MÜXALİFƏT HAKMİYYƏTƏ XƏBƏRDARLIQ ETDİ
Tarix: 20-05-2012, 13:23 |
Çap et
“KÜTLƏVİ AKSİYALARA START VERİLƏ BİLƏR”
Pakistan müxalifəti ölkə rəhbərlərinə NATO zivəsi ilə bağlı xəbərdarlıq edib. Pakistan İslam Camaatı, Difayi Pakistan Şurası və Ləşkəri Tayyibə qruplaşmasının birgə bəyanatında bildirilir ki, əgər hökumət NATO ilə əlaqələri bərpa etməyə çalışarsa və bu ölkədən NATO-nun Əfqanıstandakı hərbi bazalarına aparan təchizat yolları açılarsa, müxalifət kütləvi etiraz aksiyalarına başlayacaq. Difayi Pakistan Şurasının rəhbəri Mövlanə Səmiül Haqq açıqlamasında qeyd edib ki, müxalifət bu addımı Pakistan xalqının şərəfini və qürurunu qorumaq üçün atacaq.
"Pakistandan Əfqanıstana aparan yollar açılarsa, Amerika ordusu azı 10 il daha bu torpaqlarda qalacaq. Nəticədə isə həm Əfqanıstan, həm də Pakistan Amerika ilə qarşı-qarşıya qalır. Bu həm də Pakistanın qəsdən özünü yenidən Amerikanın təzyiqləri altına atması deməkdir. Həmçinin, qeyd edim ki, biz ötən ilin noyabr ayında öldürülən 24 Pakistan əsgərinin ölümünə göz yuma bilmərik".