ŞƏKİDƏ TEXNİKABANK BELƏ İŞLƏYİR? – FOTOFAKT
Tarix: 11-06-2012, 12:26 |
Çap et
AY ALAN, KREDİT SATIRAM... GƏL, AY MÜŞTƏRİ...
Bu gün GUNDEMİNFO.AZ-ın poctuna maraqlı bir foto göndərilib. Fotoda bu yaxınlarda rəhbəri həbsə atılmış Texnikabank-ın filalının ərzaq dükanı kimi işlədiyi aşkarca görünür.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, Şəkidəki bu Texnikabankın binası son 6 aya qədər elə bank kimi fəaliyyət göstərib. Sonradan isə bankda həbslər başlayandan sonra filalın rəhbəri işdən çıxıb. Daha sonra isə bankın müştəriləri də başqa filala transfer ediliblər.
Elə qaçhaqaç düşüb ki, bankın rəhbərliyi öz loqosunu icarəyə götürdüyü binanın üzərindən belə götürməyə vaxt tapa bilməyib.
Əlavə edək ki, bu foto tam Şəki lətifəsidir.