Ermənistan Bakıya nümayəndə göndərməməklə... .....                     “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                 

RESPUBLİKA GÜNÜ DİLEMMASI
Tarix: 28-05-2012, 13:03 | Çap et
RESPUBLİKA GÜNÜ DİLEMMASI

NƏDƏN BU TARİXƏ ÖGEY MÜNASİBƏT VAR İDİ?

28 Mayda Azərbaycan Demokratik Respublikasının (ADR) 94-ci ildönümü qeyd olunur. ADR 28 may 1918-ci ildə M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən elan edilmişdi. Qəbul edilən İstiqlal Bəyannaməsində Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilirdi. Sənəddə deyilirdi ki, ölkədə yaşayan xalqlar bərabər hüquqlara malikdirlər və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan edilir. Müstəqil Azərbaycanın siyasi quruluş forması beynəlxalq birliyin bütün üzvləri, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə mehriban əlaqələr qurmaq niyyətində olan demokratik respublika idi. Bu dövlət öz ərazisində bütün vətəndaşlara milli, dini, sosial və cinsi mənsubiyyətindən asılı olmayaraq vətəndaş və siyasi hüquqların təmin edilməsi zəmanətini verirdi. ADR bütün Şərqdə ilk demokratik parlament respublikası idi.

23 aylıq mövcudluğu ərzində ADR-də bir sıra vacib qanunlar qəbul edilmiş, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmışdı. Cəmi iki il yaşasa da, ADR özünü dünyəvi demokratik inkişaf yolunun və dövlətin müasir parlament modelinin qəti tərəfdarı olan ölkə kimi göstərdi. Bu işdə onun lideri Məmmədəmin Rəsulzadənin – müstəqillik və demokratiya idealına sadiq olan bu görkəmli şəxsiyyətin xüsusi xidmətləri vardı. Bütün bunlar həmin idealların həyata keçirilməsi üçün obyektiv və subyektiv şəraitin çox əlverişsiz olduğu bir dövrdə baş verirdi. Azərbaycan Demokratik Respublikası 27 aprel 1920-ci ildə Rusiya tərəfindən Azərbaycanı işğal etmək üçün göndərilən XI Qızıl Ordunun təzyiqləri ilə devrildi. ADR-in banilərindən bir qismi güllələndi, bir qismi sürgün edildi, bəziləri isə mühacirət etməyə məcbur oldular. Respublikanın banisi M.Ə.Rəsulzadə uzun illər mühacirətdə yaşadı. Amma heç vaxt Azərbaycanın yenidən müstəqil olacağına inamını itirmədi. O, 6 mart 1955-ci ildə (71 yaşında) Türkiyədə vəfat etdi və orada dəfn olundu. Azərbaycan isə öz müstəqilliyini bir çox illər sonra – 18 oktyabr 1991-ci ildə bərpa etdi.

Sovet hakimiyyətinin 70 ili ərzində («qırmızı işğal») ADR və onun banisi M.Ə.Rəsulzadə haqda xatirə Azərbaycanın tarixindən köklü şəkildə silindi. Amma uğursuz şəkildə: Azərbaycanda milli-azadlıq hərəkatı (SSRİ dağılana qədər) ADR-in şərəfli tarixinə və onun lideri M.Ə.Rəsulzadəyə lazımi qiymət verdi. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin özü (18 oktyabr 1991-ci il) ADR-in xatirəsinin, rəmzlərinin və uğurlarının bərpası şüarları altında keçirdi.

Azərbaycan dövlət müstəqilliyi əldə edən vaxtdan sonradan Respublika günü elan edilən, hər il dövlət səviyyəsində də qeyd edilən 28 Maya cəmiyyətdə ölkənin ən əhəmiyyətli və şanlı siyasi bayram kimi ehtiram göstərilməyə başlandı. Adama elə gəlirdi ki, ADR-in və onun banilərinin unudulması istiqamətində 70 illik imperiya təcrübəsi iflasa uğrayandan sonra çətin ki, kimsə belə nalayiq və əbəs cəhdləri təkrar etməyə çalışar. Amma artıq Heydər Əliyevin hakimiyyəti dövründə ADR və onun lideri Rəsulzadənin xatirəsinə qarşı qəribə bir qısqanclıq nümayiş etdirilməyə başladı. Çox vaxt onun adının üstündən sükutla keçilir, ADR-in fəaliyyətinə isə bəzən şübhə kölgəsi salınırdı. Təəssüf ki, bu qəribə ənənə irsən növbəti hakimiyyətə də keçdi: Respublika günü (28 May) və Rəsulzadənin adı düz 2008-ci ilə qədər başqa bir tarixin – ümummmilli liderin ad gününün kölgəsində qalırdı. Təkcə müxalifət partiyaları, müstəqil KİV, QHT-lər və ölkə ictimaiyyətinin nümayəndələri bu tarixi layiqincə qeyd edirdilər. Belə ssenari uzun illər davam etdirildiyindən bunda, görünür, müəyyən gizli siyasi məna vardı – ADR-in və onun liderlərini nüfuzdan salmaq. Prinsipcə hər şey belə də olurdu: taleyin hökmü ilə Gül bayramı ilə (10 may) Qurtuluş günü arasında (15 iyun) olan Respublika günü ölkənin eks-prezidentinə olan bitib-tükənməyən difirambların atmosferində qismən əridilirdi.

2008-ci ildə situasiyanın buzu hiss olunacaq qədər əridi: prezident İlham Əliyev ADR-in 90 illik yubileyinin qeyd edilməsi barədə xüsusi sərəncam verdi. Sərəncamda təhsil, elm və mədəniyyət müəssisələrində xüsusi konfransların, həmçinin xüsusi bayram tədbirlərinin küçirilməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin özü Respublika günü münasibətilə yeni yaradılan «İstiqlal Bəyannaməsi» memorialına çiçək dəstələri qoydu. Bundan başqa, Milli Məclisin xüsusi iclası Respublika gününə həsr edildi, “Gülüstan” sarayında isə yubiley şərəfinə xüsusi təntənələr təşkil edildi. 28 May axşamı Milli Parkda bayram konserti keçirildi, xalq gəzintisi, atəşfəşanlıq oldu.

Görünür, Respublika günlərinin başqa ölkələrdə təntənə ilə keçirilməsi təcrübəsi bizim hakimiyyətə ayıldıcı təsir göstərdi. Yəqin, qardaş Türkiyədə ADR və M.Ə.Rəsulzadənin xatirəsinə hər zaman xüsusi diqqət yetirilməsi də burada mühüm rol oynadı. Belə ki, 2008-ci ildə Ankarada ADR-in 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə Türkiyənin baş naziri və başqa yüksək rütbəli şəxslər iştirak edirdi. Bundan başqa, Bakıda yox, məhz Türkiyədə ADR-in banisi M.Ə.Rəsulzadənin abidəsinin açılışı oldu. Üstəlik, hakimiyyət anlamamış deyil ki, Azərbaycan cəmiyyətinin özündə ADR-in tarixi əhəmiyyətinə kölgə salmaq ciddi dəstək qazanmır. Görünür, bütün deyilən səbəblərdən hakimiyyət ölkənin asas siyasi bayramına soyuq-qısqanc münasibəti dəyişməyi qərara aldı. Əgər doğrudan da belədirsə, bunu yalnız alqışlamaq olar. Hərçənd Respublika günü münasibətilə mərasim proseduru istisna edilsə, əvvəllər olduğu kimi, hakimiyyətin xüsusi bayram ovqatı hiss edilmir.

Turan Analitik Xidməti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru