Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır .....                     “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” .....                     Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                 

Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası - GƏLİŞMƏ
Tarix: 17-05-2021, 11:02 | Çap et
Əli Kərimlinin virtual praymerizləri, sorğuları və “5-ci kolon”un strategiyası
2000-ci illərdə məşhur bir cəbhəçinin obrazlı sözü vardı və qəzetlərin birindəki müsahibəsində rezonans doğurmuşdu. Həmin müsahibədə başqa bir adam nəzərdə tutularaq deyilirdi ki, sənə salam verərlər, səs verməzlər... Düzdür, o fikir başqa adama deyilmişdi, amma bu gün Əli Kərimlinin əməllərini, trol dəstəsinin çanfəşanlığını görəndə, bu sözlərin əslində ona necə uyğun gəldiyi görünür.

Əli Məsimovun Əli Kərimovdən Kərimov Əliyə çevirdiyi, AXCP-ni zəbt edib ömürlük sədrlik kreslosunu mənimsəyən bu adama doğrudan da səs yox, bəlkə salam verələr. O da onu yaxından tanımayanlar. Yaxından tanıyanlarla bir haqq-salam əlaqəsi də daha qalmayıb. Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Əli Məsimli, Arif Paşa, Razi Nurullayev salam verir bəlkə biz bilmirik?! Yox, heç biri! Çünki adam salam haqqını da itirib. Dostlarından salam haqqını itirən adam xalqdan səs haqqını çoxdan itirmiş olur. O haqqı itirdiyinə görə də indi Əli Kərimli canına əl qatıb.

Elmi və sosial sifarişi əks etdirməyən sorğularla özünü hamıdan güclü göstərmək istəyir. O sorğular ki, sualın qoyuluşu ancaq ona sərf edir, komponentləri müəyyən deyil, uyğun statistik məlumatlar bazası və hədəf qrupları tamamilə yalandır. Lakin usanmadan bu formada da olsa, sosial şəbəkələrdə yer qoymur, sorğu keçirtdirir və özünü birinci yerə çıxartdırır. Bəlkə də çıxardır! Yəni sorğunu özü təşkil etdiyi kimi səsi də şəxsən işlətdiyi profillərlə özü verir və “birincilik” qazanır.

Adama sual edərlər ki, bu, sənin nəyinə lazımdır? Məgər seçkidir? Yaxud seçki ilidir? Nədən indi, seçki qoxusunun olmadığı halda özünə əl qatıb, tərəfdarlarına “rəhbər” göstərişlərini verib, camaatın Rusiyaya, İrana, Ermənistana etiraz etdiyi, Zəngəzur dəhlizi üçün mübarizə apardığı bir zamanda sən sorğu keçirtdirirsən? Bu ölkənin problemi sənin reytinq göstəricisində harada, kimdən sonra və ya əvvəl olmağındırmı? Dövlət olaraq, ictimaiyyət olaraq hər kəs dövlət başçısının strateji və taktiki addımlarını dəstəkləyir. Ölkənin 50 siyasi partiyası Ali Baş Komandanın 44 günlük müharibə dövründə və bu gün apardığı taktiki-strateji addımlarında hər an onunla birlik nümayiş etdirir. Ayrı-ayrı səslər xaric, ölkədə böyük mənada siyasi həmrəylik və vətəndaş birliyi hökm sürür.

Lakin bu dəstə... Çoxlarına aydındır ki, Ermənistanın güncə sıxıldığı bir dönəmdə Əli Kərimli və onun dəstəsi bu məsələlərdən danışa bilməz. Səbəbi isə çox sadədir. Bu, Qərbin xoşuna gəlməz və kəsərlər... Nəyi kəsərləri isə hər kəs yaxşı bilir. Verdiyini, pulunu, vədini... Zəngəzurdan danışmaq da işinə yaramır. Rusiyanı incik salmamaq üçün bunu da deməz. Çünki Rusiya hələ 2013-cü ildə yaratdığı Milli Şuradan imtina edər və ya Milli Şuradan imtina onun özünün Rusiya biznesinə xələl gətirər. Axı hələ 1995-ci ildə AXC-nin yoxa çıxan 70 min ABŞ dolları neçə ildir elə Rusiyada dövriyyədədir və gəlirləri də ona çatır...

