Əsas Səhifə > Partiya, Güney Press > Pənah Hüseyn də dəyişiklik qərarı verib

Pənah Hüseyn də dəyişiklik qərarı verib


10-10-2023, 13:10
Pənah Hüseyn də dəyişiklik qərarı verib
Azərbaycan Xalq Partiyası (AXP) növbədənkənar qurultaya gedir.

Bu haqda AXP sədri Pənah Hüseyn özünün sosial şəbəkə hesabında məlumat yayıb.

“Azərbaycan Xalq Partiyası "Siyasi partiyalar haqqında" Qanunun 30.5. maddəsinin tələbinə uyğun olaraq 26 noyabr 2023-cü il tarixdə, Bakı şəhərində növbədənkənar VI qurultayını keçirəcək. Qurultayın gündəliyinə AXP-nin yeni Nizamnaməsinin və Məramnaməsinin qəbulu, kollektiv idarəetmə orqanının seçilməsi daxildir”, - deyə P.Hüseyn bildirib.

Geri qayıt