Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                 

TACİR DƏ İSTEDADI OLMAYANLARDAN GİLEYLƏNİR
Tarix: 9-06-2012, 11:24 | Çap et
TACİR DƏ İSTEDADI OLMAYANLARDAN GİLEYLƏNİR

“ONLAR MEYDAN SULAYIRLAR”

Uzun müddətdir ekranlarda görünməyən istedadlı müğənnimiz Tacir Şahmalıoğlunu çoxdandır arayırdım. Nəhayət, onunla tədbirlərin birində görüşdüm. İlk əvvəl soruşdum ki, bir vaxtlar qəlbləri titrədən bu səsin sahibi nədən geri çəkilib? Görünməməyinin səbəbi nədir? Bu və digər suallarla müsahibimə müraciət etdik.

- Tacir müəllim, oxucularımıza yaradıcılığınızdakı yeniliklər barədə məlumat verərdiniz. Deyin görüm, niyə az-az görünürsünüz?

- Yox, mən deməzdim ki, görünmürəm. Son vaxtlar efirlərə dəvət alıram və ara-sıra görünürəm. Zənnimcə hər gün efirdə tamaşaçını yormaqdansa az-az görünmək daha yaxşıdır. Musiqisi Razim Paşayevə məxsus olan "Kərbəlaya gedən yol" adlı dini mövzuda olan mahnıya çəkdirdiyim klip deyərdim ki, böyük marağa səbəb olub.

- Tacir müəllim Kərbəla ziyarətinə gedəcəkmi?

- Namaz qılıram. Hər bir müsəlman Allah qarşısında öz vəzifə borcunu yerinə yetirməlidir. Allaha yaxınlaşmaq insanı daha da saflaşdırır. Daha sonra Kərbəla, Məşədi, Həcc ziyarəti gəlir, təbii ki. İnşallah bunlar hamısı olacaq. Allah hər kəsə bu ziyarətləri nəsib etsin.

- Çoxları "hələ namaza hazır deyiləm" fikrini irəli sürərək ibadət üçün müəyyən vaxtın gəlməsini gözləyirlər. Sizi namaza tam hazırlayan nə oldu?

- Mənə deyirdilər ki, namaz qılanda səni şeytan güldürəcək. Belə maneələrlə rastlaşacaqsan. Sən demə, inanmaq istəmədiyim bu fikirlər doğru imiş. Namaz qılana qədər çox götür-qoy etdim, fikirləşdim. Sonda bu qənaətə gəldim ki, yeganə yol Allahın yoludur. Mən də bu yolu tutdum. O biri yollar dəfələrlə məni uçurumlara sürükləyib. Xoşbəxtlikdən uçurumlara düşməmişəm. Amma düşə də bilərdim. Bu gün əminəm ki, Allahım məni uçurumlardan qoruyacaq.

- Bu gün Tacir müəllimin qəlbində hansı ağrı-acı var?

- Yalnız və yalnız vətən dərdidir qəlbimdə. Vətənim üçün canımdan keçərəm, balamı qurban verərəm. Baxmayaraq ki, müğənniyəm, döyüş bölgələrində olmuşam. Demirəm ki, vuruşmuşam. Amma döyüşənlərə musiqilərlə, oxuduqlarımla mənəvi qida vermişəm. Mənim də döyüşüm nəğmələrim olub. Əgər bugünkü gün prezidentimiz "döyüşə getmək lazımdır" əmrini versə, bəlkə də silahlanıb ilk yola düşənlərdən biri mən olaram.

- “Vətən üçün hər şeyi qurban verərəm” deyən Tacir müəllim həyatda nələri qurban verib?

- Çox şeyi qurban vermişəm. Dünyalar qədər sevdiyim atam köçüb bu dünyadan... Bu itki məni çox sarsıdıb. Beş ilimi qurban vermişəm. Düz beş il "Ney səsi"ndən sonra sənətdə fasilə vermişdim.

- Nədən?

- Bir müddət oxumadım. Küsdürmüşdülər məni. Sənətdəki fasiləyə görə çox peşmançılıq çəkirəm. Çünki o illər bir də geri qayıtmayacaq.

- Kim küsdürmüşdü sizi?

- Mən həmişə sözün düzünü demişəm. Amma buna görə pis olmuşam. Bəzən acı həqiqət şirin yalandan gözəl olur. Otuz beş ildir sənətdəyəm. Təəssüf edirəm ki, bəzən efir vasitəsilə xalqa təqdim olunan mahnılara görə mən utanıram.

- Belə demək olarmı ki, bu gün sənəti olmayan, lakin eyni zamanda efirlərdən düşməyən dırnaqarası müğənnilər sizi küsdürmüşdü?

