Əsas Səhifə > Partiya, Güney Press > Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası
Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası17-05-2021, 11:02 |
2000-ci illərdə məşhur bir cəbhəçinin obrazlı sözü vardı və qəzetlərin birindəki müsahibəsində rezonans doğurmuşdu. Həmin müsahibədə başqa bir adam nəzərdə tutularaq deyilirdi ki, sənə salam verərlər, səs verməzlər... Düzdür, o fikir başqa adama deyilmişdi, amma bu gün Əli Kərimlinin əməllərini, trol dəstəsinin çanfəşanlığını görəndə, bu sözlərin əslində ona necə uyğun gəldiyi görünür. Əli Məsimovun Əli Kərimovdən Kərimov Əliyə çevirdiyi, AXCP-ni zəbt edib ömürlük sədrlik kreslosunu mənimsəyən bu adama doğrudan da səs yox, bəlkə salam verələr. O da onu yaxından tanımayanlar. Yaxından tanıyanlarla bir haqq-salam əlaqəsi də daha qalmayıb. Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Əli Məsimli, Arif Paşa, Razi Nurullayev salam verir bəlkə biz bilmirik?! Yox, heç biri! Çünki adam salam haqqını da itirib. Dostlarından salam haqqını itirən adam xalqdan səs haqqını çoxdan itirmiş olur. O haqqı itirdiyinə görə də indi Əli Kərimli canına əl qatıb. Elmi və sosial sifarişi əks etdirməyən sorğularla özünü hamıdan güclü göstərmək istəyir. O sorğular ki, sualın qoyuluşu ancaq ona sərf edir, komponentləri müəyyən deyil, uyğun statistik məlumatlar bazası və hədəf qrupları tamamilə yalandır. Lakin usanmadan bu formada da olsa, sosial şəbəkələrdə yer qoymur, sorğu keçirtdirir və özünü birinci yerə çıxartdırır. Bəlkə də çıxardır! Yəni sorğunu özü təşkil etdiyi kimi səsi də şəxsən işlətdiyi profillərlə özü verir və “birincilik” qazanır. Adama sual edərlər ki, bu, sənin nəyinə lazımdır? Məgər seçkidir? Yaxud seçki ilidir? Nədən indi, seçki qoxusunun olmadığı halda özünə əl qatıb, tərəfdarlarına “rəhbər” göstərişlərini verib, camaatın Rusiyaya, İrana, Ermənistana etiraz etdiyi, Zəngəzur dəhlizi üçün mübarizə apardığı bir zamanda sən sorğu keçirtdirirsən? Bu ölkənin problemi sənin reytinq göstəricisində harada, kimdən sonra və ya əvvəl olmağındırmı? Dövlət olaraq, ictimaiyyət olaraq hər kəs dövlət başçısının strateji və taktiki addımlarını dəstəkləyir. Ölkənin 50 siyasi partiyası Ali Baş Komandanın 44 günlük müharibə dövründə və bu gün apardığı taktiki-strateji addımlarında hər an onunla birlik nümayiş etdirir. Ayrı-ayrı səslər xaric, ölkədə böyük mənada siyasi həmrəylik və vətəndaş birliyi hökm sürür. Lakin bu dəstə... Çoxlarına aydındır ki, Ermənistanın güncə sıxıldığı bir dönəmdə Əli Kərimli və onun dəstəsi bu məsələlərdən danışa bilməz. Səbəbi isə çox sadədir. Bu, Qərbin xoşuna gəlməz və kəsərlər... Nəyi kəsərləri isə hər kəs yaxşı bilir. Verdiyini, pulunu, vədini... Zəngəzurdan danışmaq da işinə yaramır. Rusiyanı incik salmamaq üçün bunu da deməz. Çünki Rusiya hələ 2013-cü ildə yaratdığı Milli Şuradan imtina edər və ya Milli Şuradan imtina onun özünün Rusiya biznesinə xələl gətirər. Axı hələ 1995-ci ildə AXC-nin yoxa çıxan 70 min ABŞ dolları