Pənah Hüseynin deputatlığa namizədliyi qeydə alındı
Tarix: 1-10-2015, 11:21 |
Çap et
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deputatlığa namizədliyini, nəhayət, qeydə alınıb. Bu barədə Musavat.com-a Pənah Hüseynin seçki qərargahının fəalları məlumat veriblər.
Bildirilir ki, uzun sürən çək-çevirdən, tərəddüddən sonra, nəhayət, bu gün 63 saylı DSK-dan bildiriblər ki, Pənah Hüseynin təqdim etdiyi sənədlər və imzalar onun deputatlığa namizdə kimi qeydə alınması üçn yetərlidir.
Qeyd edək ki, P.Hüseyn dünən imza kompaniyası və imza vərəqələrinin DSK-da yoxlanılması prosesi zamanı baş verən neqativ hallar haqqında saytımıza müsahibə vermişdi.
P.Hüseynin namizədliyinin qeydə alınması ilə bağlı ona bildirilmişdi ki, sənədləri hazırda dairədə deyil, yoxlanmağa aparılıb.