ERMƏNİSTANIN MÜDAFİƏ NAZİRİ XORUZLANIR
Tarix: 11-06-2012, 11:48 |
Çap et
OHANYAN AZƏRBAYCANA HƏDƏ-QORXU GƏLİR
İyunun 7-8-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan Tavuş rayonunda erməni qüvvələrinin ön mövqelərində olub. O, hərbçilərlə və yerli sakinlərlə görüş zamanı bildirib ki, Azərbaycan tərəfdən yeni atışma olarsa erməni tərəfi sərt cavab verəcək. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, son həftələrdə Ermənistan-Azərbaycan sərhədində bir neçə ciddi insident baş verib. Nəticədə hər iki tərəfdən 8 hərbçi həlak olub, 10-dan çox adam yaralanıb. Tərəflər bir-birini təxribatda ittiham ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 10-da gün ərzində cəbhənin təmas xəttində atışma davam edib. Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonlarında atışma dava intensiv olub. Azərbaycan tərəfdən itki yoxdur.