- Bəli. Çox təəssüf edirəm ki, istedadı olmayanlar, belə demək mümkündürsə, bu gün meydan sulayırlar. Bu da mənə çox pis təsir edir. Amma eyni zamanda onları gördükcə belə qənaətə gəlirəm ki, buna görə heç kimi qınamalı deyilik. Musiqidən xəbəri olmayanlar da nəsə nümayiş etdirmək istəyirlər. Mən o dırnaqarası müğənniləri təbliğ edənlərdən küsürəm. Çox düşünüb daşındım və nəticəyə gəldim ki, niyə dayanmalıyam. Ruhdan düşmək lazım deyil. Qəlbimdə elə musiqilər var ki, hələ onları xalqıma çatdırmamışam.

- Tacir müəllim, artıq bir neçə ildir ki, atanızı itirmisiniz. Bir tərəfdən vətən həsrəti, digər tərəfdən də ata itkisi. Hələ üstəlik sənətdəki fasilə həyata marağınızı azaltmadı ki?

- Bəli, vətən həsrəti illərdir qəlbimi göynədir. Atamın itkisi isə sanki qol-qanadımı sındırdı. Deməzdim ki, həyata marağım azaldı. Hardasa ruhdan düşmüşdüm... Atam Bakıda dünyasını dəyişdi, amma onu Ağdamda dəfn etdik. O, çox gözəl tarzən olub. Xan əmini, Cabbar Qaryağdı oğlunu görüb. Arif Babayev kimi sənətkarla el şənliklərində iştirak edib.

- Ən böyük arzusu nə idi atanızın?

- Onun ən böyük arzusu mənim bugünkü uğurlarımı görmək idi, amma qismət olmadı. Atam məni bu gün bax bu uğurlarla, mənə ünvanlanan alqışlarla görə bilsəydi (kövrəlir)...

- Sənətdəki fasilə atanızın ölümü ilə də əlaqədar deyildi ki?

- Müəyyən faiz onunla da əlaqədar idi. Onun ölümündən sonra sanki dünyam dağıldı. O, mənim həm atam, həm də dostum, qəlb sirdaşım idi. Onunla təsəlli alırdım, dəyərli məsləhətlər verirdi mənə. Səhvlərimi deyirdi, doğru yol göstərirdi. Mənə çox böyük dayaq idi, lakin bu gün təkəm... Atasızlıq həsrəti məni yandırıb yaxır və hələ çox yandıracaq... Vətən ağrısı ürəyimi göynədir. Ona görə də "Dərdliyəm"i oxumuşam. Ölüm labüddür. Atamın bu dünyadan köçməsi Tanrının məsləhətidir. Hər kəs zamanında "əlvida" deyəcək bu həyata. Allah vaxtsız ölümü heç kimə qismət etməsin. Vətənin getməsi isə faciədir.

- "Dünyam dağıldı", "bu gün təkəm" deyən Tacir müəllimin sənətdə beş il fasilə verdiyi zaman iç dünyasında nə var idi, bu gün nələr var?

- Sadəcə o beş ili, əgər belə demək olarsa, mən yatmışam, yuxuda olmuşam. Bəlkə də şeytanlar məni başqa bir dünyaya aparıb. Heç nə etməmişəm. Amma bugünkü işlərimi başlanğıc hesab edirəm.

- Bu günə qədər qəlbinizdə qurub yaratdıqlarınızdan hələ də ürəyinizdə qalanı və yaxud açmadan solan arzularınız oldumu?

- Həyata keçməyən arzum torpaq həsrətidir. Şuşada Cıdır düzündə qəlbləri riqqətə gətirən mahnılar oxumaq istəyirəm ki, bəlkə o yanğını söndürə bilim.

- Torpaqlarımız ilk alınan gün hara ayaq basacaqsınız?

- Doğulub böyüdüyüm Ağdamın Sarıhacılı kəndinə. Niyyət etmişəm ki, o gün evimizə qədər dizin-dizin sürünəcəm. Bu, atamın da arzusu idi. Mən onun arzusunu həyata keçirəcəm.

- Amma təəssüf ki, düşmən o yerləri viran qoyub...

- Bəli, bilirəm ki, o yerlər, evimiz viran qalıb...

Ürəyinin odunu, alovunu oxuduğu nəğmələrdə əks etdirsə də, qəlbinin fəryadı illərlə susmaq bilmədi. Hamıdan gizlində ağladı, hayqırdı bəlkə. Vətən həsrəti azmış kimi həyatda ən yaxın sirdaşı olan atasını da vaxtsız itirdi. Haqsızlıqlar sənətdən uzaq saldı onu. Amma sınmadı. Bəlkə də bütün bunlar yeni açılan sabahın işıqlı gecəsi idi. Bu gün Tacir Şahmalıoğlu o işığın sevincinə topladı sənət dostlarını. Bircə bu günü səbirsizliklə gözləyən atası sevincdən pay ala bilmədi. Ruhu şad olsun...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Dünən, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru