AP-IN NÜFUZU AYAQLAR ALTINA ATILIB
Tarix: 30-05-2012, 12:49 |
Çap et
YAP İQTİDARINA GÖRƏ
"Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə onun nüfuzunu ayaqlar altına atır, beynəlxalq təşkilatın “ikilistandartlar” mövqeyində durduğunu nümayiş etdirir".
Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.
O bildirib ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın milli maraqlarına uyğun olaraq müstəqil, çoxşaxəli və praqmatik xarici siyasət həyata keçirir. Bu siyasətin 20 il ərzində çox ciddi sınaqlardan çıxdığını və özünü konkret qələbələrdə təsdiq etdiyini vurğulayan deputat söyləyib ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqədar siyasəti qarşılıqlı faydalılığı ilə fərqlənir: "Azərbaycan Aİ ilə, xüsusilə energetika sahəsində qarşılıqlı surətdə faydalı siyasi və iqtisadi münasibətlərin inkişafı istiqamətində addımlar atır".