"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                 

SƏHİYYƏ SİSTEMİNDƏ ŞOK KORRUPSİYA
Tarix: 18-05-2012, 13:07 | Çap et
SƏHİYYƏ SİSTEMİNDƏ ŞOK KORRUPSİYA

OQTAY ŞİRƏLİYEVİN HƏKİMLƏRİ PALATALARA AYRICA QİYMƏT QOYUBLAR

DİA.AZ: - Səhiyyə sistemindəki özbaşınalıqlarla bağlı məlumatlar dəfələrlə mətbuat səhifələrində işıqlandırılsa da, hələ də bu istiqamətdə hansısa samballı addımın atılmaması sözügedən sahədəki biabırçılıqların daha da geniş vüsət almasına nədən olmaqdadır. Elə bunun nəticəsidir ki, bu gün bütün ölkədə korrupsiya ilə mübarizə aparılsa da, hansısa ağ xalatlının burnu belə qanamayıb.

Halbuki dəfələrlə ölkə miqyasında keçirilən sorğuların nəticələrində və əsas olaraq gündəlik həyatımızda şahidi olduqlarımızda da diqqətə gələni odur ki, səhiyyə sistemi bu gün ən çox korrupsiyaya uğramış istiqamətlərdən biri və bəlkə də birincisidir. Doğrudur, bunu ayrı-ayrı dönəmlərdə müxtəlif dövlət rəsmiləri də etiraf ediblər. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov həbsə atılarkən onun ardından danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişd ki, Azərbaycan səhiyyəsi rüşvət altında inildəyir.

Bəs nə baş verir? Nədən bu boyda korrupsiya ilə mübarizə şousu səhiyyə sistemini öz ağuşuna almır? Ola bilməz ki, Oqtay Şirəliyev nazir postuna yiyələndikdən sonra hər şey gözəlləşib və xəstəxanalar gül-çiçəyə qərq olub. Mümkün deyil ki, bu müddət ərzində Oqtay Şirəliyev dünənə qədər rüşvət alan həkimləri, tibb işçilərini yeni rüşvətsiz həyata alışdırsın.

Təbii ki, Oqtay Şirəliyev səhiyyə naziri olandan sonra tibb sahəsində çox şeylər dəyişdi. Amma daha çox pisə doğru. Artıq səhiyyəyə aid elə bir sahə mövcud deyil ki, inhisarlaşmasın, yəni hansısa məmurun nəzarəti altına keçməsin. Bu gün dərman bazarından tutmuş tibbi xidmət bazarına qədər hər şey məmurlar arasında paylaşdırılıb. Və bu da əslində korrupsiyanın daha da çiçəklənməsi ilə müşaiyət olunur.

Maraqlı orasıdır ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə səhiyyə sistemi ilə bağlı yetərincə şikayətlərin edilməsinə baxmayaraq, bu şikayətlər də məhz Oqtay Şirəliyevin hakimiyyət içindəki nüfuzu səbəbindən diqqət mərkəzinə düşə bilmir. Hətta bu yaxınlarda narkodispanserdə baş verən olay da bunu təsdiqlədi. Yəni Oqtay Şirəliyev bu gün hansısa həkiminin rüşvətə görə həbsdən saxlayacaq qədər qüdrətlidir.

Və bu qüdrət bu gün xəstəxanalarda biabırçı vəziyyətin daha da genişlənməsinə rəvac verir. DİA.AZ-a müraciət edən şikayətçilər ortaya yeni faktları qoyublar. Və bu faktlar mövcud mənzərənin hansı şiddətdə biabırçı olmasını sübutlayır.

Şikayətçilər bildirir ki, əvvəllər xəstəxanalarda ağır xəstələr üçün nəzərdə tutulan reanimasiya şöbələri indi həkimlərin və baş həkimlərin, şöbə müdirlərinin qazanc yerinə çevrilib. Bu barədə şikayətçilərin söylədikləri:

«Dünənə qədər əgər ağır xəstələr reanimasiyada yatırdısa, indi palatalarda müalicə olunmalı olan xəstələr də bu şöbədə saxlanılır. Təbii ki, bunun müqabilində pul verilməlidir. Xəstə yaxınları da öz xəstələrinin xüsusi diqqət altında saxlanılması üçün baş həkimlərə və şöbə müdirlərinə pul ödəyirlər».

Ayrı-ayrı xəstəxanalarda reanimasiya şəraitinin qiymətinin müxtəlif olduğunu bildirən şikayətçilərin sözlərinə görə, bu rəqəm 500-1000 manat arasında dəyişir: «Hər xəstəxananın öz qiyməti var».

Bu hesab-kitab nəticəsində real reanimasiyalıq xəstələr üçün xəstəxanalarda yerin tapılmadığını bildirən şikayətçilər söyləyirlər ki, bu günlərdə «Respublikanski» xəstəxana kimi tanınan tibb müəssiəsinin birinci korpusunda biabırçı bir olay da yaşanılıb: «Belə ki, reanimasiyalıq xəstələrdən biri palata şəraitində saxlanıldığından və ona gərəkən tibbi diqqət ayrılmadığından əslində sağalması mümkün olan xəstələrdən biri dünyasını dəyişib. Onu yalnız son anda, yəni ölümünə dəqiqələr qala reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstə yaxınlarının rayonda olması bu şərait üçün həkimlərə əlverişli fürsət yaradıb».

Bir sözlə, bu gün Oqtay Şirəliyevin xəstəxanalarındakı durumun Əli İnsanovun dönəmi ilə müqayisə olunmayacaq qədər şiddətli formada pisləşdiyini söyləyən şikayətçilər bildirdilər ki, səhiyyə naziri «reanimasiya biznesindən» hər xəstəxanadan orta hesabla bir ay ərzində 20-30 min manat pul yığır.

Bu da sizə daha bir korrupsiya faktı. Hər halda, bu məsələnin müvafiq dövlət qurumları tərəfindən cidiyə alınmasına və ciddi şəkildə araşdırılmasına ehtiyac var. Çünki söhbət insanlarımızın sağlamlığından gedir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru