MÜĞƏNNİMİZ VAXTINDAN ƏVVƏL ANA OLDU
Tarix: 18-05-2012, 13:13 |
Çap et
KÖRPƏNİN VƏZİYYƏTİ NORMALDIR
Bir neçə dəqiqə bundan əvvəl Elmi Texniki Mamalıq və Ginekologiya İnstitutunda /6 saylı doğum evində/ müğənni Samirə Allahverdi ikinci dəfə ana olub. Müğənninin prodüsserindən aldığımız хəbərə görə o, qız övladı dünyaya gətirib: «Hazırda övladını vaxtından əvvəl dünyaya gətirən Samirənin və körpənin vəziyyəti yaхşıdır. Hər ikisi palataya köçürülüb. Tezliklə körpənin adı da məlum olacaq. Çox güman ki, ailə üzvləri ad barədə artıq əvvəlcədən danışıqlar aparıblar».
Deyilənə görə, namaz qılıb, oruc tutaraq dinə ibadət edən Samirə Allahverdi qızına dini ad qoymaq istəyir.