Əsas Səhifə > Partiya, Güney Press > 1200 nəfərin iştirakı etdiyi AXCP Etimad Qurultayında AXCP sədri seçildi
1200 nəfərin iştirakı etdiyi AXCP Etimad Qurultayında AXCP sədri seçildi19-10-2015, 12:22 |
Azərbaycan Xalq Cəbhəsi Partiyası Təşkilatı Komitəsinin Etimad qurultayı baş tutub. Qurultay Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilib. 1200 nəfərin iştirakı ilə coşqulu keçən qurultayda, Gürcüstanın “İberiya” tv kanalının prodüsseri Tina Şavadze, Gürcüstanın keçmiş prezidentinin siyasi məsələlər üzrə köməkçisi Giorgi Kuçava və Azərbaycandakı səfirlik nümayəndələri də iştirak ediblər. AXCP EQTK-nin sədri Razi Nurullayev iştirakçıları salamlayaraq, qurultayı açıq elan edib. Bundan sonra dövlət himni səsləndirilib. Razi Nurullayevin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin, AXC-nin keçmiş sədri, ölkəmizin ikinci prezidenti Əbülfəz Elçibəyin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Razi Nurullayev bir neçə məsələyə lə bağlı fikirlərini qurultay iştirakçıları ilə bölüşərək, “biz niyə yarandiq və nə istəyirik” sualına cavab verib: “Öncə bu suala cavab verim ki, biz niyə yarandiq və nə istəyirik? 1988-ci ildə baslayan Milli Azadliq Hərəkatinin qarşisina qoyduğu məqsəd və vəzifələr həyata keçirilməyib. Müstəqillik əldə olunub, ancaq sosial-siyasi, hüquqi vədlər yerinə yetirilməyib. Müxalifət olaraq xalqa verdiyimiz sözü tuta bilmədik. Xalqa vəd etdiyimiz ağ günü göstərə bilmədik. Birbaşa olaraq xalqın yanında ola bilmədik. Çox acı haldir ki, 10 illiklər ərzində xalqın yanında olduğu deyilən insanlar bunu edə bilmədi. Əbülfəz Elçibəyin yaratdiği AXC hər bir ailəni əhatə edirdi. Amma, bu gün belə deyil. Elçibəy xalqin adami idi, səmimi idi, ürəyi xalqla vururdu. O çox humanist insan idi. Bu gün belə insanlara ehtiyac var. Zaman-zaman AXC partiyaya çevrildi, ancaq öhdəliklərini yerinə yetirə bilmədi, xalqdan ayri düşdü. Bunun birbaşa günahkari kimi Əli Kərimli və digər müxalifət liderlərini görürəm. 10 illiklərlə aparilan bir siyasət müsbət nəticələnmirsə, onlar kənara çəkilməli idilər. Bir lider söz verirsə, nəticə ilə bagli öhdəlik götürürsə, xalqa vəd verirsə, nəticə göstərməlidir. Əks təqdirdə kənara çəkilməlidir. Bu gün 20 ildir nazir postu tutanlar, icra basçisi, nazir mavinləri var. Müxalifətdə də eyni vəziyyətdir. Bu, bizə xoş deyil. Xalqin güzərani ağırdır. Xalqin yaridan çoxu işsiz vəziyyətdədir, cibində 1 manatı yoxdur. Budurmu siyasət? Əslində, müxalifət olaraq xalqi arxasınca aparacaq insan olmadi. Kürsüdə oturmağa üstünlük verdilər. Xalq da nəticə olmadiğina görə başsiz qalib, lider axtarir, yeni sima görmək istəyir, həyatinin yaxşılaşmasını istəyir, bahali maşınları görüb ürəyi bulanır, istəyir ki, usağı yaxşı təhsil alsın, məmur övladı kimi xaricdə oxusun. İqtidarda təmsil olunanların yox, həm də müxalifət adina iddialı olan yalançi liderlərin də övladları xaricdə oxuyur, sosial problemləri yoxdur. Amma hər bir cəbhəçi zülm içində yasayır, onlar isə boş vədlər verir. Biz ona görə yarandiq ki, buna yox deyək. Xalqın ləyaqətli, savadlı insanlari çoxdur. Xalqın adından danısa biləcək kifayət qədər gənclər var və onlar burdadır. O gənclər Etimad Qurultayındadır. Bu insanlar Azərbaycanın yeni tarixini yaradacaqlar. Dəyənək siyasətindən, ancaq fərdi maraqlar üzərində qurulan siyasətdən fərqlənəcək. Bütün idarələrdə, PA, MM-də gəncləşməyə ehtiyac var. O insanlar bu partiyadan çixacaq. Bunun sahidi olacaqsınız. Bizim siyasətimiz nəticəsi, səviyyəsi, kübarlığı ilə fərqlənəcək". Razi Nurullayev siyasi məhbuslarla bağlı da fikir bildirərək qeyd edib ki, onların günahı yalnız hakimiyyəti tənqid etmək olub: “Bu gün onlarla dostumuz həbsdədirlər, hətta biz onlarin şəkillərini buradan asa bilmədik. Çünki, heç bir mətbəə onların plakatını