1200 nəfərin iştirakı etdiyi AXCP Etimad Qurultayında AXCP sədri seçildi
Tarix: 19-10-2015, 12:22 | Çap et
Azərbaycan Xalq Cəbhəsi Partiyası Təşkilatı Komitəsinin Etimad qurultayı baş tutub. Qurultay Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilib. 1200 nəfərin iştirakı ilə coşqulu keçən qurultayda, Gürcüstanın “İberiya” tv kanalının prodüsseri Tina Şavadze, Gürcüstanın keçmiş prezidentinin siyasi məsələlər üzrə köməkçisi Giorgi Kuçava və Azərbaycandakı səfirlik nümayəndələri də iştirak ediblər.
AXCP EQTK-nin sədri Razi Nurullayev iştirakçıları salamlayaraq, qurultayı açıq elan edib. Bundan sonra dövlət himni səsləndirilib. Razi Nurullayevin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin, AXC-nin keçmiş sədri, ölkəmizin ikinci prezidenti Əbülfəz Elçibəyin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Razi Nurullayev bir neçə məsələyə lə bağlı fikirlərini qurultay iştirakçıları ilə bölüşərək, “biz niyə yarandiq və nə istəyirik” sualına cavab verib: “Öncə bu suala cavab verim ki, biz niyə yarandiq və nə istəyirik? 1988-ci ildə baslayan Milli Azadliq Hərəkatinin qarşisina qoyduğu məqsəd və vəzifələr həyata keçirilməyib. Müstəqillik əldə olunub, ancaq sosial-siyasi, hüquqi vədlər yerinə yetirilməyib. Müxalifət olaraq xalqa verdiyimiz sözü tuta bilmədik. Xalqa vəd etdiyimiz ağ günü göstərə bilmədik. Birbaşa olaraq xalqın yanında ola bilmədik. Çox acı haldir ki, 10 illiklər ərzində xalqın yanında olduğu deyilən insanlar bunu edə bilmədi. Əbülfəz Elçibəyin yaratdiği AXC hər bir ailəni əhatə edirdi. Amma, bu gün belə deyil. Elçibəy xalqin adami idi, səmimi idi, ürəyi xalqla vururdu. O çox humanist insan idi. Bu gün belə insanlara ehtiyac var. Zaman-zaman AXC partiyaya çevrildi, ancaq öhdəliklərini yerinə yetirə bilmədi, xalqdan ayri düşdü. Bunun birbaşa günahkari kimi Əli Kərimli və digər müxalifət liderlərini görürəm. 10 illiklərlə aparilan bir siyasət müsbət nəticələnmirsə, onlar kənara çəkilməli idilər. Bir lider söz verirsə, nəticə ilə bagli öhdəlik götürürsə, xalqa vəd verirsə, nəticə göstərməlidir. Əks təqdirdə kənara çəkilməlidir. Bu gün 20 ildir nazir postu tutanlar, icra basçisi, nazir mavinləri var. Müxalifətdə də eyni vəziyyətdir. Bu, bizə xoş deyil. Xalqin güzərani ağırdır. Xalqin yaridan çoxu işsiz vəziyyətdədir, cibində 1 manatı yoxdur. Budurmu siyasət? Əslində, müxalifət olaraq xalqi arxasınca aparacaq insan olmadi. Kürsüdə oturmağa üstünlük verdilər. Xalq da nəticə olmadiğina görə başsiz qalib, lider axtarir, yeni sima görmək istəyir, həyatinin yaxşılaşmasını istəyir, bahali maşınları görüb ürəyi bulanır, istəyir ki, usağı yaxşı təhsil alsın, məmur övladı kimi xaricdə oxusun. İqtidarda təmsil olunanların yox, həm də müxalifət adina iddialı olan yalançi liderlərin də övladları xaricdə oxuyur, sosial problemləri yoxdur. Amma hər bir cəbhəçi zülm içində yasayır, onlar isə boş vədlər verir. Biz ona görə yarandiq ki, buna yox deyək. Xalqın ləyaqətli, savadlı insanlari çoxdur. Xalqın adından danısa biləcək kifayət qədər gənclər var və onlar burdadır. O gənclər Etimad Qurultayındadır. Bu insanlar Azərbaycanın yeni tarixini yaradacaqlar. Dəyənək siyasətindən, ancaq fərdi maraqlar üzərində qurulan siyasətdən fərqlənəcək. Bütün idarələrdə, PA, MM-də gəncləşməyə ehtiyac var. O insanlar bu partiyadan çixacaq. Bunun sahidi olacaqsınız. Bizim siyasətimiz nəticəsi, səviyyəsi, kübarlığı ilə fərqlənəcək".
