KEÇMİŞ CƏBHƏÇİDƏN ƏCAİB MÖVQE
Tarix: 23-05-2012, 13:37 |
Çap et
“TÜRKİYƏ-ERMƏNİSTAN SƏRHƏDDİ AÇILMALIDIR”
Ermənistandakı marketlər türk malları ilə doludur, belə şəraitdə sərhədlərin bağlı olmasının heç bir mənası yoxdur. SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu İstanbul Aydın Universitetinin professoru doktor Kamil Vəli Nərimanoğlu bildirib.
Uzun illər Türkiyədə yaşayan və türk dili mövzusunda apardığı araşdırmalarla diqqət çəkən Kamil Vəli Nərimanoğlu Türkiyə, Azərbaycan və Ermənistan əlaqələri ilə bağlı fikirlərini bildirib.
"Azərbaycan və Türkiyə əvvəl-axır konfederasiya olacaqlar, ancaq gec olacaq, ya tez - deyə bilmərəm, mən buna inanıram. Ümumi dil və əlifbamız olacaq. Heç bir hökumət bunun qarşısını ala bilməz.
Türkiyə-Ermənistan mövzusuna gəlincə, sərhəd qapısı açılmalıdır. Onsuz da ticarət aparılır. Sərhəd bağlı olduğu üçün Gürcüstan, Rusiya və İrandan ölkəyə daxil olurlar. Sərhəd açılsa, Türkiyə sərhədindən girib çıxarlar, bu daha doğru olar. Türkiyədə 100 minə yaxın Ermənistan vətəndaşı qeyri-qanuni mühacir həyatı sürür və çalışır. Ermənistan market və mağazaları türk malları ilə dolu ikən, sərhədin bağlı olması mənasızdır. Bu baxımdan sərhəd açılmalıdır".