YAP özbaşına namizəd olanların məsələsinə baxacaq - Açıqlama
Tarix: 3-11-2015, 11:08 |
Çap et
“Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi müvafiq qərar qəbul edəndən sonra məsələ həll olunacaq”.
Bunu Modern.az-a açıqlamasında YAP-ın icra katibini müavini Siyavuş Novruzov partiyanın müəyyənləşdirdiyi siyahıdan kənar deputatlığa namizədliyini irəli sürənlərlə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu məsələ partiyanın qərarından asılıdır:
“Partiya rəhbərliyi hansı qərarı qəbul edəcəksə, bununla da hər bir məsələ aydınlaşacaq”.
Noyabrın 1-də keçirilən parlament seçkilərində bir neçə YAP üzvü öz təşəbbüsü ilə namizədliklərini irəli sürmüşdü. Hətta onlardan biri – Mirzəcan Xəlilov 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib.