“İDEAL”IN RƏHBƏRİ SERİALA ÇƏKİLİR
Tarix: 15-06-2012, 12:57 |
Çap et
O, MƏNFİ ROLDA ÇIXIŞ EDƏCƏK
“İdeal” qrupundan yenilik var. Qrupun bədii rəhbəri Səbinə Rəcəbli bu yaxınlarda yeni bir seriala dəvət alıb. O, Xəzər Tv-də “Sonun Başlanğıcı” serialında mənfi rolu ifa edəcək. Daha dəqiq desək, pulgir, ərini evdən qovan mənfur qadın obrazını canlandıracaq. Serialın rejissoru öz dəst-xətti ilə seçilən Samir Qulamovdur. Səbinə xanım həyatda gülərüz, mehriban bir insan olsa da, mənfi rolun öhdəsindən uğurla gələcəyinə əmindir. Onu da qeyd edək ki, “İdeal” qrupunun müğənniləri də adıçəkilən serialın müxtəlif bölümlərində rol alacaqlar.
Yeri gəlmişkən, qrup bu yaxınlarda sözləri və musiqisi Xanım İsmayılqızına aid olan “Təkcə məni sevəcəksən” mahnısını lentə alıb.
Musiqidə ideal çıxışları ilə sevilən “İdeal” qrupu uğurlarını serial şəklində davam etdirmək əzmindədir...