Vardanyan Qarabağı tərk edəndə hardan gedəcək... - ŞƏRH
Tarix: 22-08-2023, 07:58 | Çap et
Laçın sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndidən hərəkət edərək Gorus istiqamətinə keçiblər. Ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana yollanıb. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Ermənilərin sərbəst keçidini xarici KİV nümayəndələri də izləyiblər. Məsələ ondadır ki, sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistan istiqamətində gedənlər, əsasən Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər olublar. Lakin görünür, həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı çirkin oyunlarını davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar. Rəsmi Bakı ən müxtəlif səviyyələrdə daim bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər torpaqlarımızda qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, ərazilərimizi tərk edib istədikləri yerdə yaşaya bilərlər. Digər mühüm məqam odur ki, Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, rus pasportu daşıyan insanlardır. Bu isə o anlama gəlir ki, Rusiyanın bir çox bölgələrdə, məsələn, Dnestryanı, Donbas kimi ərazilərdə tətbiq etdiyi senarilər Azərbaycanda keçməyib. Könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən, separatçılara dəstək verənlər elə bəri başdan torpaqlarımızı tərk etsələr yaxşıdır. Göründüyü kimi gedərkən onlara maneçilik törədilmir. Qalmaq istəyənlər isə qeyd-şərtsiz qanunlarımıza tabe olmalıdırlar ki, daha yaxşı həyat sürə bilsinlər. DİA.AZ-ın məlumatına görə, millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, erməni separatizminin yenidən dirçəldilməsi üçün nəzərdə tutulan mümkün senarilərdən biri Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya vətəndaşlığı verməklə onları Moskvanın himayəsində göstərmək idi. Deputat vurğulayıb ki, bununla separatizm fəaliyyəti üçün yenidən imkanlar əldə etməyə çalışırdılar:
"Hələ 44 günlük Vətən müharibəsində təşviş içərisində olan erməni terrorçuları Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırışlar edirdilər. Bu gün isə Azərbaycanın doğru və dərin strateji diplomatiyası sayəsində Rusiya pasportu daşıyan ermənilər artıq Qarabağımızı tərk edirlər. Bu hadisə sadəcə rus pasportluların ölkəmizi tərk etməsi deyil, həm də Azərbaycan qanunları ilə yaşamaq istəməyən digər ermənilərə verilən mesajdır. Onun göstəricisidir ki, Azərbaycanda "russkiy mir", yaxud "armyanskiy mir" düzəltmək mümkün deyil. Ona görə də ermənilər baş verənlərdən nəticə çıxarmalıdırlar". Parlament üzvü əlavə edib ki, Rusiya pasportu daşıyanlardan dərhal sonra Qarabağda mövcud olan 10 min terrorçu da ölkəmizi tərk etməlidir: "Eyni zamanda Qarabağa 30 illik işğal dövründə Ermənistan və digər ölkələrdən gətirilib yerləşdirilənlər də təcili ərazimizi tərk etməlidirlər. Qarabağda kimin qalıb yaşamaq hüququ əldə edəcəyinə isə Azərbaycan qanunları qərar verəcək. İlkin şərtlər belədir ki, Azərbaycan qanunlarını pozmayan ermənilərin belə bir şansı ola bilər. Ancaq zaman daralır və ilin sonunadək proses başa çatmalıdır. Rus pasportlu Ruben Vardanyana gəldikdə isə onun taleyini də Azərbaycan xüsusi xidmət orqanları lazımi formada həll edəcəklər". Millət vəkili Ceyhun Məmmədov da "Şərq"ə bildirib ki, Rusiya pasportu daşıyan və separatçılara dəstək verən şəxslərin Qarabağı tərk etməyə başlaması çox mühüm hadisə olmaqla yanaşı, eyni zamanda Azərbaycanın ciddi uğuru kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, Azərbaycan dövləti qətiyyətli addımları ilə öz hədəfinə çatmaqdadır: "Qarabağda yaşayan və yaşamaq istəyən mülki ermənilər ya Azərbaycana reinteqrasiya olmalı, yaxud da ərazilərimizi tərk etməlidirlər. Əlbəttə, burada önəmli məsələ separatçılarla bağlıdır. Əgər Qarabağdakı separatçılar müxtəlif səbəblərdən tədricən torpaqlarımızı tərk etməyə başlayırsa, bu, hədəflərimizin, prinsiplərimizin reallaşması anlamına gəlir. Qarabağdakı bütün separatçı ünsürlər torpaqlarımızı tərk etməlidirlər. Bilməlidirlər ki, heç bir separatçıya və təxribatçıya Azərbaycan torpaqlarında yer yoxdur. Buna imkan verməyəcəyik. Qarabağ Azərbaycan torpağıdır. İstənilən təxribatın qarşısını dərhal alacağıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, onlar Azərbaycanda daha yaxşı, rahat və təhlükəsiz yaşayacaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
|