Arif Hacılı Müsavatda sədr seçkisinin nəticələrini ləğv etdi
Tarix: 25-10-2014, 11:12 |
Çap et
Bu gün Müsavat Partiyasının növbəti Məclis iclası keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, tədbirdə çıxış edən başqan Arif Hacılı bildirib ki, Səbail rayonunda keçirilən seçkilər ləğv edilir: "Orada müvəqqəti sədr seçmək üçün seçki keçirilib. Lakin şura üzvlərinin bir neçəsinə iclas haqda məlumat verilməyib. Konkret olaraq 2 şura üzvü bizə bildirib ki, onlar iclasda iştirak etməyib. Ona görə də biz təkrar seçkinin keçirilməsinə qərar verdik".
***
Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) 7 yerə 8 namizəd var. Onlardan biri qadındır. Sabunçu rayon təşkikatının üzvü Rəna Həsənov vicdan məhbusu Elşən Həsənovun yoldaşıdır. Hər kəsin bu qadına səs verib seçməsi məcburidir.