Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya ilə Türkiyə arasında münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb"

"Rusiya ilə Türkiyə arasında münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb"


12-04-2021, 08:39
"Rusiya ilə Türkiyə arasında münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb"
Vladimir Zelenskinin Anakarada qəbulu zamanı Rəcəb tayyib Ərdoğanın Ukrayna haqqında dedikləri azmış kimi Ərdoğanın Krımla bağlı konfransa dəvəti qəbul etməsi Rusiya-Türkiyə münasibətlərini zədələyə bilərmi? Savaş açıq müstəviyə keçsə Ankara NATO-numu, ona düşmən olan Rusiyanımı dəstəkləməli, yoxsa ikinci dünya savaşında olduğu kimi neytral qalmalıdır?

Moderator.az bu suallarla politoloq Qafar çaxmaqlıya müraciət edərək onun fikirlərini öyrənib:

"Türkiyə elə bir dövlətdir ki, bütün dövrlərdə dik duruşu ilə dünyaya örnək olub. Osmanlı zamanında da belə olub. Birinci Dünya müharibəsinə girməsi də alman gəmilərinin Türk bayrağı altında bir təxribatı nəticəsində baş vermişdi. İkinci Dünya müharibəsi dövründə Türkiyə Atatürkün müəyyən etdiyi diplomatiya sayəsində tərəfsiz qaldı. Onu müharibənin içinə çəkə bilmədilər. İndi də Türkiyəni hansısa tərəfə çəkmək mümkün deyil. Ukrayna ilə bağlı türk dövlətçiliyinin gərəkdirdiyi mövqeyi ortadadır. Krımın Rusiya tərəfindən ilhaqı baş verən gündən Türkiyə bu durumu dəyərləndirib və Rusiya ilə hansı münasibətləri olmasından asılı olmayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krım tatarlarının haqlı davasına sahib çıxıb.

Ötən gün Ukrayna prezidenti Zelenski ilə başkan Ərdoğanın görüşündə də bu mövqe bir daha sərgiləndi. Mən şəxsən başqa bir yanaşma olacağını gözləmirdim. Türkiyə Rusiya ilə Ukrayna arasında yaşanan bu gərginliyi aradan qaldıracaq yeganə ölkədir, heç bir maraq güdmədən, Türkiyə məsələyə ölüm və qanın durdurulması prizmasından baxır. Zelenski də elə buna görə gəlmişdi. Görüşdə Ukrayna prezidentinin Türkiyəyə ümid yeri kimi baxdığını müşahidə etməmək mümkün deyidi. Rusiyaya Ərdoğanın qaşıdakı Krım konfransı ilə bağlı səfərinə də məhz bu prizmadan baxılmalıdır. Kreml onu Ukrayna məsələsində tutduğu mövqeyə görə qınaya və ya bu prinsipial duruşuna görə Türkiyəyə etiraz edə bilməz. Çünki Türkiyənin siyasi duruşu beynəlxalq prinsiplərə əsaslanır.

Və son gün içərisində Rusiyadan Türkiyəyə qarşı rəsmi bir etiraz görmədim. İndiki halda əslində Rusiyanın Türkiyəyə çox böyük ehtiyacı var. Rusiya da, Ukraynanın özü də əslində bu gərginliyin müharibə müstəvisinə keçməsini istəmirlər. Və Türkiyənin verəcəyi təklif onların ürəyincə olacaq. Türkiyə açıq şəkildə bəyan etdi ki, məsələ danışıqlar yolu ilə həll edilməlidir. Mən gözləyirəm ki, Kreml Türkiyəyə vasitəçilik təklif etsin. Belə də olacaq. Çünki Rusiya indiki durumda başqa bir ölkənin səmimiliyinə inanmır. Həm də Rusiya ilə Türkiyə arasında bir neçə yerdə, o cümlədən Azərbaycanda münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb. Krımla bağlı düzənlənəcək konfransda da Türkiyənin sərgiləyəcəyi siyasət hər hansı ittifaqın (o cümlədən NATO-nun ) iradəsi ilə olması mümkün deyil.

Sanmıram ki, Ukrayna - Rusiya gərginliyi açıq müharibə həddinə geçsin. Burada bir təhrik var. Ona da inanmıram ki, açıq müharibə durumunda ABŞ Ukraynanı axıradık müdafiə etsin. 2008 Gürcüstan örnəyi var meydanda. Açıq müharibə mümkün deyil. Sadəcə olaq bölgədə güc nümayişi, gövdə göstərisi var… Müharibə heç bir tərəfdən arzu olunan variant deyil. Ən azından ona görə ki, Avropa Birliyi ölkələri də, yəni həm də NATO-ya daxil olan Fransa, Almaniya, İtaliya kimi ölkələr müharibənin onların iqtisadi maraqlarına zərbə olacağından buna getməzlər. NATO yalnız ABŞ- dan ibarət deyil, Rusiya sevilməsə də bu quruma üzv olan Slavyan ölkələri qulaqlarının dibində dağıdıcı müharibənin olmasını və onun dalğalarının öz ölkələrinə sıçramasını istəməzlər. Türkiyə isə bu münaqişə ilə bağlı NATO-nun hansı mövqeyinin olmasından asılı olmayaraq müstəqil hərbi siyasətini yürütmüşdür. Bölgədə Türkiyəsiz heç bir məsələnin həll edilməyəcəyi gerçəyi var və bununla ABŞ-da, Rusiya da və başqa ölklər də hesablaşmalıdır. Krım və Donbas krizisində bu gün deyilsə də, yaxın gələcəkdə Türkiyənin əsas söz sahibi olacağına əminəm".

Geri qayıt