüş yazdıqları üçün məsuliyyətə cəlb etməyə üstünlük vermişəm. İnanıram ki, bu şəxslərlə bağlı fikirlərimi on minlərlə Facebook istifadəçisi bölüşür, çünki son “qalmaqalla” bağlı jurnalist həmkarlarından bəlkə yüzə yaxın mesaj aldım ki, yaxşı cavabını vermisiniz, bu “jurnalist” bizim üzqaramızdır. Təbii ki, bu mənim həm vaxtımı, həm də əsəblərimi aldı, ancaq cəmiyyət xatirinə bu da lazımdır.

Sosial şəbəkədə “cığallıq” edən deyiləm. Ancaq sözümü həmişə nəinki sosial şəbəkədə, teledebatlarda, radiolarda da demişəm. Alnım açıqdır, heç kəsdən qorxub çəkinəcəyim yoxdur. Təəssüf edirəm ki, insanlar öz tərbiyələrini, gündəlik danışıq tərzlərini sosial şəbəkəyə gətirirlər. Bu insanların doğru yolda olmadıqlarını anlatmağa çalışmışam və bundan sonra da çalışacağam. Davakar insan deyiləm. Ancaq bu, o demək deyil ki, sülh tərəfdarı olmağıma baxmayaraq kimsə məni əsassız olaraq təhqir edirsə, biz onun cavabını verməməliyik. Hər kəsin öz tərbiyə üslubu var, onu da göstərir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru