Pənah Hüseyn də dəyişiklik qərarı verib
Tarix: 10-10-2023, 13:10 |
Çap et
Azərbaycan Xalq Partiyası (AXP) növbədənkənar qurultaya gedir.
Bu haqda AXP sədri Pənah Hüseyn özünün sosial şəbəkə hesabında məlumat yayıb.
“Azərbaycan Xalq Partiyası "Siyasi partiyalar haqqında" Qanunun 30.5. maddəsinin tələbinə uyğun olaraq 26 noyabr 2023-cü il tarixdə, Bakı şəhərində növbədənkənar VI qurultayını keçirəcək. Qurultayın gündəliyinə AXP-nin yeni Nizamnaməsinin və Məramnaməsinin qəbulu, kollektiv idarəetmə orqanının seçilməsi daxildir”, - deyə P.Hüseyn bildirib.