“HEÇ KİMƏ HESABAT VERMƏLİ DEYİLƏM”
Tarix: 23-05-2012, 13:08 |
Çap et
İLHAMƏ QASIMOVA SÖZ-SÖHBƏTƏ SON QOYDU
Populyar müğənni şəxsi həyatından danışıb.
Day.Az saytının verdiyi məlumata görə, İlhamə Qasımova yerli telekanallardan birinə açıqlamasında həyat yoldaşından boşanması ilə bağlı heç kimə hesabat verməli olmadığını söyləyib:
«Hamı İlhamənin niyə boşandığını soruşur. Kənardan insanı ittiham etmək asandır. Qoy özlərini mənim yerimə qoysunlar. Məni ən çox əsəbləşdirən valideynlərimi də bu dedi-qoduya qarışdırmalarıdır. Heç kimə hesabat verməli deyiləm. Bu, mənim günahımdır və buna görə məni yalnız həyat yoldaşım danlaya bilər. Bundan sonra heç zaman şəxsi həyatım haqda danışmayacağam».