RƏSUL QULİYEVİN BLOKU İRANI HƏDƏLƏDİ
Tarix: 28-05-2012, 15:39 |
Çap et
DCUMH AZƏRBAYCAN XALQINI TƏBRİK EDİB
Bu gün - 2012-ci il may ayının 28-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib.
DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub.
Qərarlarının icrası barədə məlumat nəzərə alınıb. DCUMH İdarə Heyəti 28 May – Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
DCUMH İdarə Heyəti İran hakimiyyətinin dini müqəddəslərdən siyasi məqsədlər üçün istifadə etməsini kəskin pisləyərək, Azərbaycanın daxili işlərinə qarışmamasını tələb etdib.