AYAZ MÜTƏLLİBOV AZƏRBAYCAN SİYASƏTİNDƏN GEDİR!
Tarix: 4-06-2012, 14:31 |
Çap et
KEÇMİŞ PREZİDENTDƏN ŞOK QƏRAR
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkənin siyasət səhnəsini tərk edir. Bu barədə "Regnum" agentliyi siyasətçiyə yaxın mənbəyə istinadən xəbər verib. O, 20 iyulda ASDP-nın Bakıda keçiriləcək qurultayında istefasını rəsmən açıqlayacaq.
Həmin mənbə bildirir ki, "Eks-prezidentlər haqqın" qanunda edilən dəyişikliklərdən sonra Ayaz Mütəllibov yaxın vaxtlarda Azərbaycana qayıdacaq.
Qeyd edək ki, sözügedən qanunun iyunun 12-də Milli Məclisdə qəbul edilməsi gözlənilir. / FaktXeber /