Əsas Səhifə > Partiya, Güney Press > Arif Hacılı Müsavatda sədr seçkisinin nəticələrini ləğv etdi

Arif Hacılı Müsavatda sədr seçkisinin nəticələrini ləğv etdi


25-10-2014, 11:12
Arif Hacılı Müsavatda sədr seçkisinin nəticələrini ləğv etdi
Bu gün Müsavat Partiyasının növbəti Məclis iclası keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə çıxış edən başqan Arif Hacılı bildirib ki, Səbail rayonunda keçirilən seçkilər ləğv edilir: "Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. Konkret olaraq 2 şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyib. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik".

***

Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) 7 yerə 8 namizəd var. Onlardan biri qadındır. Sabunçu rayon təşkikatının üzvü Rəna Həsənov vicdan məhbusu Elşən Həsənovun yoldaşıdır. Hər kəsin bu qadına səs verib seçməsi məcburidir.

Geri qayıt