Əsas Səhifə > Partiya, Güney Press > Vardanyan Qarabağı tərk edəndə hardan gedəcək...
Vardanyan Qarabağı tərk edəndə hardan gedəcək...22-08-2023, 07:58 |
Laçın sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndidən hərəkət edərək Gorus istiqamətinə keçiblər. Ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana yollanıb. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Ermənilərin sərbəst keçidini xarici KİV nümayəndələri də izləyiblər. Məsələ ondadır ki, sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistan istiqamətində gedənlər, əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər olublar. Lakin görünür, həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı çirkin oyunlarını davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar. Rəsmi Bakı ən müxtəlif səviyyələrdə daim bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər torpaqlarımızda qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, ərazilərimizi tərk edib istədikləri yerdə yaşaya bilərlər. Digər mühüm məqam odur ki, Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, rus pasportu daşıyan insanlardır. Bu isə o anlama gəlir ki, Rusiyanın bir çox bölgələrdə, məsələn, Dnestryanı, Donbas kimi ərazilərdə tətbiq etdiyi senarilər Azərbaycanda keçməyib. Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən, separatçılara dəstək verənlər elə bəri başdan torpaqlarımızı tərk etsələr yaxşıdır. Göründüyü kimi gedərkən onlara maneçilik törədilmir. Qalmaq istəyənlər isə qeyd-şərtsiz qanunlarımıza tabe olmalıdırlar ki, daha yaxşı həyat sürə bilsinlər. DİA.AZ-ın məlumatına görə, millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, erməni separatizminin yenidən dirçəldilməsi üçün nəzərdə tutulan mümkün senarilərdən biri Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya vətəndaşlığı verməklə onları Moskvanın himayəsində göstərmək idi. Deputat vurğulayıb ki, bununla separatizm fəaliyyəti üçün yenidən imkanlar əldə etməyə çalışırdılar: "Hələ 44 günlük Vətən müharibəsində təşviş içərisində olan erməni terrorçuları Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırışlar edirdilər. Bu gün isə Azərbaycanın doğru və dərin strateji diplomatiyası sayəsində Rusiya pasportu daşıyan ermənilər artıq Qarabağımızı tərk edirlər. Bu hadisə sadəcə rus pasportluların ölkəmizi tərk etməsi deyil, həm də Azərbaycan qanunları ilə yaşamaq istəməyən digər ermənilərə verilən mesajdır. Onun göstəricisidir ki, Azərbaycanda "russkiy mir", yaxud "armyanskiy mir" düzəltmək mümkün deyil. Ona görə də ermənilər baş verənlərdən nəticə çıxarmalıdırlar". Parlament üzvü əlavə edib ki, Rusiya pasportu daşıyanlardan dərhal sonra Qarabağda mövcud olan 10 min terrorçu da ölkəmizi tərk etməlidir: "Eyni zamanda Qarabağa 30 illik işğal dövründə Ermənistan və digər ölkələrdən gətirilib yerləşdirilənlər də təcili ərazimizi tərk etməlidirlər. Qarabağda kimin qalıb yaşamaq hüququ əldə edəcəyinə isə Azərbaycan qanunları qərar verəcək. İlkin şərtlər belədir ki, Azərbaycan qanunlarını pozmayan ermənilərin belə bir şansı ola bilər. Ancaq zaman daralır və ilin sonunadək proses başa çatmalıdır. Rus pasportlu Ruben Vardanyana gəldikdə isə onun taleyini də Azərbaycan xüsusi xidmət orqanları lazımi formada həll edəcəklər". Millət vəkili Ceyhun Məmmədov da "Şərq"ə bildirib ki, Rusiya pasportu daşıyan və separatçılara dəstək verən şəxslərin Qarabağı tərk etməyə başlaması çox mühüm hadisə olmaqla yanaşı, eyni zamanda Azərbaycanın ciddi uğuru kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, Azərbaycan dövləti qətiyyətli addımları ilə öz hədəfinə çatmaqdadır: "Qarabağda yaşayan və yaşamaq istəyən mülki ermənilər ya Azərbaycana reinteqrasiya olmalı, yaxud da ərazilərimizi tərk etməlidirlər. Əlbəttə, burada önəmli məsələ separatçılarla bağlıdır. Əgər Qarabağdakı separatçılar müxtəlif səbəblərdən tədricən torpaqlarımızı tərk etməyə başlayırsa, bu, hədəflərimizin, prinsiplərimizin reallaşması anlamına gəlir. Qarabağdakı bütün separatçı ünsürlər torpaqlarımızı tərk etməlidirlər. Bilməlidirlər ki, heç bir separatçıya və təxribatçıya Azərbaycan torpaqlarında yer yoxdur. Buna imkan verməyəcəyik. Qarabağ Azərbaycan torpağıdır. İstənilən təxribatın qarşısını dərhal alacağıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, onlar Azərbaycanda daha yaxşı, rahat və təhlükəsiz yaşayacaqlar. Geri qayıt |