ŞEYX ƏBDÜLSALAM ÖLDÜRÜLÜB
Tarix: 14-05-2012, 13:02 |
Çap et
RUSLAR ANTİTERROR ƏMƏLİYYATINI DAVAM ETDİRİR
Rusiyanın Şimal Qafqaz bölgəsində keçirilən əməliyyatda terrorçuların lideri Muhanned adlı və "Şeyx Əbdülsalam" ləqəbli bir Türkiyə vətəndaşı öldürülüb.
Qeyd edək ki, Rusiya kəşfiyyatı ilk dəfə aprel ayında Dağıstan Respublikasında Şeyx Əbdülsalamın tabeçiliyində olan 5 təşkilat üzvünü öldürdüklərini açıqlamışdı.
Rusiya FTX-dən verilən açıqlamada, "Dağıstan Respublikası ərazisində FTX və Daxili İşlər Nazirliyi qüvvələri Serqokalinski bölgəsinin Kiçi-Qamri və Qayakənd bölgəsinin Utamış qəsəbələri arasındakı meşəlik sahədə xüsusi əməliyyat keçirib. Əməliyyatda Serqalinski terror təşkilatının lideri Türkiyə vətəndaşı Şeyx Əbdülsalam ləqəbli Muhanned öldürülüb. Şeyx Əbdülsalamın məhv edilməsi əməliyyatında bir xüsusi təyinatlı da dünyasını dəyişib", - deyə bildirilir. Rusiya təhlükəsizlik əməkdaşları Dağıstanın Kizlyar bölgəsində də dörd terrorçunun öldürüldüyünü söyləyiblər.
Kəşfiyyat səlahiyyətliləri türk vətəndaşının terror aktları ilə bərabər bəzi iş adamlarından ölüm təhdidi yoluyla xərac aldığı da bildirilir./faktxeber