Razi Nurullayev siyasi məhbuslarla bağlı da fikir bildirərək qeyd edib ki, onların günahı yalnız hakimiyyəti tənqid etmək olub:
“Bu gün onlarla dostumuz həbsdədirlər, hətta biz onlarin şəkillərini buradan asa bilmədik. Çünki, heç bir mətbəə onların plakatını hazırlamağa razı olmadı. Qorxdular. Amma, qoy iqtidar da bilsin ki, bu cür məhdudiyyət , hədə və qorxu ilə onları bizim ürəyimizdən silə bilməzlər. Biz onların azadlığı üçün çalisacağıq. Bizim dostlarımız olan Seymur Həzi, Akif Yusifli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayil, onlarla digər insanlar həbsxanadadır. Onlara azadlıq arzulayırıq. Valideynlərin göz yaşına yol vermək olmaz”.
Dağliq Qarabağla bağlı mövqeyini açıqlayan R. Nurullayev bu məsələdə kompromisə getməyəcəklərini deyib: “Biz heç bir zaman Qarabağ üzərindən çirkin oyuna gedə bilmərik. Hər qarış torpağımız əzizdir. Heç bir zaman, heç bir şərt altında Qarabağla bağlı bir kompromisə gedə bilmərik. Ərazi bütövlüyümüz ata-anamızdan, canımızdan, övladımızdan da müqəddəsdir”.
Avropaya inteqrasiyadan danışan sədr, “Azərbaycan Avropanın bir hissəsi olmalıdır” deyib: “İnsanlar yaxşı həyat üçün Avropaya üz tutur. Səfirlik qarşısında növbədə dayananlar var. Avropada şəffaflıq, iş, gözəl təhsil, demokratiya, insan şəxsiyyətinə hörmət, qanun və qanunçuluq var. Ona görə də, Azərbaycan Avropanın bir hissəsi olmalıdır. Azərbaycanda saf, sivil, kübar bir dövlət yaratmalıyıq. Bunu üçün də AXCP-nin nizamnaməsinə dəyişiklik təklif edir və orada Avropaya inteqrasiyanın vəzifə kimi qoyulmasını istəyirəm”.
“Hər kəs bankin girovuna çevrilib” deyən R. Nurullayev xalqın sosial durumunun ağır ağır olduğunu bildirib: “Vətəndaşlarımız ipoteka ala bilmir, hər kəs bankin girovuna çevrilib. İnsanlara daha çox sosial şərtlərlə kreditlər verilməli idi ki, insanlar girova çevrilməsin. Halbuki bunların heç biri olmadı və xalqın vəziyyəti günbəgün ağırlaşdı”.
Sonra Razi Nurullayev tarixi bir qərara imza ataraq, bundan sonra AXCP sədrinin ancaq 2 dəfə seçilm məsələsin gündəmə gətirib. Məsələylə bağlı keçirilən səsvermədə 208 nəfər dəyişikliyin lehinə, 2 nəfər isə dəyişikliyin əleyhinə səs verib. Səs saxlayan və bitərəf olanların da sayı 2 nəfər olub. Qərarı şərh edən AXCP EQTK-nın sədri Razi Nurullayev “Bu, tarixi qərardır. Sədrin seçilmə müddətinin 2 dəfəyə endirilməsi olduqca vacibdir. Heç kəs kresoloda ömürlük olmamalıdır. Kreslo xalqa xidmət üçündür. Heç bir nəticə əldə edilməyəcəksə, o kresloda oturmaq olmaz”, deyə vurğulayıb. Nizamnaməyə Avropaya inteqrasiya ilə bağlı vəzifənin də daxil edilməsi səsə qoyulub və əksəriyyətin dəstəyi ilə müsbət nəticə qazanıb. Daha sonra sədr seçkisi gizli səsvermə ilə keçirilib. Gizli səsvermədə 213 nəfərdən 209 nəfəri iştirak edib. 9 səs etibarsız olub. Razi Nurullayev 165, Mehman Muradlı 24, Səbuhi Əliyev 14 səs yiğa bilib. 165 səslə Razi Nurullayev AXCP sədri seçilib.
“Biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq. Hər biriniz zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm” deyən Razi Nurullayev sədr kimi ilk çıxışını edib və bundan sonra çətinliklər olsa da, daim xalqın yanında olacaqlarını bildirib: “Çətinliklərimiz olacaq. Ancaq lap Himalayı qarşımıza atsınlar, biz yol tapıb təmas quracağıq, xalqımızın və onun nümayəndələri olan sizlərin yanında olacağıq. Heç bir zaman sizlərin əziyyəti, əməyiniz üzərində qəhrəman olmaq istəməyəcəyik. Azərbaycanda dəyişiklik olacaqsa, bunun sonunda xoşbəxt həyat olacaqsa, bu, sizin əməyiniz, sizin qəhrəmanlığınız olacaq. Biz parlament seçkisində iştirak etmədik, çünki saxtakarlıqda iştirak etmək istəmədik. Çünki saxta seçkidə iştirak edərək, xalqın vəkili olmaq mümkün deyil. Təyinatla olan mandata “yox” deyirik. Bizə sizin seçdiyiniz vəkil daha dəyərlidir. Sizin seçiminiz nəticəsində sizin hər birinizin vəkiliyik. Elçibəyin istədiyi AXCP budur. Biz bunu qurduq və bərpa etdik. Bunun sonunda AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: "Əsl AXCP burdadir. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
|