Milli məsələlərdən yan keçib gündəmdə qalmaq, xalqın başının altına yenidən yastıq qoymaq üçün çıxış yolu sosial şəbəkədəki bloqqerlik və yutuberliyə qalır. Orada da yazmaq, danışmaq artıq keçərli deyil. İnsanlar eyni sözü nə qədər eşitməlidirlər ki?! “İlham Əliyev belə etdi”, “Azərbaycan hakimiyyəti belə getdi”, “Müxalifətdə hamı satqındır”, “Ancaq biz, biz, biz, mən, mən, mən...” Artıq insanlar boş sözü dinləmir. “Əgər sözün, təklifin, xalqdan dəstəyin varsa, çıxış yolunu de və hərəkət et” prinsipini istəyir. Ancaq bu hərəkət yoxdur və heç zaman da olmayacaq. Çünki Kərimli bəzi xarici qüvvələrə və daxildə vurulmuş “5-ci kolon”a Azərbaycan hakimiyyətinə təzyiq, müxalifəti isə xalqın gözündən salmaq üçün lazımdır. O qüvvələr öz məqsədlərinə çatmaq üçün Kərimlini vasitə seçiblər və istəkləri odur ki, biz Zəngəzurdan danışmayaq, sülhməramlıların fəaliyyətinə göz yumaq, Ermənistandan minalanmış ərazilərin xəritəsini istəməyək, 28 il olduğumuz kimi hakimiyyətli-müxalifətli-xalqı başımızı aşağı salıb günümüzü keçirək və “Qarabağ Azərbaycandır” deməyək.

İndi görünən odur ki, Kərimlinin yeni tapşırığı var. Fransanın, Kanadanın bəyanatla etdiklərini bu dəstə müxtəlif formada təkrarlayır. Budəfəki tapşırıq da belədir. Seçkisiz, seçki qoxusu belə hiss olunmayan ildə praymeriz keçirmək, sosial şəbəkənin olmayan üzvlərindən rəy almaq və özünü birinci kimi sırımaqla cəmiyyətin başını qatmaq, fikrini yayındırmaq... Son bir ayda 8 belə sorğu keçirtdirib və hamısında da “birincilik” qazanıb- 53 faiz, 63 faiz, 72 fazi v s. Bəzən də “kvorum”u qəsdən adlamayıb ki, inandırıcılığı təmin etsin. Ay səni, praymeriz nəticələri...

Burada bir hadisənin xatırlanması yerinə düşər. 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra çoxumuzun təmsil olunduğumuz bir İctimai Palata yaradıldı. İlk əvvəllər hamımız inandıq ki, səmimi birlikdir, nəticəsi də olacaq. Amma çox keçmədi ki, İctimai Palata dağıldı. Bu qurumun da digərləri kimi dağılmasında Əli Kərimlinin rolunu kimsə inkar edə bilməz. Budəfəki dağılmanın kökündə duran isə sadə bir səbəb idi. 2012-ci ildə İctimai Palatanın Koordinasiya Şurasına keçirilən seçkilərdə nəinki İsa Qəmbər, hətta digər üzvlərin əksəriyyəti belə Əli Kərimlidən daha çox səs topladı. Bunu sinirə bilməyən Kərimli də İctimai Palatanı dağıtdı, müxalifətin digər blokları kimi. Real seçkilərin nəticəsi həmişə belə olur. Əli Kərimli uduzacağını bilir və uduzur. Amma virtual seçkidə nə qədər desən, səs qazanır. Bu, bir hikmətdir, amma bu hikməti indi hamımz bilirik. AXCP-də olan hər funksionerin əlinin altında azı 20-25 saxta profil olur və onlar “Facebok”da, “Youtube”da, bəlkə lap “Odnoklassnik”də belə Əli Kərimlini birinci edirlər...

Əli Kərimli bu oyunda tək deyil. Hakimiyyətin içindən qovulan “5-ci kolon” da onunladır. Strategiya və proqram birgə hazırlanır. İcrası isə onun trol şəbəkəsinə həvalə edilir.
Cebhe.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37
“Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru