MÜXALİFƏT LİDERİ PREZİDENT OLDU
Tarix: 21-05-2012, 12:40 |
Çap et
AZƏRBAYCANDA DEYİL, SERBİYADA...
Serbiyanın fəaliyyətdə olan prezidenti Boris Tadic seçkilərdə məğlub olub.
Ölkənin yeni prezidenti müxalifət lideri Tomislav Nikolicdir.
Səsvermənin ikinci mərhələsində o, 49,8 faiz səs toplayıb. Boris Tadic isə səslərin 47 faizini qazanıb.
AzadlıqRadiosunun Balkan xidmətinin məlumatına görə, Tomislav Nikolic seçki gecəsi müxbirlərə bildirib ki, «burda ilahi ədalət var».
Boris Tadic rəqibini qələbə münasibəti ilə təbrik edib.
Seçkilərdə qalib gəlmiş Tomislav Nikoliç isə bildirib ki, Serbiya Avrointeqrasiya siyasətindən imtina etməyəcək. Onun sözlərinə görə, onun proriteti cinayət və korrupsiya ilə mübazirə aparmaqdır.
Prezident seçkilərinin ilk turu mayın 7-də keçirilib. İlk turda Boris Tadic rəqibini cəmi bir faiz səslə üstələmişdi. / “Azadlıq” Radiosu /