neçə ildir elə Rusiyada dövriyyədədir və gəlirləri də ona çatır... Milli məsələlərdən yan keçib gündəmdə qalmaq, xalqın başının altına yenidən yastıq qoymaq üçün çıxış yolu sosial şəbəkədəki bloqqerlik və yutuberliyə qalır. Orada da yazmaq, danışmaq artıq keçərli deyil. İnsanlar eyni sözü nə qədər eşitməlidirlər ki?! “İlham Əliyev belə etdi”, “Azərbaycan hakimiyyəti belə getdi”, “Müxalifətdə hamı satqındır”, “Ancaq biz, biz, biz, mən, mən, mən...” Artıq insanlar boş sözü dinləmir. “Əgər sözün, təklifin, xalqdan dəstəyin varsa, çıxış yolunu de və hərəkət et” prinsipini istəyir. Ancaq bu hərəkət yoxdur və heç zaman da olmayacaq. Çünki Kərimli bəzi xarici qüvvələrə və daxildə vurulmuş “5-ci kolon”a Azərbaycan hakimiyyətinə təzyiq, müxalifəti isə xalqın gözündən salmaq üçün lazımdır. O qüvvələr öz məqsədlərinə çatmaq üçün Kərimlini vasitə seçiblər və istəkləri odur ki, biz Zəngəzurdan danışmayaq, sülhməramlıların fəaliyyətinə göz yumaq, Ermənistandan minalanmış ərazilərin xəritəsini istəməyək, 28 il olduğumuz kimi hakimiyyətli-müxalifətli-xalqı başımızı aşağı salıb günümüzü keçirək və “Qarabağ Azərbaycandır” deməyək. İndi görünən odur ki, Kərimlinin yeni tapşırığı var. Fransanın, Kanadanın bəyanatla etdiklərini bu dəstə müxtəlif formada təkrarlayır. Budəfəki tapşırıq da belədir. Seçkisiz, seçki qoxusu belə hiss olunmayan ildə praymeriz keçirmək, sosial şəbəkənin olmayan üzvlərindən rəy almaq və özünü birinci kimi sırımaqla cəmiyyətin başını qatmaq, fikrini yayındırmaq... Son bir ayda 8 belə sorğu keçirtdirib və hamısında da “birincilik” qazanıb- 53 faiz, 63 faiz, 72 fazi v s. Bəzən də “kvorum”u qəsdən adlamayıb ki, inandırıcılığı təmin etsin. Ay səni, praymeriz nəticələri... Burada bir hadisənin xatırlanması yerinə düşər. 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra çoxumuzun təmsil olunduğumuz bir İctimai Palata yaradıldı. İlk əvvəllər hamımız inandıq ki, səmimi birlikdir, nəticəsi də olacaq. Amma çox keçmədi ki, İctimai Palata dağıldı. Bu qurumun da digərləri kimi dağılmasında Əli Kərimlinin rolunu kimsə inkar edə bilməz. Budəfəki dağılmanın kökündə duran isə sadə bir səbəb idi. 2012-ci ildə İctimai Palatanın Koordinasiya Şurasına keçirilən seçkilərdə nəinki İsa Qəmbər, hətta digər üzvlərin əksəriyyəti belə Əli Kərimlidən daha çox səs topladı. Bunu sinirə bilməyən Kərimli də İctimai Palatanı dağıtdı, müxalifətin digər blokları kimi. Real seçkilərin nəticəsi həmişə belə olur. Əli Kərimli uduzacağını bilir və uduzur. Amma virtual seçkidə nə qədər desən, səs qazanır. Bu, bir hikmətdir, amma bu hikməti indi hamımz bilirik. AXCP-də olan hər funksionerin əlinin altında azı 20-25 saxta profil olur və onlar “Facebok”da, “Youtube”da, bəlkə lap “Odnoklassnik”də belə Əli Kərimlini birinci edirlər... Əli Kərimli bu oyunda tək deyil. Hakimiyyətin içindən qovulan “5-ci kolon” da onunladır. Strategiya və proqram birgə hazırlanır. İcrası isə onun trol şəbəkəsinə həvalə edilir. Cebhe.info Geri qayıt |