FAİQ AĞAYEVİN SƏHHƏTİNDƏ PROBLEM VAR?
Tarix: 20-05-2012, 12:54 |
Çap et
XALQ ARTİSTİNİ NAFTALANDA GÖRÜBLƏR
Bir-iki gün bundan əvvəl xalq artisti Faiq Ağayevi Naftalan Sağlamlıq Mərkəzində görüblər. Deyilənə görə, müğənninin səhhətində problemlər olduğundan o, hər kəsdən gizlin müalicə almaqdadır.
Məlumatı dəqiqləşdirmək qərarına gəldik. Məlum oldu ki, Faiqin səhhətində heç bir narahatçılıq yoxdur. Doğrudur, o, Naftalanda olub, amma anası Səfiyyə Ağayevanı müayinəyə aparıb. Xoşbəxtlikdən Hacı xanımın sağlamlığı da yerindədir. Sadəcə olaraq, hər ehtimala qarşı Naftalandakı Sağlamlıq Mərkəzində bir qədər müayinədən keçməyi düşünüb. Yeri gəlmişkən, 100% F.A. da Naftalanın gözəlliyinə, fərqli abu-havasına vurulub. "Naftalan mənim çox xoşuma gəldi. Məftunedici təbiət. Təəssüratım super!" - deyən Faiq Ağayev sosial şəbəkədə fikrini bu cür izah edib. / O.M. /