ƏSƏD ƏL-HOULADA QƏTLİAM TÖRƏDİR
Tarix: 27-05-2012, 11:39 |
Çap et
BİR ATƏŞLƏ 38 KÖRPƏ QƏTLƏ YETİRİLİB
Suriyanın Əl-Houla şəhərində tank atəşi nəticəsində 92 nəfər, o cümlədən 38 uşaq öldürülüb. Bu barədə BMT-nin Suriyada atəşkəsə nəzarət missiyasının rəhbəri norveçli general Robert Mud məlumat verib.
Mud bu hadisəni «dəhşətli faciə» adlandırıb. O ağır silahların istifadə olunmasını «qəbuledilməz və qeyri-adekvat addım» adlandırıb. General Mud bu addımı atanların məsuliyyətə cəlb etməyə çağırıb.
Müxalifətçi «Azad Suriya ordusu» isə mülki əhalinin müdafiəsi üçün tədbirlər görülməsə, atəşkəs barədə razılaşmanı pozacağını bəyan edib.