hazırlamağa razı olmadı. Qorxdular. Amma, qoy iqtidar da bilsin ki, bu cür məhdudiyyət , hədə və qorxu ilə onları bizim ürəyimizdən silə bilməzlər. Biz onların azadlığı üçün çalisacağıq. Bizim dostlarımız olan Seymur Həzi, Akif Yusifli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayil, onlarla digər insanlar həbsxanadadır. Onlara azadlıq arzulayırıq. Valideynlərin göz yaşına yol vermək olmaz”. Dağliq Qarabağla bağlı mövqeyini açıqlayan R. Nurullayev bu məsələdə kompromisə getməyəcəklərini deyib: “Biz heç bir zaman Qarabağ üzərindən çirkin oyuna gedə bilmərik. Hər qarış torpağımız əzizdir. Heç bir zaman, heç bir şərt altında Qarabağla bağlı bir kompromisə gedə bilmərik. Ərazi bütövlüyümüz ata-anamızdan, canımızdan, övladımızdan da müqəddəsdir”. Avropaya inteqrasiyadan danışan sədr, “Azərbaycan Avropanın bir hissəsi olmalıdır” deyib: “İnsanlar yaxşı həyat üçün Avropaya üz tutur. Səfirlik qarşısında növbədə dayananlar var. Avropada şəffaflıq, iş, gözəl təhsil, demokratiya, insan şəxsiyyətinə hörmət, qanun və qanunçuluq var. Ona görə də, Azərbaycan Avropanın bir hissəsi olmalıdır. Azərbaycanda saf, sivil, kübar bir dövlət yaratmalıyıq. Bunu üçün də AXCP-nin nizamnaməsinə dəyişiklik təklif edir və orada Avropaya inteqrasiyanın vəzifə kimi qoyulmasını istəyirəm”. “Hər kəs bankin girovuna çevrilib” deyən R. Nurullayev xalqın sosial durumunun ağır ağır olduğunu bildirib: “Vətəndaşlarımız ipoteka ala bilmir, hər kəs bankin girovuna çevrilib. İnsanlara daha çox sosial şərtlərlə kreditlər verilməli idi ki, insanlar girova çevrilməsin. Halbuki bunların heç biri olmadı və xalqın vəziyyəti günbəgün ağırlaşdı”. Sonra Razi Nurullayev tarixi bir qərara imza ataraq, bundan sonra AXCP sədrinin ancaq 2 dəfə seçilm məsələsin gündəmə gətirib. Məsələylə bağlı keçirilən səsvermədə 208 nəfər dəyişikliyin lehinə, 2 nəfər isə dəyişikliyin əleyhinə səs verib. Səs saxlayan və bitərəf olanların da sayı 2 nəfər olub. Qərarı şərh edən AXCP EQTK-nın sədri Razi Nurullayev “Bu, tarixi qərardır. Sədrin seçilmə müddətinin 2 dəfəyə endirilməsi olduqca vacibdir. Heç kəs kresoloda ömürlük olmamalıdır. Kreslo xalqa xidmət üçündür. Heç bir nəticə əldə edilməyəcəksə, o kresloda oturmaq olmaz”, deyə vurğulayıb. Nizamnaməyə Avropaya inteqrasiya ilə bağlı vəzifənin də daxil edilməsi səsə qoyulub və əksəriyyətin dəstəyi ilə müsbət nəticə qazanıb. Daha sonra sədr seçkisi gizli səsvermə ilə keçirilib. Gizli səsvermədə 213 nəfərdən 209 nəfəri iştirak edib. 9 səs etibarsız olub. Razi Nurullayev 165, Mehman Muradlı 24, Səbuhi Əliyev 14 səs yiğa bilib. 165 səslə Razi Nurullayev AXCP sədri seçilib. “Biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq. Hər biriniz zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm” deyən Razi Nurullayev sədr kimi ilk çıxışını edib və bundan sonra çətinliklər olsa da, daim xalqın yanında olacaqlarını bildirib: “Çətinliklərimiz olacaq. Ancaq lap Himalayı qarşımıza atsınlar, biz yol tapıb təmas quracağıq, xalqımızın və onun nümayəndələri olan sizlərin yanında olacağıq. Heç bir zaman sizlərin əziyyəti, əməyiniz üzərində qəhrəman olmaq istəməyəcəyik. Azərbaycanda dəyişiklik olacaqsa, bunun sonunda xoşbəxt həyat olacaqsa, bu, sizin əməyiniz, sizin qəhrəmanlığınız olacaq. Biz parlament seçkisində iştirak etmədik, çünki saxtakarlıqda iştirak etmək istəmədik. Çünki saxta seçkidə iştirak edərək, xalqın vəkili olmaq mümkün deyil. Təyinatla olan mandata “yox” deyirik. Bizə sizin seçdiyiniz vəkil daha dəyərlidir. Sizin seçiminiz nəticəsində sizin hər birinizin vəkiliyik. Elçibəyin istədiyi AXCP budur. Biz bunu qurduq və bərpa etdik. Bunun sonunda AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: "Əsl AXCP burdadir. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar”. Geri qayıt |