DİLARƏ ƏLİYEVA BAKCELL-İN SİMASI OLACAQ
Tarix: 15-06-2012, 12:06 |
Çap et
“DOĞMA-CİN” REGİONLAR ÜÇÜN FÜRSƏTDİR
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti, öz abunəçilərinin tələbatını nəzərə alaraq onlara geniş çeşidli məhsullat təklif etməkdədir. Xüsusi olaraq regionlarda yaşayan əhali üçün yaradılan DoğmaCin tarif planı əhalinin Bakcell xidmətlərindən daha da sərfəli qiymətlərlə istifadə etməsinə şərait yaradır.
Modern.az xəbər verir ki, DoğmaCin-in daha geniş əhali kütlələrinə çatdırılması məqsədilə Bakcell bu tarif üçün yeni reklam kampaniyasına başlayıb. Bu kampasniya çərçivəsində Bakcell-in siması, tanınmış aparıcı və aktrisa Dilarə Əliyevanın iştirakı ilə respublikanın müxtəlif bölgələrində televiziya çarxları çəkilib.
Lahiyə çərçivəsində D.Əliyeva ən ucqar regionlar daxil olmaqla respublikanın 9 bölgəsinə səyahət edəcək, yerli əhali ilə təmasda olacaq və DoğmaCin tarifinin üstünlüklərini nümayiş etdirəcək.