LERİKDƏ MƏMUR ZÜLMÜ ƏRŞƏ DİRƏNİB
Tarix: 21-05-2012, 13:26 | Çap et
UCQAR RAYONUN UCQAR KƏNDİ “AVROVİZİYA” ÖLKƏSİNDƏN ÇOX UZAQDIR
DİA.AZ: - Bu gün sosial problemlərdən əziyyət çəkən, özünə normal dolanışıq qura bilməyən insanlar yüzlərlədir. Hər xoşbəxtlikdən daha böyük xoşbəxtliklər olduğu kimi hər bədbəxtlikdən də daha böyük bədbəxtliklərin olduğu çoxlarına sirr deyil. Bu mənada Lerikin ucqar kəndlərindəki zülmlü həyatı görəndə çoxları öz dərdini unudur.
Bir dəfə Masallıdakı “fəhlə” yeməkxanalarının birində maraqlı olayla rastlaşdım. Bir nəfər piti yeyə-yeyə və araqdan vura-vura ucadan danışır, açığı desək, bir az şitlik edirdi. Xörəkpaylayan vasitəsi ilə ona mesaj yolladım ki, özünü bir az sakit aparsın. Bu xəbərdarlığı alan kimi həmin adam əyləşdiyim stola gəldi və danışmağa başladı:
- Qardaş, mənə baş qoşma. Mən daş karxanasında işləyirəm. Bir ay orada zülmlə çalışıb, sonra Lerikin Bülüdül kəndinə - açıq həbsxanaya gedib, bir həftə zülmlə o məkanda yaşayıb, yenə həmin daş karxanasına qayıdıram. Yolüstü Masallıda dayanıb, burada bir az nəfəs alır, bir balaca araqdan-zaddan vurub, gəldiyim və getdiyim məkanın ağrı-acılarını unuduram.
… Lerik rayonunun elə kəndləri var ki, həmin ərazilərdən rayon mərkəzinə 30-35 kilometr yol qət etməli olursan. Bəzən bir UAZ-a 10-15 adam minir. Bəziləri mərkəzə atla 7-8 saata gedirlər. İllah ki, mərkəzdəki idarə-müəssisələrə işin düşə, sənə: “Get, sabah gəl”, - deyələr. Deməli, yenə ən azı bir gün və 15-20 manat pul itirəcəksən. Bu yerlərin dərdi bir-iki deyil. Jurnalist həmkarımız Mustəcəbin həmin ərazilərdə yaşayan şəxslərlə söhbətdən hazırladığı yazıda özünüz də bunun şahidi olacaqsınız. Həmin yazını ixtisarla sizə təqdim edirik:
“Bülüdül Lerikin irili-xırdalı 157 kəndindən biridir. Bu ərazinin yaxınlığında isə Zövnə adlı kənd yerləşir. Lerikin mərkəzinə bu kəndlərdən məsafə çox uzaq olduğundan (təxminən 30-35 kilometr) onlar bazarlıq etmək, eləcə də Bakıya və başqa rayonlara getmək üçün Masallıya gəlməyi daha üstün sayırlar. Çünki həmin kəndlərdən Masallı-Yardımlı yoluna çıxmaq əslində yolu yarıbayarı azaltmaq deməkdir.
Yolların bərbad olması bu kəndlərin 1 nömrəli problemidir. Bu yolsuzluğun ucbatından bu kəndlərdə elə adamlar var ki, ömür boyu həmin kənddən özgə bir yer görə bilmir.
Bülüdül, Zövnə və ətrafdakı digər kəndlərin ən ciddi problemlərindın biri də torpaqsızlıqdır. Daha doğrusu, yararlı torpaqların olduqca qıt olmasıdır. Adambaşına bir neçə sot payıbəlli torpaq düşsə də, həm imkansızlıqdan, həm texnikanın olmamasından həmin torpaqlardan səmərəli istifadə oluna bilmir. İnsanların yeganə gümanı heyvandarlıqdır.
Bu kəndlərə təbii qaz da gəlmir. Qış aylarında burada sanki həyat donur. Yağış, qar yağan, külək əsən kimi buralarda da müsibət başlayır. İllərdir bu yerlərə qəzet-jurnal gəlmir. Ən zəruri ərzaq malları da bu yerlərə 20-30 faiz bahasına Masallıdan gətirilir. Cavanlar işsiz-gücsüz qalıb. Burada insanların televiziyaya maraqları da azdır. Kənd sakinləri televizordakı təmtəraqları görəndə onlara elə gəlir ki, görəsən, belə şeylər hansı uzaq məkanda olur. Hər şey onlara əlçatmaz, bir xəyal kimi görünür. Ona görə imkanı olan hər cavan belə kəndləri tərk edir.
Bülüdül kənd sakini Nurəddin Əsgərovla yolda rastlaşdıq. O deyir ki, Qaradağ daş karxanasına işləməyə gedir. Kəndin demək olar ki, 80 faizi karxana ilə dolanır. Adambaşına 13 sot torpaqdır. 13 sotla mən mal saxlayım, əkin əkim? Nə edim, bilmirəm. 10 gün daş karxanasında oluruq, 10 gün evdə. Kənddə demək olar ki, iş yeri yoxdur. Buradakı məktəbdə xadimə işinə düzəlmək, digər yerlərdə vəzifə almaq kimi bir şeydir. Yollarımız da pis vəziyyətdədir. Adam çox olanda maşına 5-10 manat verirsən. Kəndə tək getsən, gərək 30-40 manatından keçəsən. Olmaz ki, dövlət adamları bizə tərəf də baxalar. Kənd əhalisinin vəziyyəti çox zülmlüdür.
Onun sözlərinə görə kəndə mətbuat da gəlmir. Kənd sakinləri rayon mərkəzinə ən vacib işləri olanda gedirlər.Yola çıxmaq böyük xərc istəyir. Onun dediyinə görə, dağlıq ərazilərdə yaşayanların ən böyük problemi yolun bərbad olmasıdır.
Bülüdül kəndinin digər sakini Cəmşid Lələyev də maddi vəziyyətlərinin ağır olduğunu bildirdi:
-Maddi vəziyyətimiz çox pisdir, hamımızın vəziyyəti ağırdır. Yolumuz yoxdur. Bir xəstə olsa, onu həkimə çatdırmaq müsibətə çevrilir. Bir neçə dəfə xəstə elə yolda ölüb. Hamilə qadınlar doğuşa aparılarkən, elə yolda azad olublar. Eləsi də olub ki, bu çıxılmazlıqdan əlac tapmayaraq taleyi ilə barışıb, elə həkimsiz, dərmansız evində canını tapşırıb.
Onun sözlərinə görə kəndliyə güzəştlər nəzərdə tutulsa da, o verilmir. Sənədləşmə getsə də, güzəştlər edilmir. Sosial yardım lap dəhşətə çevrilib. Kimin imkanı var, yardımı da elə onlara verirlər. Kasıb bir-iki dəfə mərkəzə gedir, o qədər get-gələ salınır ki, bir də baxır, yardım cəhənnəm, olan-qalanı da elə 30 kilometr yolu gedib-gəlməyə xərcləyib. Oradakılar da bilir ki, bu kasıb bədbəxt çox olsa, şikayətə 2-3 dəfə gələcək, ya bezəcək, ya da gəlməyə pulu olmayacaq. Elə ailə var 16 nəfərdir, amma bir manat da yardım almır. Buna görə “6 ay sənin, 6 ay mənim” şərtinə çoxları dərhal razılaşır. Kənddə evlənənlərin sayı ilbəil azalır. Bütün cavanlar bir tikə çörəyə görə kənddən qaçaq düşüblər.
72 yaşlı Zövnə kənd sakini Abbas Qasımov isə belə hesab edir ki, bu problemlərdən ən vacibi yoldur. Sovet dövründə yol bundan rahat idi. Hətta kəndə avtobus da işləyirdi. Yol olsa, qalan məsələlər öz həllini tapacaq. Bu “Vilis”lər, “UAZ”-lar olmasa, qırılaraq. Həmin maşınlar həm taksimizdir, həm avtobusumuz, həm metromuz. Daş karxanalarında işləmək insanları bezdirib. Məktəblərdə dərs deyilən şey yoxdur. Neçə illərdir ki, bu kəndlərdən orta və ali təhsil alan olmur. Çoxları düşünür ki, niyə oxuyum, onsuz da daş karxanasından özgə iş yeri yoxdur.
Hər bədbəxtçilikdə bir xoşbəxtlik olduğu kimi, problemlər içində çabalayan bu kəndlərin bəzi xoşbəxtlikləri də var. Belə ki, həmin kəndlərdə nə oğru var, nə narkoman.
Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Habil Məlikov isə bu kəndlərin sosial durumu ilə bağlı aşağıdakıları bildirib: - Əgər bu kəndlərdən Masallıya alternativ yol çəkilsə, vəziyyət xeyli yaxşılaşar. Birincisi, yol qısalar. Həmin kəndlərdən Masallının mərkəzinə 39 kilometrdir. Amma indi həmin kəndin sakinləri Lerikə, oradan Lənkərana, Lənkərandan Masallıya getməklə təxminən 120 kilometr məsafə qət edirlər. Yəni həmin yolun çəkilişi məsafəni 60 kilometr qısaldar.
Son zamanlar Lerik-Zuvand yolunun çəkilişi üçün 3 milyon manat ayrılması Bülüdül, Zövnə və digər kəndlərin də ümidlərinə işıq salıb. Onlar inanırlar ki, yaxın vaxtlarda bu kəndlərin də yol probleminə bir əncam çəkiləcək.
Bəli, bu dağların qoynunda təkrarsız mənzərəsi, çoxlu mineral suları, müalicəvi əhəmiyyətli otları olan kəndlər yerləşir. Ancaq bu gözəllik, bu təbiət mənzərələri yerli sakinləri o qədər də ilgiləndirmir. Onlar yaşamaq yox, hələ ki, sağ qalmaq uğrunda mübarizə aparırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|