"Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                 

HAKİMİYYƏT “QİSAS ƏMƏLİYYATI”NA BAŞLAYIR
Tarix: 4-06-2012, 12:09 | Çap et
HAKİMİYYƏT “QİSAS ƏMƏLİYYATI”NA BAŞLAYIR

AMMA BU PROSESİN QİTİDARA BAHA BAŞA OTURACAĞI DA SÖYLƏNİLİR

DİA.AZ: - Hakimiyyət artıq siyasi münasibətlərə yeni arşınını tətbiq edəcəyi barədə anonslar verməkdədir. Xatırladaq ki, hələ «Avroviziya-2012» mahnı yarışmasından öncə belə bir rəy var idi ki, müsabiqənin ardından YAP iqtidarı rəqib cinahda repressiya dalğasını gücləndirəcək. Amma yarışma dövründə mətbuat qarşısına çıxaraq repressiyaların olmayacağını, hakimiyyətin qisas almayacağını bildirən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bir arxayınçılıq atmosferi formalaşdırmağa cəhd etdi. Sonradan isə aydın olacaqdı ki, Əli Həsənov əslində baş altına yastıq qoymaqla məşğuldur. Və hakimiyyət yenə də öz ənənəsinə uyğun olaraq dediklərinin tam tərsini etməklə məşğuldur.

Bunun təsdiqi üçün elə də böyük zaman kəsiyinə ehtiyac olmadı. Həmin Əli Həsənov - «qisas barədə deyilənlər yalandır» deyən Əli Həsənov keçən həftə iqtidaryönlü qeyri-hökumət təşkilatlarının qarşısına çıxaraq özünü təkzib etdi. Onun həmin tədbirdəki çıxışının bütün mahiyyətini bir cümlə ilə ifadə etmək də olardı: BİZ SİZİ MƏHV EDƏCYİK.

Bəli, Əli Həsənov əslində özünün aqressiv və isterik çıxışı ilə hakim düşərgənin nəinki siyasiləşmiş narazı kəsimə, bütün xalqa yönəlik ismarıcını çatdırdı ki, daha bitdi və bundan sonra hər şey tamam fərqli olacaq. Əli Həsənov çıxışında həmin fərqliliyin də anonsunu verdi. «Prezident və onun ailəsi barədə jurnalistlər yazırlar. Dünənə qədər buna səbrlə yanaşmışıq. Buna niyə dözməliyik? Nəyin naminə?» ifadəsi əslində o demək idi ki, azad mətbuatı böyük təhlükə gözləyir. «Müxalifət o qədər rəzildir» ifadəsi narazı eloktoratın siyasi nüvəsinin əss hədəf olmasına işarədir. «Mənim onlara xanım deməyə dilim də gəlmir. Ora-buralarını, ayıb yerlərini polisin əlinə verirlər» ifadəsi isə artıq onsuz da son illərdə kifayət qədər deqradasiyaya uğramış əxlaqi dəyərlərin siyasi müstəvidən tamamən yığışdırılmasını anons etmiş oldu.

Bütün bunlar onun göstəricisi idi ki, «Avroviziya» kimi nüfuzlu bir tədbirin təşkilatçılığını uğurla həyata keçirmiş, amma uğurla başa vura bilməmiş YAP iqtidarı sözügedən təmtəraqlı törəndən ona yadigar qalan aqressiyanı opponenlərinin və xalqın üzərinə yönəldəcək. Elə «Savaş» qəzetinə məlumatlı dairələrdən daxil olan məlumatlarda da bildirilir ki, hakimiyyət yenə də ənənəvi qara qüvvələrini proseslərin «favorit qüvvəsi»nə çevirmək niyyətindədir. İnformasiyalara görə, müxalifət mətbuatının və müxalifət təşkilatlarının çox tanınmış simaları barəsində ciddi təqib göstərişi verilib. Bu barədə az sonra…

Xatırladaq ki, buna qədər də hakimiyyət siyasi rəqiblərinə qarşı bu kimi təbliğatdan, yəni qara piardan geniş şəkildə istifadə edib və zaman-zaman da istifadə etməkdədir. Yəni onsuz da iqtidarın qara piar texnoloqları susmayıblar, sadəcə olaraq 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkiləri ərəfəsində bu istiqamət kifayət qədər «inkişaf etmişdi». Sonrakı müddətdə isə proses bir qədər səngisə də, tam olaraq yığışdırılmadı. Elə «Azadlıq» radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına biabırçı müdaxilə də həmin qara qüvvələrin «əl işi» hesab olunmaqdadır.

İndi isə hakimiyyət yenidən «qara piar»a keçid qərarını verib. Bu barədə məlumatı qəzetimizə ötürən mənbə bildirir ki, hakimiyyət içində bu vaxta qədər sözügedən prosesə fərqli münasibətlər var idisə, indi az qala yekdillik yaranıb: «Məsələn, iddia etmək olmaz ki, hakimiyyətdə təmsil olunanların hamısı hansısa jurnalistin yataqda yaşadıqlarının ictimailəşməsini alqışlayır. Yəni dünənə qədər hakimiyyətin öz daxilində də ciddi tərəddüdlər var idi və qara qüvvələr heç də əksəriyyət tərəfindən dəstəklənmirdi. İndi isə vəziyyət tamamən dəyişib. Demək olar ki, əksəriyyətdə belə bir qənaət - «nəyin bahasına olursa-olsun hakimiyyətdə oturmağlıyıq» qənaəti yaranıb. Ona görə də, dünənə qədərə qara qüvvələri qınayan iqtidar cinahının elitar dairələri belə bu gün qara qüvvələrin təsiri altında olmaqla yanaşı, onlara ehtiyac zərurəti hiss edirlər. Bu isə sırf olaraq psixoloji məsələdir».

Mənbəmiz bildirir ki, iqtidar düşərgəsinə hakim kəsilən psixoloji ab-hava bunu zəruri edir: «Buna özünüqoruma instiktinin təzahürü də demək olar. Artıq yuxarıda oturanların hamısı belə fikirləşir ki, mindikləri gəmi batmaq üzərədir. Gəminin xilası naminə isə hansısa dəyərin qurban verilməsi, hansı kriteriyanın dəyərsizləşməsi yolveriləndir».

Əslində bu prosesin xeyli əvvəldən start götürdüyünü iddia edən mənbə bildirir ki, qara piar işində əsas ağırlığı çiyinlərinə alacaq rəsmi mətbuat, həmçinin hakimiyyətin monapoliyasında olan telekanallar da yeni təlimatları gözləməkdədirlər. Məlumatlara görə, bir müddət əvvəl ATV kanalının rəhbərliyində baş verən dəyişiklik də əslində iqtidar düşərgəsinin yeni siyasəti ilə birbaşa əlaqədardır. Mənbəmiz bildirir ki, əvvəlki «qara piar» dönəmlərində yuxarıların tələblərinə «layiqincə» cavab verməyən, digər telekanallardan fərqli olaraq abır-həyasını qorumağa çalışan (təbii ki, siyasi münasibətlər müstəvisində -red.) ATV kanalının yeni siyasətə ayaq udyura bilməsi üçün «qara piar» dönəminin «razqar» vaxtında həmin proseslərdə hakimiyyətin əsas tribunası kimi diqqətə gələn «Lider» telekanalında kifayət qədər təcrübə toplamış Vüqar Qaradağlı rəhbərliyə gətirildi. Bildirək ki, barəsində danışdığımız dönəmdə Vüqar Qaradağlı «Lider» analının aparıcı fiqurlarından biri idi. İndi isə Vüqar Qaradağlıya ATV kanalında, hakimiyyətin isə «qara piar» müstəvisində ATV kanalına ehtiyacı var.

Mənbəmiz onu da bildirib ki, artıq hakimiyyət üçün arzuolunmaz şəxslərin siyahıları hazırlanıb: «Onların təqibi barədə də xüsusi göstəriş verilib. Təsəvvür edin, İranla, İranın xüsusi xidmət orqanları ilə mübarizə aparmalı olan, onların bir nömrəli hədəfi olan bir hakimiyyət özünün az qala bütün kəşfiyyat resurslarını siyasi opponentlərinə qarşı yönəldib. Əslində dünən və bu gün hakimiyyətin İrandan ölkəmiz əleyhinə yönəlik təbliğatın qarşısında duruş gətirə bilməməsi də sırf olaraq bununla bağlıdır. Yəni əsas güc müxalifətə qarşı tətbiq edildiyindən, xarici qüvvələr - hansılar ki, birbaşa olaraq Azərbaycan dövlətinin sütunlarını hədəfə alıblar, onlar unudulur. Deməli, YAP iqtidarı üçün hakimiyyətləri, dövlətin maraqlarından daha ümdədir».

Bu gün adları iqtidar cinahının qara siyahısında yer alan müxaliflərin telefonlarının dinlənildiyini, onların hərəkət trayektoriyalarının nəzarət altına alındığını bildirən mənbələr onu da əlavə ediblər ki, əslində rəsmi Bakı bu şəkildə özünə daha da çətin və böhranlı situasiyanı hazırlamaqdadır: «Tutalım, hansısa müxalifət lideri ilə bağlı «qara piar» planı baş tutdu. Və bu məsələ ictimailəşdi. Hansı hakimiyyət bunun ağırlığı altından qalxa bilər? Axı yeganə hədəf daxli ictimai rəy deyil? Yeganə hədəf daxili ictimai rəyə hesablanmamalıdır. Bu gün beynəlxalq aləmlə münasibətlərini təhlükəli nöqtəyə daşıyan hakimiyyət düşərgəsi bilməlidir ki, onun Əli Həsənovun dilindən səsləndirdiyi «müxalifət ümid edir ki, beynəlxalq təşkilatlar gəlib ona hakimiyyət verəcəklər, kül sizin başınıza» şəklində olan ifadəsi əslində aradakı körpülərin birdəfəlik olaraq yandırılması deməkdir. Çünki əgər dünənə qədər bu kimi ifadələr Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu kimi dillərlə diqqətə çatdırılırdısa, artıq danışan bir dövlət rəsmisidir. Və Əli Həsənovun həmin qalmaqallı açıqlamasını beynəlxalq qurumlar rəsmi Bakının mövqe ifadəsi kimi qəbul etməkdədirlər».

Bir sözlə, hakimiyyətin gələcəyə tədarükündə olduğu proseslərin, əslində bu rejimin kökünü baltalayacağı qənaətini ortaya qoyan mənbəmiz onu da vurğuladı ki, əgər iqtidar cinahına aid ağıllı dairələr hərəkətə keçməzsə, ağılsızların nəzarətinə keçməkdə olan hakimiyyət sükanı onların qərarlaşdıqları gəmini qısa müddətdə batıracaq: «Bu, qaçılmaz bir aqibətdir».

“SAVAŞ”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru