NEFT ŞİRKƏTİNDƏ 345 MİN MANATLIQ KORRUPSİYA
Tarix: 13-06-2012, 12:21 | Çap et
MALİYYƏ YOXLAMALARI ZAMANI HƏBİB HÜSEYNOVUN KƏSİRİ ÇIXIB
DİA.AZ: - Son günlər Dövlət Neft Şirkətinin daxilində kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Xəbərlərdə bildirilir ki, artıq Rövnəq Abdullayevi hakimiyyətin çox ciddi çevrələri ilə üz-üzə qoymağa müvəffəq olmuş ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi, keçmiş MTN əməkdaşı Rəşad Əliyevin özünün də durumu ağırlaşıb. Halbuki bir ara onun adı Rövnəq Abdullayevin ən çox «stavka» etdiyi şəxslərdən biri kimi hallanırdı.
Lakin məsələ bununla da bitməyəcək. Məlumatlara görə, ARDNŞ-nin ən iri məmurlarından biri, Natiq Əliyevin zamanlarından çox ciddi şəkildə vəsait toplamağa müvəffəq olmuş və bu səbəbdən hətta oliqarx-məmurlarla da ayaqlaşa bilər Dövlət Neft Şirkətin Təchizat İdarəsinin rəisi Həbib Hüseynovun vurulması prosesinə də start verilib. Uzun illərdir ki, bu vəzifədə işləyən və kifayət qədər varlanmış H.Hüseynovu işdən azad etməklə yanaşı onun sərvətlərini də əlindən almaq istəyirlər.
ARDNŞ-dəki mənbələrdən aldığımız məlumata əsasən, birbaşa olaraq prezidentin şəxsi mühafizəçisi Bəylər Əyyubov tərəfindən Həbib Hüseynovun son zamanlar qaranlıq fəaliyyətinin olması barədə Rövnəq Abdullayevin masası üzərinə konkret faktlar qoyulub.
Məlumatlı mənbə bildirir ki, məhz bundan sonra ARDNŞ prezidenti Həbib Hüseynovun idarəsinin yoxlanmasına göstəriş verib. Son 5 ildəki fəaliyyətin yoxlanılması hər halda təsadüfi fakt kimi qiymətləndirilmir. Məlumat üçün bildirək ki, Rövnəq Abdullayev 2005-ci ildə ARDNŞ-nin prezidenti təyin edilib. Həbib Hüseynov isə 2002-ci ildən şirkətin təchizat idarəsinin rəisi vəzifəsində işləyir. Neft şirkətinin bu idarəsi bütün işçilər üçün geyim, ərzaq təminatını həyata keçirir. Bu zəruri təchizatın alınması üçün tenderlər keçirir. Və keçirilən tenderlərin adətən ən kiçik büdcəsi 1 milyon dollara bərabər olur. Məhz bu sahədən əldə edilən gəlirlər də kifayət qədər yüksəkdir və görünən odur ki, Həbib Hüseynov bu gəlirlərinə Rövnəq Abdullayevi şərik etmək istəmir. Bu baxımdan da R.Abdullayev fürsətdən istifadə edərək H.Hüseynovu prossesdən uzaqlaşdırmaq istəyir.
Bu barədə mənbənin redaksiyamıza bildirdikləri: "Birliyin Fəhlə Təchizatı İdarəsi həmişə korrupsiya ilə məşğul olub. Məsələ ondadır ki, hamının "Ors" kimi tanıdığı bu idarə "Azneft" İB-nin demək olar bütün strukturlarını ərzaqla təmin etməlidir. Qaydalara görə, məsələn, dənizdə çalışan hər bir işçiyə 1 sutka üçün 3 yeni manat yemək pulu verməlidir. Faktiki olaraq, ayda 60 manat verilməli olduğu halda, "Ors" hər bir nəfərə pulun əvəzində ərzaq paylayır. Məbləğinə gələndə, 60 manatın əvəzində 20-30 manatlıq ərzaq verilir. Bu ərzaq keyfiyyətli olsa, dərd yarıdır. Olduqca keyfiyyətsiz və bazar qiymətindən iki-üç dəfə baha hesablanır".
Bu səbəbdən artıq Həbib Hüseynovun «vurulma» qərarının verildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, sözügedən addım həm də Rövnəq Abdullayevin keçən ilin fevral ayından start düyməsi basılmış antikorrupsiya tədbirlərinə «töhfəsi» kimi də təqdim olunacaq: «Məlumdur ki, az qala bütün strukturlar öz «korrupsiya qurbanlarını» veriblər. Amma ARDNŞ-də nə belə bir həbs olub, nə də kimsə rüşvətxorluğuna görə işindən kənarlaşdırılmayıb. Təbii ki, Rövnəq Abdullayev başda olmaqla kimsə iddia edə bilməz ki, ARDNŞ-də çalışanlar aydan arı, sudan durudurlar. ARDNŞ prezidenti də yaxşı bilir ki, buna kimsə inanmaz. Vaxt isə daralır. Ona görə də Həbib Hüseynov onun üçün ən gözəl qurbanlıqdır».
DİA.AZ-a məlumatı verən bir başqa mənbə isə bildirir ki, Həbib Hüseynovun fəaliyyəti ilə əlaqədar hazırda Dövlət Neft Şirkətində maliyyə yoxlamaları həyata keçirilir. Mənbə iddia edir ki, artıq yoxlamaların birinci mərhələsi başa çatıb və nəticələrdən məlum olub ki, Həbib Hüseynovun təxminən 345 min manat kəsiri var. Yəni həmin vəsaitin xərclənməsi ilə bağlı maliyyə sənədlərində kifayət qədər qaranlıq məqamlar olduğundan işin korrupsiyaya qarşı mübarizə idarəsinə ötürüləcəyi gözlənilir.
Yuxarıda da vurğuladıq ki, artıq Rövnəq Abdullayev də Həbib Hüseynovla toqquşduğundan, daha doğrusu, ARDNŞ şefi onu qurban verməyə hazır olduğundan baş verənlərə hansısa formada müdaxilə etmək fikrində deyil. Mənbəmizin sözlərindən o da aydın oldu ki, ARDNŞ rəhbərliyindən fərqli olaraq Bəylər Əyyubov Həbib Hüseynovun müdafiəsinə qalxıb: «Təbii ki, Bəylər Əyyubov kifayət qədər nüuzlu bir fiqurdur və belə bir şəraitdə Həbib Hüseynova «güldən ağır söz»ün deyilə biləcəyi heç də gözlənilmir».
Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|