Əsrin duelindən kim qalib çıxacaq? .....                     Vətən müharibəsi iştirakçısı hakim təyin olunub .....                     Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib .....                     Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış .....                     "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?" .....                     Deputat "Vətəndaş A" serialından danışdı .....                     “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu .....                     COP29-da danışıqlar heç də asan keçməyib .....                     Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər .....                     "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb .....                     Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... .....                     Ermənistanda referendumun keçirilməsi zəruridir .....                     Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib .....                     "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" .....                     Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq .....                     Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                 

“Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur” - Aydin Mirzəzadə
Tarix: 10-10-2015, 12:47 | Çap et
“Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”
Hər seçkiöncəsi olduğu kimi, bu dəfə də müxalifət təmsilçiləri Azərbaycan hakimiyyətinin çöküş mərhələsi yaşaması ilə bağlı fikirlər səsləndirirlər. Xüsusilə, ötən ay Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə və ATƏT-in noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçilər göndərməkdən imtina etməsi, bu iddiaların daha çox ortaya atılmasına səbəb oldu.

Qeyd olunur ki, artıq ölkə iqtidarı günü-gündən mövqelərini itirməkdədir. Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədov “Azadlıq” qəzetinə verdiyi son açıqlamada bildirib ki, “hakimiyyət sonunun yaxınlaşdığını hiss edir”. Vəkil qeyd edib ki, Avropa xalqımıza açıq mesaj verdi, əgər xalq haqqı uğrunda mübarizəyə qalxsa, dünya ona dəstək verəcək.
Göründüyü kimi, demokratik düşərgəni Qərbin son aylardakı siyasətini ciddi şəkildə ümidləndirib.

YAP funksioneri, iqtidaryönlü deputat Aydın Mirzəzadə isə belə fikirlərin pafosdan doğduğu qənaətindədir. O, hesab edir ki, 22 il öncədən müxalifət zaman-zaman bu cür fikirlər səsləndirir: “1993-cü ilin 15 iyunundan Heydər Əliyev siyasi kursuna müxalif olan dairələr Azərbaycan iqtidarı barəsində daim bədbin proqnozlarını verirlər. Xüsusilə, ulu öndərin apardığı siyasətin heç bir nəticə vermədiyini, 1995-ci ildə qəbul edilmiş konstitusiyanın uzun müddət davam gətirməyəcəyini, Azərbaycanın Avropa Şurasına qəbul edilməyəcəyini, dövlətimizin apardığı siyasətin ona problemlər yaradacağını qeyd ediblər. Amma göründüyü kimi, 22 ildir onların dediyinin əksinə olaraq, Azərbaycan demokratik, hüququ dövlət kimi təşəkkül tapıb. Ölkəmizdə iqtisadi inkişaf gedir, dünyada gedən neft, maliyyə böhranına baxmayaraq, Azərbaycan uğurla irəliləyir. Demokratiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Vaxtı ilə Heydər Əliyevin, indi isə, cənab prezidentin apardığı siyasət siyasi rəqiblərimizin proqnozlarını alt-üst edib. Azərbaycanı qarşıdakı 200 ildə hər hansı bir problem gözləmir. Çünki, Azərbaycan dövlətçiliyini möhkəm qurub. Bu gün vətəndaşlarımız dövlətçiliyimizin timsalında özünə dayaq görür, sabahına inanır, problemlərinin həll olunduğunu görürlər. Ölkə iqtidarı bütün problemləri həll etmək gücündədir. Maraqlara uyğun dövlətçilik maraqları ortaya qoyuruq. Ayrı-ayrı şəxslərin, müxalif dairələrin verdiyi proqnozların heç bir əsası yoxdur. O dairələr bu barədə danışırlar ki, cəmiyyətdə nüfuzlarından söhbət gedə bilməz. Heç bir seçkidə uğur qazana bilmirlər. Ətraflarında demokratik düşüncəli qruplar yoxdur. Onların fikirləri cəmiyyətdə səbirsizliklə gözlənilmir. Belə fikirlər çıxılmaz vəziyyətdə olmalarından irəli gəlir. Məğlubiyyətlərini etiraf etməyə cəsarətləri yoxdur”.

Müsavat başqanının müavini Elman Fəttah bildirdi ki, hakimiyyət indiyə qədər iki resursun üzərində dayanıb: “Qənaətlərim və ciddi analizlərim onu göstərir ki, iqtidar iki mühüm resursun üzərində ayaqda qalırdı. Maliyyə və beynəlxalq resurslar. Bu ilin fevralında devalvasiya yaşananda gördük ki, hakimiyyətin maliyyə resursu tükənib. Digər tərəfdən isə, rejimin beynəlxalq resursunun da tükəndiyi açıq şəkildə görünür. Bütün bunlar onu göstərir ki, rejimin hakimiyyətdə qalma şansları getdikcə itməkdədir. Hakimiyyət xalqın etimadı üzərində yox, neftin pulları hesabına iqtidarda qalıb. Mən o proqnozlara qoşuluram. İqtidarın avtoritarizmi davam etdirmə imkanları bitir. İdarəetmə instrumentləri azalıb. Son illərin repressiyasını müşahidə edirik. Bu da hakimiyyətdə qalma yollarından biridir. Hesab edirəm ki, bu uzun çəkməyəcək. Rejim əvvəllər də çöküş anları yaşayıb. Hakimiyyət xalqın arasında nüfuzunu itirib. Bu baxımdan çox davam edə bilməz. Əlavə resurslar olmadığından hakimiyyətin əldə saxlamağa çalışdığı instrumentlərin ömrü də qısa zamanda başa çatacaq”.

Məsələyə politoloq baxışı da aldıq. Qabil Hüseynli hakimiyyətin sonunun yaxınlaşması kimi fikirlərlə razılaşmağın mümkünsüz olduğu düşüncəsindədir: “Qurban Məmmədov hörmət etdiyim siyasətçilərdəndir. Amma onun və digər müxaliflərin fikirləri ilə razılaşmaq olmaz. Hakimiyyət daha möhkəm, monolit komanda olması ilə diqqət çəkir. Neftin qiymətinin aşağı düşməsi ilə büdcə və iqtisadiyyatın müəyyən sahələrində problemlər nəzərə çarpır. Bu o demək deyil ki, Azərbaycan neftdən asılıdır. Əslində ölkəmiz özünün yeni neft qaynağını işə salmaqdadır. Söhbət irimiqyaslı qaz yataqlarının kəşfindən və Avropaya nəqlindən gedir. Azərbaycan 2018-də “Şahdəniz-2” qaz yatağını işə salacaq. Hər il 15 milyard kubmetr Avropaya qaz nəql edəcək. Başqa kəşf edilmiş qaz yataqları var. Azərbaycan gələcəkdə qaz yataqlarını 35-40 milyard kubmetrə çatdıra bilər. Neftin qiyməti hazırda artmaqda davam edir. Bütün bunlar gəlirlərimizin artacağı proqnozunu verir. Hakimiyyətin siyasətinin Qərb tərəfindən tənqid olunması dalana dirəndiyi anlayışına gəlməməlidir. Hətta hakimiyyəti tənqid edən ölkələrin bir qismi siyasətlərini dəyişiblər.

ABŞ indiyə qədər tənqidi bəyanatlar verirdi. Amma indi Azərbaycan səfirini konqresə çağıraraq, müəyyən suallar verir, bu suallar ətrafında iqtidarı düşünməyə vadar edirlər. Hakimiyyət çalışır ki, onunla diktə dili ilə danışmasınlar. Avropa ilə əlaqələri kəsmək fikri yoxdur. Avropanı heç kim itirmək istəməz. Hakimiyyətin çətin durumda olduğu qənaətində deyiləm. Müəyyən sahələrdə nöqsanların olduğunu söyləyə bilərəm. Çexiyanın keçmiş prezidenti Vatslav Qavel deyirdi ki, deyirdi ki, demokratiya marsa gedən bir yol kimi, uzun bir yoldan keçir, nə qədər ona doğru gedirsən, o bir o qədər səndən uzaqlaşır. Bu baxımdan demokratiyamızın əskikləri var. Bu problem olmasına baxmayaraq, hesab edirəm ki, gələcəkdə demokratiya təkmilləşəcək. Edilən tənqidlərdən də nəticələr çıxarılacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40
Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19
Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13
Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58
"İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54
Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru