SSRİ-nin dağılmasından sonra Azərbaycanda islamı dəyərlərin yenidən yayılması, möhkəmlənməsi özlüyündə təbii və müsbət bir hal olsa da, yaranmış fürsətdən suiistifadə etmək istəyənlər də oldu və onlar bu gün də var. Bu qüvvələrin mərami isə dinin təbliği yox, mənəviyyatın zəhərlənməsi ilə dövlətin əsaslarını sarsıtmaqdır.
dia-az.life xəbər verir ki, Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı materialda bildirilir ki, hər nə qədər özlərini dinin təəssübkeşi kimi təqdim etməyə çalışsalar da, Tale Bağırzadə və Elçin Qasımov kimilərin əslində nəyə və kimə qulluq etdikləri bəllidir: “Onların çıxışlarına diqqət yetirmək kifayətdir. Çıxışları çağırışları birmənalı olaraq xaos yaratmağa, dövlətçiliyi sarsıtmağa və ixtişaşa yönəlib. 5-ci kalon olmaq xəyalı ilə yaşayan bu adamlar bununla da sifariş aldığı dairələrin gözündə necə deyərlər yuxarı qalxmaq istəyir.
Təqib edildiklərini iddia edən bu şəxslərin çıxışlarında işlətdikləri ifadələr xeyli diqqət çəkir. Məsələn özünü Müsəlman Birliyi Hərakatı kimi təqdim edən, bu qeydiyyatdan keçməmiş təşkilatın sosial şəbəkələrindəki çağırışlarına nəzər salsaq onların həqiqi mahiyyətini daha aydın görərik.Polis idarələrini talan etmək, dağıtmaq, dövlət qurumlarını alt üst etmək, məmurları döymək, öldürmək, kimi ifadələrin yer aldığı nitqlər, ABŞ-da Avropa ölkələrində hətta Rusiya və digər ölkələrdə bir başa terrora və çevrilişə çağırış kimi qiymətləndirilir və cinayət tərkibi daşıyır. Amma gəl gör ki, Tale Bağırzadə fəaliyyətlərini konstitusiya çərçivəsində sivil mübarizə adlandırır.
Tale Bağırzadə kimilərinin təhlükəli səyləri nəticəsində neçə-neçə gəncimiz xaricdə anti-Azərbaycan yuvalarında dini-siyasi kurs və təlimlərə cəlb olunub. Onların çıxışlarından və bəyanatlarından açıq görünür ki, siyasi-mütəşəkkil, radikal islamçı ideoloqlar və onların itaətkarları dövlətçilik və milli birliyimizi sərt təhdid edir.
Taleh Bağırzadə kimilərin təsirlərinə saldıqları gənclərə vəd etdiyi cəmiyyətlər utopiyadan başqa bir şey deyil. Reallıqda isə radikalların qurduğu cəmiyyətləri Talibanın, İŞİD-in, Əl Qaidənin simasında bütün dünya görür.
Belə bir sual ortaya çıxır, Tale Bağırzadələr olmayanda ölkədə islam yox idimi, açıq aydın görünür ki, onların fəaliyyəti islamı təbliğ etmir, əksinə onu gözdən salır insanları bu səmavi dindən uzaqlaşdırır. Əslində onların əsl missiyası da elə bundan ibarətdir”.