“SİYASİ MÜHİTİN YUMŞALDILMASINA EHTİYAC VAR”
Tarix: 15-06-2012, 16:10 |
Çap et
“Azərbaycanda siyasi mühitin yumşaldılmasına ehtiyac var”. Bunu SalamNews-a Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, ölkədəki siyasi qüvvələr mövcud problemləri bir-birinə barmaq silkələməklə, çılğın bəyanatlar səsləndirməklə deyil, danışıqlar masası ətrafında həll etməlidirlər. Hakimiyyətin daxilində iqtidar-müxalifət düşmənçiliyinin qorunub saxlanılmasında maraqlı olan çevrələr var.
O bildirib: “Onlar iqtisadi maraqlarını qorumaq üçün siyasi müstəvidə düşmənçiliyin qalmasında maraqlıdırlar. Bu cür münasibət bütövlükdə dövlətçiliyi zəiflədir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın daxili gərginliyə yuvarlanmasına, ölkədə daxili qarşıdurmanın baş verməsinə maraqlı olan xeyli sayda güclər var”.